Inqilab Kerimov (Revayetler). qxd



Yüklə 2,95 Kb.
Pdf görüntüsü
səhifə39/112
tarix14.12.2017
ölçüsü2,95 Kb.
#15617
1   ...   35   36   37   38   39   40   41   42   ...   112

rən yaradır. Küçə ilə gedirsən, dostlar məclisində oturursan və qəflə-
tən sənin obrazına lazım olan bir hərəkət, bir danışıq tərzi yadına
düşür. yaradıçılıq fantaziyan daha gərgin, daha sərrast işləməyə baş-
layır. Bəzən də bağda və parkda gəzdiyin halda fərqinə varmadan öz-
özünə danışırsan”.
Ağadadaş Qurbaqovda bu xüsusiyyət güclü idi. Səhnədə təbii,
canlı, mükəmməl obraz yaradırdı.
Onun böyük Mirzə Fətəli Axundovun “Molla İbahim Xəlil Kim-
yagər” komediyasının tamaşasında yaratdığı Molla İbrahim Xəlil ob-
razı da güclü sənətkar təxəyyülünün məhsulu idi. Azərbaycan Dövlət
Gənc Tamaşaçılar Teatrının səhnəsində müvəffəqiyyətlə ifa etdiyi bu
obraz teatrın tarixinə nəqş olundu. Aktyor xarici hərəkətlərindən, mi-
mikasından istifadə edərək Şeyx Saleh, Molla Həmid, Dərviş Abbas
kimi şarlatanları başına yığıb “iksir” adı ilə, misi gümüşə çevirmək
vasitəsilə adamları aldadan fırıldaqçı bir tüfeylini bacarıqla ifşa
edirdi. Xüsusilə tamaşanın ikinci səhnəsində aktyorun ifası güclü təsir
bağışlayırdı; həmin səhnədə Nuxalıları qəbul edən Molla İbrahim
Xəlil – Ağadadaş Qurbanov rühani cildinə girərək, özünü pak, mömin
bir din xadimi kimi onlara təqdim edirdi. Nuxalılar ona pul vermək
istədikdə o, “pulları mənə nə lazım təqdim etmək. Məndə hanı o
qədər vaxt və fürsət ki, hər bir cüzviyyata özüm mübaşir olam. Sayın,
tapşırın Molla Həmidə, otuz gündən sonra yenə buraya gəlin, on pud
gümüşünüzü alın, aparın. Xudahafiz! Günorta namazının vaxtı yeti-
şir”. Aktyor bu sözləri sakit, təmkinli, aramla xoş bir təsirli səslə,
hətta bir qədər incimiş halda o qədər məharətlə deyirdi ki, onun “misi
gümüşə çevirmək bacarığına”, “Mömin bir şəxs” olduğuna kimsə
şübhə etmirdi. Nuxalılar bir qədər uzaqlaşdıqdan sonra Molla İbra-
him Xəlil – Ağadadaş Qurbanov gözünü qıyır, saqqalını tumarlayır,
hiyləgərcəsinə gülümsünür: “Getdilərmi?” – deyə Molla Həmiddən
sual edirdi. Molla Həmidin: “Bəli, ağa, getdilər” sözlərindən sonra
İbrahim Xəlil – Ağadadaş tamamilə başqalaşırdı. Bircə dəqiqə bun-
dan əvvəl nuxalılarla söhbət edən Molla İbrahim Xəlildən əsər-əlamət
belə qalmırdı. Hiyləsinin baş tutduğundan nəşələnərək əbasını, əm-
maməsini bir tərəfə atır, çırtıq çala-çala həyasızcasına oynamağa baş-
127


layırdı. Sonra bardaş qurub, döşəkcə üstə otururdu. Əllərini yan tə-
rəflərdən yuxarıya qaldırıb, başını aşağı əyərək dişi ilə şərab dolu ba-
dəni əl vurmadan son damlasına qədər içib, yenə həmin qayda ilə
yerinə qoyurdu. Sonra muğam üstə oxumağa başlayırdı.
* * *
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru
Zəfər Paşa oğlu Nemətov danışıb ki, Əbdürrəhim bəy Haqverdiyevin
(1870-1933) “Sağsağan” pyesinin (1932) Azərbaycan Dövlət Gənc
Tamaşaçılar Teatrında tamaşası hazırlanarkən əsərdəki falçı qadın
Həmşəri Cahan rolunu teatrda yaxşı ifa edə bilən aktrisa olmadığı
üçün Cahan surəti Həmşəri Niftəli surəti ilə əvəz edilib. Ağadadaş
Qurbanov bu rolu məharətlə ifa etdiyi üçün Əbdürrəhim bəy Haq-
verdiyev aktyor kollektivi qarşısında “Sağsağan” pyesinin əlyazma-
sını ona bağışlayıb.
Ağadadaş Qurbanov ustad sənətkar olmaqla yanaşı, həm də
gözəl ailə başçısı idi. Qızı Gülşəni (xalq artisti Gülşən Qurbanova)
çox sevərdi. Onu çox vaxt özü ilə azmüddətli qastrol səfərlərinə də
aparardı. 1965-ci ilin iyun ayında teatrın Salyan qastroluna da apar-
mışdı. İyun ayının 25-də Gülşən mehmanxanada ikən otağın balko-
nuna çıxır. Bu vaxt bir qədər aralıdan gələn motosikletin qabaq
tərəfində İosif Vissarionoviç Stalinin şəkli vurulduğunu görür.
O zaman bu görünməmiş bir hadisə idi. Gülşən həyəcanla: “ata, ata
stalinin şəkli” – deyə Ağadadaşı çağırır. Ağadadaş cəld balkona çıxır.
Balkon çox keyfiyyətsiz tikildiyindən onların ağırlığını götürmür,
uçur. Ağadadaş da, Gülşən də yıxılırlar. Ağadadaş Gülşənə xətər to-
xunmasın deyə onu əlləri ilə başı üstə qaldırır, uşaq elə bir ağır xəsa-
rət almır. Ağadadaş özü isə iri daşların altında qalıb həlak olur. Allah
ona qəni-qəni rəhmət eləsin, məzarı nurla dolsun.
Ağadadaş ürəyi açıq, səmimi, mehriban, qədirbilən dost idi.
Yaxşı piti hazırlamağı, çay dəmləməyi vardı. Bir gün məni evlərinə
piti yeməyə dəvət etdi. Yeməkdən sonra özünün xüsusi qayda və səliqə
128


ilə dəmlədiyi çay gətirdi. Qənddanı mizin üstünə qoydu. Mən: “Ağa-
dadaş, mən qəndlə çay içməyi xoşlamıram” – dedim. O, cəld mü-
rəbbə gətirdi.
Bu hadisədən xeyli vaxt keçdi. 1963-cü ildə Abbasmirzə Şərif-
zadənin 70 illik yubileyini İrəvanda qeyd etmək üçün, bir neçə teatr
işçiləri oraya getməli olduq. Elmi işimlə əlaqədar olaraq mən Mehdi
Məmmədov, Ağasadıq Gəraybəyli, Mustafa Mərdanov, Rza Təhma-
sib, Cəfər Cəfərov və digər sənətkarlarımızla eyni gündə gedə bil-
mədim. Ağadadaşdan və Mustafa dayıdan (Mustafa Mərdanov. O,
Teatr Cəmiyyətinin, indiki Teatr Xadimləri İttifaqının sədri idi) xahiş
etdi ki, öz yanlarında mənə yaxşı bir yer götürsünlər. Bir gün sonra
İrəvana gəldim. Hansı mehmanxanaya düşəcəyimizi bilirdim. Meh-
manxana növbətçisindən otağımı soruşdum. Otağa daxil olanda gör-
düm ki, Cəfər Cəfərov, Mustafa dayı və Ağadadaş oturub söhbət
edirlər. Görüşdük. Ağadadaş mənə də çay süzdü. Nə fikirləşdisə heç
nə demədən cəld ev ayaqqabılarında otaqdan çıxdı. Bizi təccüb gö-
türdü. 10 dəqiqə keçməmiş qayıdıb gəldi. Əlindəki bir qutu “rahat-
luqum” konfetini mizin üstünə qoydu. Mustafa dayının: “bu nədir,
Ağadadaş? – sualına: – Axı mənim dostum İnqilab qəndlə çay içmir,
– cavabını verdi.
AMAN RƏHBƏRİ SÖYDÜ
Böyük Vətən müharibəsindən (1941-1945) sonrakı ilk illərdə
Quba Dövlət Dram Teatrına yenicə təyin olunmuş gənc bir rejissor
saatlarla yorulmadan, fədakarcasına aktyorlarla məşq edirmiş.
Quba Dövlət Dram Teatrında səməd vurğunun “Xanlar” pyesinin
məşqi zamanı baş rollardan birini ifa edən aktyorun ifa tərzi rejissoru
razı salmır; eyni şeyi yeddi-səkkiz dəfə təkrar etdirir. Hər dəfə də
görkəmli rus teatr islahatçısı Konstantin Sergeyeviç Stanislavskidən
misal çəkir. Gənc rejissorun bu hərəkəti və sitatları özünü teatrın gör-
kəmli sənətkarı hesab edən orta yaşlı aktyoru hövsələdən çıxarır.
Növbəti gəlişdə gənc rejissor Stanislavskidən bir də sitat gətirəndə
aktyor dözə bilmir: “Stanislavskinin lap...” – deyə ona üçmərtəbəli
129


Yüklə 2,95 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə