Inqilab Kerimov (Revayetler). qxd



Yüklə 2,95 Kb.
Pdf görüntüsü
səhifə37/112
tarix14.12.2017
ölçüsü2,95 Kb.
#15617
1   ...   33   34   35   36   37   38   39   40   ...   112

Axşam teatra gəldim, gec idi, artıq üçüncü zəng vurulmuş, foye-
nin işıqları söndürülmüşdü. Elə birbaşa tamaşaçı zalına keçdim. Fi-
kirləşdim ki, rejissor və aktyor yoldaşlarla ya tənəfüs vaxtı, ya da
tamaşadan sonra görüşüb dərdləşərik. Zalda gircək heyrət məni gö-
türdü, orada cəmi beş nəfər adam var idi. Üçünü tanıdım teatrın işçiləri
idilər. İki nəfər tamaşaçı isə birinci sırada əyləşmişdi. Biri orta yerdə
oturacağa yayınaraq özündən razı halda oturmuş, əlləri ilə yan otura-
caqların söykənəcəklərini qucaqlamışdı. Özü də ağzını marçıldada-
marçıldada nə isə yeyirdi. Səhnədə ana rolunu oynayan aktyrisa el
qayğısı haqqında danışdıqca həmin tamaşaçı kah boynunun ardını qa-
şıyır, gah heç dəxli olmadan şalvarının dizini çırpır, gah da papağını
başından götürüb əli ilə tumarlayıb yenidən başına qoyurdu. Doğrusu
ürəyim sıxılan kimi oldu, aktrisaya yazığım gəldi, foyeyə çıxdım. Baş
rejissorun otağına gəldim. Salamlaşdıq. Hal-əhval tutmamış:
– Baxşı müəllim, zalda olmusunuz? – deyə soruşdum.
Baş rejissor arif adam idi; sualımın mənasını duymuşdu; odur ki,
sualıma– sualla cavab verdi.
– Tamaşaçı yoxdu?
– Cəmi iki nəfərdi, – dedim, – onun da biri qabaq sırada özündən
çox razı halda oturub, elə bil ağadır, yəni bu tamaşanı göstərməsəniz
olmaz?
Baş rejissor məni ilk dəfə görürmüş kimi duruxdu, sonra yana-
yana dedi:
– Bəli əzizim o qabaqda oturan ağadır. Bazarın içindəki yemək -
xa nanın müdiridir. Kefi qalxanda 30-35 bilet alıb, gəlib eləcə oturur
qabaqda. Truppa müdirinə deyir: “hə, başla”. Etiraz edəndə də deyir
ki, “əvvəla mənə sağ ol deyin ki, biletlərinizi alıram, sizə kömək edi-
rəm. İkincisi də teatrın qanunlarına görə əgər zalda 20-25 nəfər ta-
maşaçı oldu, tamaşa oynanılmalıdır. İndi sizə nə, mən zalda tək
oturmuşam, ya 35 nəfər? Siz ki, pulunuzu almısınız”.
Mən bir söz deyə bölməyib udqundum. Baş rejissor başını bu-
layıb:
– Hələ bu yaxşıdır. Dəfələrlə olub ki tamaşanın biletləri katibin
göstərişi ilə hər hansı bir kəndin camaatına satılıb. Gözləyirik ki, indi
121


kolxozun maşınları dayanacaq, camaat teatra daxil olacaq, biz də hə-
vəslə tamaşamızı göstərəcəyik, sən saydığın say, gör fələk, yox, gör
kolxoz sədri nə sayır. Tamaşanın başlamasına 10-15 dəqiqə qalmış
kolxoz sədri, rayonda görüşdüyü qadınla keçir zala. Teatrın bufetçi-
sini çağırıb lazımi göstərişləri verir. Az keçmir ki, podnoslar müxtəlif
yeməklərlə zala daşınır. Aktyorlar tamaşa göstərir, kolxoz sədri də...
– Baş rejissor susdu. Dərindən köks ötürüb: – Bəli əzizim, bütün gös-
təricilər üzrə planı yerinə yetirməyimiz barədə məlumat verilir. Vic-
danımız ağrıyır. Nə edək, teatrı yaşatmaq lazımdır, ya yox?
Bu güclü həqiqətin qarşısındə mən nə deyə bilərdim ki.
* * *
Məlumdur ki, 1922-ci ildən sonra keçmiş SSRİ-nin hər yerində
dövrün tələbinə uyğun pioner təşkilatları yaranırdı.1923-cü ildən baş-
layaraq Bakıda da pioner təşkilatları təşkil olunmağa başlanmışdı.
Keçmiş Lenin adına toxuculuq fabrikində, Budyonnu adına zavodda,
Leytenant Şmidt adına zavodda, iki nömrəli uşaq evində və Bakı
dəniz limaında ilk pioner təşkilatları yaradılmışdı. Yaxşı cəhət bura-
sıydı ki, öz fəaliyyətlərini ildən-ilə genişləndirən bu pioner təşki latları
yüksək dərs keyfiyyəti uğrunda mübarizə aparmaqla yanaşı uşaqların
bədii-estetik tərbiyyəsilə də ciddi məşğul olurdular. Uşaqlarda akt-
yorluq sənətinə marağı nəzərə alaraq bir sıra pioner dəstələrində dram
dərnəkləri də təşkil olunmuşdu. Bu dram dərnəkləri arasında ən qüv-
vətlisi dənizçilər klubu nəzdindəki 40 nömrəli pioner dəstəsinin dər-
nəyi idi. Sonradan bu dram dərnəyinin fəaliyyət dairəsini
genişləndirmək zərurəti meydana çıxdı. Çox keçmədi ki, Şəhər Kom-
somol Komitəsi yanında uşaqlardan ibarət bir dram dərnəyi yaradıldı;
pioner Ağadadaş Qurbanov (1911-1965) dərnəyə rejissor təyin
olundu. 1927-ci il mart ayının 15-də dərnəyin üzvləri dəstə rəhbəri
Lətif Kərimlinin “Fırtına” adlı pyesinin tamaşasını hazırladılar. Bu
tamaşa sübut etdi ki, Bakıda uşaq teatrını yaratmağın vaxtı çatmışdır.
1928-ci il okyabrın 5-də Azərbaycan Xalq Maarif Komissarlığının
122


qərarı ildə Bakı uşaq teatrının rus bölməsi təşkil olundu. 1929-cu ilin
axırlarında isə Azərbaycan bölməsi də işə başladı. Sonralar Azərbay-
can teatrının ən görkəmli aktyorlarından biri kimi tanınan, sevilən
xalq artisti Ağadadaş Qurbanov həmin teatrın ilk aktyorlarından biri
oldu və bir çox tutarlı obrazlar yaratdı. Onlardan biri “Pambıq verək”
tamaşasındakı Qolcomaq Zakir ağa obrazı idi. Bu obraz az qala onun
başına bəla açacaqdı. Sovet ideologiyasının tüğyan etdiyi, qırmızı
təbliğatın gücləndiyi bir dövr idi. O vaxt partiyanın XVI qurultayında
“Sosializmin bütün cəbhə boyu geniş hücumu qolçomaqların bir sinif
kimi ləğv edilməsi və elliklə kollektivləşmənin keçirilməsi haqqında”
qərar qəbul edilmişdi. Bu qərarda əsasən müxtəlif janrlı bədii əsərlər,
o cümlədən dram əsərləri də yazılırdı. Azərbaycan Dövlət Bədaye
Teatrında Cəfər Cabbarlının “Almas” dramı tamaşaya qoyulmuşdu.
Bakı uşaq teatrı isə 1931-ci ilin sentyabr ayında “Pambıq verən” ta-
maşasını göstərmişdi. Tamaşada göstərildi ki, güya qolçomaq Zakir
ağa kolxozun pambığını məhv etməyə çalışır. Öz niyyətini həyata ke-
çirmək üçün o, opportunist Kərim, kənd mollası Şaban, qolcomaq əl-
altısı Şirəli kimilərinə arxalanır.
Aktyor Ağadadaş Qurbanov bu rolu elə məharətlə yaradırdı ki,
sovet ideologiyasına tapınmış tamaşaçılar hər dəfə o səhnəyə çıxanda
“onu tutun, o düşməndir” – deyə zaldan qışqırırmışlar. 1931-ci ilin
sentyabr ayının axırlarında teatrın kollektivi Azərbaycanın o vaxtki
LKGİ MK-nın tapşırığı ilə pambıq yığımı zamanı kolxozçulara bədii
xidmət göstərmək məqsədilə Şamxor rayonuna qastrola gedir. Bitdili
kəndində həmin tamaşanı göstərməli olur. O səhnə başlayır ki, kolxoz
əmlakını dağıtmağa çalışan qolçomaq Zakir ağa gecə ikən xəlvəti
kolxozun tayasına yaxınlaşır, yan-yörəsinə baxıb, saqqalını tumarla-
yır, üzünü yana çevirib, gözünü qıyır, hiyləcərcəsinə gülümsünür.
Heç kimin olmadığını yəqin etdikdən sonra pambığı yandırmağa
cəhd edir. Elə bu vaxt “Yeni yol” kolxozunun gözətçisi tamaşa zalına
girir, vəziyyəti belə görcək tez tüfəngi çiynindən çıxardıb: “Ay bişə-
rəf, məgər mən ölmüşəm ki, sən pambığı yandırırsan?” – deyib qol-
çomağı – Ağadadaş Qurbanovu vurmaq istərkən Aktyor Hüseyn
Adıgözəlov tez duyuq düşüb, onu tutub saxlamışdır. Doğrudur sonra
123


Yüklə 2,95 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə