Innovasiya menecmenti



Yüklə 1,46 Mb.
səhifə39/69
tarix13.01.2023
ölçüsü1,46 Mb.
#98536
1   ...   35   36   37   38   39   40   41   42   ...   69
innovasiya-menecmenti-muhazire

İqtisadi potensial
İqtisadi potensial dedikdə sənaye, kənd təsərrüfatı məhsulları istehsalı, kapital qoyuluşu, tikinti, nəqliyyat və xidmət göstərilməsinin təmin edən sahələrin kompleks birliyi başa düşülür. İqtisadi potensialı təmin edən amillər içərisində əmək ehtiyatı, sənayenin istehsal gücü, kənd təsərrüfatı, tikinti, ölkənin nəqliyyat şəbəkəsinin genişləndirilməsi, sosial infrastruktur və elmi-texniki inkişaf fərqləndirilir. İstənilən dövlətin iqtisadi potensialını qiymətləndirmək üçün ölkənin əmək ehtiyatları, əsas istehsal və qeyri-istehsal fondları, ümumi daxili məhsul (ÜDM), ümumi milli gəlir (ÜMG), sənaye və kənd təsərrüfatı məhsullarının həcmi, sənaye, kənd təsərrüfatı istehsalının artımı, enerji, su, mineral-xammal və digər resursların həcmi təhlil edilir. 2011-ci il üzrə Azərbaycan Dövlət Statistika Komitə- sinin mövcud məlumatlarına əsasən, Azərbaycanın iqtisadi potensialını qiymətləndirə bilərik. Beləliklə, bəhs olunan dövrdə Azərbaycanın əmək ehtiyatları 6101.2 min nəfər təşkil etmiş, o cümlədən onlardan 5974.6 min nəfəri əmək qabiliyyətli yaşında əmək qabiliyyətli əhali, 126.6 min nəfəri iqtisadiyyatda məşğul olan əmək qabiliyyətli yaşdan yuxarı şəxslər olmuşdur. İqtisadi fəal əhalinin cəmi sayı qeyd olunan dövrdə 4626.1 min nəfər, onlardan 250.9 min nəfəri işsizlər olmuşdur. Ölkənin inkişafını xarakterizə edən əsas makro göstərici- ümumi daxili məhsul istehsalı 52.1 milyard manata çatmışdır. ÜDM-in 53,9 faizi sənayedə, 5,5 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda, 8,3 faizi tikintidə, 6,5 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə xidmətlər sahəsində, 4,9 faizi nəqliyyat və anbar təsərrüfatında, 1,2 faizi turistlərin yerləşdirilməsi və iaşə xidmətləri sahəsində, 1,7 faizi informasiya və rabitədə, 12,0 faizi sosial və digər xidmət sahələrində istehsal olunmuş, məhsula və idxala görə ödənilmiş xalis vergilərin payı isə 6,0 faiz təşkil etmişdir. İqtisadiyyatın qeyri-neft sektorunda əlavə dəyərin 9,4 faiz artımı müşahidə olunmuş, onun ÜDM-də xüsusi çəkisi 48,3 faiz təşkil etmişdir. Ümumi daxili məhsulun 51,7 faizi neft-qaz istehsalı və emalı sahələrinin payına düşmüş və əvvəlki ilə nisbətən 9,3 faiz azalmışdır. Bununla yanaşı, 2011-ci ildə iqtisadiyyatın qalan sahələrində nəzərəçarpacaq artım müşahidə edilmişdir. Əlavə dəyər turistlərin yerləşdirilməsi və iaşə xidmətləri sahələrində 22,6 faiz, tikintidə 20,0 faiz, informasiya və rabitədə 11,8 faiz, ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə xidmətlər sahəsində 10,2 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda 5,8 faiz, sosial və digər xidmətlər sahəsində 5,7 faiz artmışdır. 2011-ci ildə sənayedə fəaliyyət göstərən sahibkarlıq subyektləri tərəfindən 34,6 milyard manatlıq məhsul istehsal olunaraq 2010-cu illə müqayisədə 5.0 faiz azalmışdır. Sənaye məhsulu istehsalı qeyri-neft bölməsində 11.1 faiz artmış, neft sektorunda isə 8.5 faiz azalmışdır. Sənaye 33 məhsulunun 77,9 faizi mədənçıxarma bölməsində, 17,1 faizi emal bölməsində, 4,5 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində, 0,5 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində istehsal olunmuşdur. Özəl bölmədə istehsalın həcmi sənaye məhsulunun 81,5 faizini təşkil etmiş, ümumi istehsalın 92,7 faizi sənaye mallarının (əmtəələrin), 7,3 faizi isə sənaye xarakterli xidmətlərin istehsalı hesabına yaradılmışdır. Mədənçıxarma bölməsində istehsalın həcmi 26,9 milyard manat olmaqla ötən ilin müvafiq dövrünün səviyyəsindən 8,4 faiz aşağı olmuşdur. Sahənin əsas məhsullarından olan xam neft hasilatı 45,4 milyon ton, təbii qaz hasilatı isə 25,7 milyard kub-metr olmuş, neft hasilatı 10,5 faiz, qaz hasilatı isə 2,2 faiz azalmışdır. Emal bölməsinin müəssisələri və fərdi sahibkarları (ev təsərrüfatlarının sənaye istehsalı da nəzərə alınmaqla) tərəfindən 5,9 milyard manatlıq məhsul istehsal olunmuş, sənaye xarakterli xidmətlər göstərilmişdir. Bu sahədə istehsalın həcmi 7,1 faiz artmaqla daha çox hissəsi – qida məhsullarının istehsalının payına düşmüşdür. 2011-ci ildə ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 12,8 milyard manat vəsait yönəldilmiş, onun 61,2 faizi və ya 7821,0 milyon manatı tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilmişdir. Əvvəlki illə müqayisədə əsas kapitala yönəldilmiş vəsaitin həcmi 27,3 faiz, tikinti-quraş- dırma işlərinə sərf edilmiş vəsait isə 17,5 faiz çox olmuşdur. Dövlət mülkiyyətli müəssisə və təşkilatlar əsas kapitala 7482,3 milyon manat, qeyri-dövlət müəssisələri isə 5294,1 milyon manat vəsait sərf etmişlər. Məhsul istehsalı obyektlərinin inşasında 5502,8 milyon manat, xidmət sahələri üzrə obyektlərin tikintisində 7273,6 milyon manatlıq vəsaitdən istifadə edilmişdir. Əsas kapitala yönəldilmiş vəsaitin 80,3 faizini daxili, 19,7 faizini isə xarici mənbələrdən yönəldilmiş vəsaitlər təşkil etmiş, daxili mənbələrdən yönəldilən vəsaitlərin 67,3 faizi dövlət müəssisə və təşkilatlarının, 32,7 faizi qeyri-dövlət müəssisələrinin payına düşür. Əsas kapitala yönəldilmiş bütün vəsaitin 38,0 faizi sənaye sahələrinin inkişafına, 21,1 faizi nəqliyyat və anbar təsərrüfatına, 9,2 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlara (ondan 9,1 faizi mənzil tikintisinə), 5,6 faizi istirahət, əyləncə və incəsənətə, 5,1 faizi dövlət idarəetməsinə, 3,8 faizi ticarətə, 3,7 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılığa, 3,2 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsinə, hər birində 2,4 faiz olmaqla təhsil və səhiyyəyə, 2,2 faizi informasiya və rabitəyə, 1,6 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşəyə, 1,4 faizi tikintiyə, 0,3 faizi isə digər sahələrə sərf edilmişdir. Əsas kapitala yönəldilmiş ümumi vəsaitin 9811,5 milyon manatı (76,8 faizi) qeyri-neft bölməsinin, o cümlədən 1884,2 milyon manatı (14,7 faizi) qeyri-neft sənaye sahələrinin, 2964,9 milyon manatı (23,2 faizi) neft bölməsinin inkişafında istifadə edilmişdir. 2011-ci ildə xarici mənbələrdən əsas kapitala yönəldilmiş vəsaitin həcmi 2,5 milyard manat təşkil edərək, əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,2 faiz çox olmuş, yönəldilmiş xarici vəsaitin 2117,5 milyon manatı (84,2 faizi) Böyük Britaniya, ABŞ, Yaponiya, Fransa, Norveç, Çexiya, Türkiyə və Koreya investorları tərəfindən həyata keçirilmişdir. İlkin məlumatlara görə 2011-ci ildə xarici ölkələrdən və onların firmalarından ölkəmizə 8.7 milyard ABŞ dolları məbləğində xarici investisiya daxil olmuş və onun 39.3 faizi neft sektoruna yönəldilmişdir. Ölkə iqtisadiyyatının əsas infrastrukturlarından biri olan nəqliyyat sektoru dayanıqlı inkişaf edir. Əvvəlki illərdə 35 olduğu kimi, 2011-ci ildə də nəqliyyat sektoruna investisiyaların yönəldilməsi, nəqliyyatın hərəkət heyətinin yeniləşməsi, yeni avtomobil yollarının çəkilişi, yenidən qurulması və s. işlər davam etmiş, həyata keçirilmiş transmilli layihələr sahənin inkişafına öz müsbət təsirini göstərmişdir. Nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən iqtisadiyyatın müxtəlif sahələrinə və əhaliyə göstərilmiş xidmətlərin üçdə iki hissəsi dəmir yolu nəqliyyatı, avtomobil və boru kəməri, 9,0 faizi dəniz, 15,3 faizi hava nəqliyyatı, qalan hissəsi isə köməkçi və əlavə nəqliyyat fəaliyyəti ilə məşğul olan müəssisələr tərəfindən göstərilmişdir. İnformasiya və rabitə sektoru dinamik inkişaf etmiş, təsərrüfat subyektlərinə və əhaliyə 1,2 milyard manatlıq və ya əvvəlki ilə nisbətən 11,8 faiz çox xidmət göstərilmişdir. Əhaliyə göstərilmiş informasiya və rabitə xidmətlərinin payı 72,7 faiz təşkil etmişdir. 2011-ci ildə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 4525,2 milyon manat olmuş, onun sabit qiymətlərlə dəyəri 2010-cu ildəkinə nisbətən 5,8 faiz, o cümlədən bitkiçilik məhsulları üzrə 8,0 faiz, heyvandarlıq məhsulları üzrə isə 3,5 faiz artmışdır. Kənd təsərrüfatının ümumi məhsulunda bitkiçilik məhsullarının xüsusi çəkisi 51,7 faiz, heyvandarlıq məhsullarının isə müvafiq olaraq 48,3 faiz olmuşdur. Azərbaycan Dünya İqtisadi Forumunun hazırladığı “Qlobal rəqabətlilik 2012-2013 hesabatı”nda 46-cı yeri tutmuşdur. Bu nəticəyə görə ölkəmiz MDB məkanında liderliyini qorumuş, postsovet məkanında isə yalnız Estoniya (34) və Litvadan (45) sonra sıralamada yer tutmuşdur. Azərbaycan BMT İnkişaf Proqramının əhalinin rifah səviyyəsini əks etdirən İnsan İnkişafı Hesabatında son yeddi ildə 19 pillə irəliləyərək İnsan İnkişafı İndeksinə görə 169 ölkə arasında 2005-ci ildə tutduğu 101-ci yerdən 2012- ci ildə 82-ci yerə yüksəlib. Bununla da Azərbaycan “orta insan inkişafı” qrupu ölkələrini tərk edərək “yüksək insan inkişafı” kateqoriyasına daxil olub. Qeyd edək ki, İnsan İnkişafı İndeksi – adambaşına gəlir, təhsil və səhiyyə səviyyəsi əsas götürülərək hesablanır. Kredit reytinqi (country credit rating) 2011-ci ilin mayında “Fitch Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanın uzunmüddətli yerli və xarici valyutada reytinqini “BBB” investisiya səviyyəsində saxlayaraq, reytinq üzrə proqnozu “Sabit”dən “Pozitiv”ə dəyişdirib. Azərbaycanın az məbləğdə dövlət borcu, cari əməliyyatlar hesabı və icmal büdcəsi üzrə yüksək müsbət saldosu, dövlət borcu üzrə defolt riskinin aşağı olması, habelə neft gəlirlərinin uğurla idarə edilməsi və iqtisadiyyatın getdikcə diversifikasiya olunması belə yüksək nəticə üçün zəmin yaradıb. Azərbaycan Dünya Bankı (DB) və Beynəlxalq Maliyyə Korporasiyasının (BMK) “Doing Business 2013: “Sahibkarlıq üçün şəraitin yaxşılaşdırılması” birgə hesabatının nəticələrinə əsasən, sahibkarlıq fəaliyyəti üçün əlverişli şərait reytinqində 185 ölkə arasında 67-ci yeri tutub.

Yüklə 1,46 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə