Inqilab Kerimov (Revayetler). qxd



Yüklə 2,95 Kb.
Pdf görüntüsü
səhifə40/112
tarix14.12.2017
ölçüsü2,95 Kb.
#15617
1   ...   36   37   38   39   40   41   42   43   ...   112

söyüş göndərir. Gənc rejissor heyrətlənir: “ay aman, bu rəhbəri
söydü” – deyə həyəcanlanır. Xəbər rayon milis şöbəsinə çatır. Akt-
yoru tutub salırlar dustaqxanaya. Ancaq milis rəisi, onun müavinləri,
rayon prokuroru, hakim nə qədər çalışırlarsa da K.S.Stanislavskinin
hansı rəhbər olduğunu öyrənə bilmirlər. Nəhayət, milis rəisi dustaq
etdiyi aktyoru yanına çağırtdırıb deyir:
– Biz neçə gündür sənin işinlə məşğuluq. Partbüronun bütün üzv-
lərini nəzərdən keçirmişik. Orada Stanislavski familyalı rəhbər yox-
dur. Düzünü de, cəzanı yüngülləşdirərəm. Öz aramızda, Stanislavski
hansı rəhbərdir, vəzifəsi nədir?
Aktyoru dəli bir gülmək tutur. Rəisin üç-dörd dəfə hiddətli eti-
razından sonra gülməkdən özünü zorla saxlayıb deyir:
– Canım, Konstantin Sergeyeviç Stanislavski, aktyor olub, rejis-
sor olub, tamaşalar hazırlayıb, teatrın rəhbəri olub.
Milis rəisinin elə bil başına qaynar su tökürlər, xeyli vaxt dilənə
bilmir. Birdən özünə gəlib:
– Rədd ol burdan, Stanislavskiylə birlikdə, – deyə aktyoru milis
idarəsindən qovur.
TULLA ÇARHOVUZA
1903-cü ildə İrəvandakı Azərbaycan teatr truppasında, o dövrdə
çox dəbdə olan, “Qırt-qırt” vodevilinin tamaşası hazırlanırmış. Ta-
maşanın təşkilatçısı və rəhbəri Yunis Nuri Süleymanov idi. Yunis
Nuri altı il mollaxanada oxumuşdu; nümunəvi və çalışqan olmağına
baxmayaraq, o da falaqqanın “ləzzətini” dadmışdı. Odur ki, Yunis
Nuri tamaşanın güclü təsirə malik olması üçün bütün istedadını və
bacarığını səfərbər etmişdi. Tamaşa ilk dəfə, Pənah xan Makinski
icazə vermədiyi üçün yalnız xanın sarayında ev tamaşası kimi oyna-
nılır. Buna baxmayaraq tamaşanın əks-sədası Pənah xan Makinskinin
saray divarlarını aşaraq bütün şəhərə yayılır. Bir çox mötəbər adamlar
tamaşanın ikinci dəfə oynanılmasına icazə verməsi üçün xanın yanına
xahişə gedirlər. “Qırt-qırt” tamaşası ikinci dəfə Pənah xanın geniş
heyətində oynanılır. Çox böyük müvəffəqiyyət qazanmış bu tamaşada
130


Yunis Nuri Azərbaycanlı balalarına heç bir şey öyrədə bilməyən küt
və əzazil molla rolunu elə inandırıcı şəkildə oynayır ki, tamaşa haq-
qında təəssürat uzun müddət İrəvan əhalisinin yadından çıxmır. Hətta
tamaşa ilə bağlı əhali arasında lətifəyə bənzər hadisə danışılmağa
başlanır. Deyirlər ki, bir gün pənah xanın arvadı mollaxanada oxuyan
oğlana deyir ki, gedib badrican gətirsin. Oğlan onun nə olduğunu so-
ruşduqda xanım izah edir ki, başında yaşıl çalması olan uzun göy bir
şeydir (bədəni göy, başı yaşıl). Oğlan gedib tünd göy əbalı, yaşıl çal-
malı bir neçə seyidi həyətə gətirir və soruşur ki, indi mən bunları ney-
ləyim? Xanım həyətə baxmadan: “tulla çarhovuza”– deyə göstəriş
verir. Oğlan seyidləri bir-bir çarhovuza itələyir. Səs-küyə çevrilən
xanın arvadı suda batıb-çıxan seyidləri görür və özünü gülməkdən
saxlaya bilmir.
BAKI BƏLƏDİYYƏ TEATRI 
İSMAYILLI RAYONUNDA
Qastrolda olarkən 1998-ci ildə teatrın qabaqcı aktyoru Azad Şü-
kürovun könlünə pivə düşür; pulu olmadığı üçün Muxtar Avşarovdan
30 min manat borc alır. Qayıdanbaş Azad Şükürov avtobusda Muxtar
Avşarovun arxa tərəfində oturub yöndəmsiz qulaq dələn səslə romanı
oxumağa başlayır. Təngə gələn Muxtar:
– Bəsdi, səsini kəs deyə ona irad tutur.
Azad halını pozmadan:
– Borcundan bir şirvan çıx susum.
Razılaşırlar. Az keçməmiş yenə oxumağa başlayır, özü də ağzını
lap Muxtarın qulağına yaxınlaşdırır.
Muxtar əsəbiləşib özündən çıxır. Təngə gəlib deyir:
– Borcunun hamısını çıxdım, sən allah oxuma.
Bundan sevinən Azad gülümsünərək:
– Yaxşı daha oxumaram, – deyir və bütün yol boyu susur.
Bakı Bələdiyyə Teatrı 1994-cü ildə cəbhə bölgələrində çıxış
edərkən Azad Şükürov və aktyor dostları görürlər ki, əsgərlərin ayaq-
qabıları dözülməz dərəcədə cırıqdır. Sözü bir yerə qoyub ayaqqabı-
131


larını əsgərlərin cırıq ayaqqabıları ilə dəyişirlər. Qayıdanbaş Amalya
Pənahova bu mənzərəni görüb dəhşətə gəlir. Zəng edib Naxçıvandan
təzə ayaqqabılar gətirdir.
Şübhədən cıxmaq üçün soruşur:
– Düzünü deyin, bu necə olan işdir, axı hamınızın çəkmələri bir-
dən-birə bu hala düşə bilməzdi?
Azad həqiqəti deyir. Amalya xanım, şadlıqla onlara razılığını bil-
dirir.
YÜZ MANAT HARDAN, 
ON MİN MANAT DA ORADAN
1948-ci ildə Azərbaycan Dövlət Dram Teatrı 75 illək Yubileyi
ilə bağlı Moskvaya qastrola gedirmiş. Aktyorlarım maadi vəziyyəti
çox ağır idi. Bayaqdan dərin fikrə getmiş, gözəl rollar ifaçısı, lirik-
romantik səpkili aktyor Suleyman Tağızadə (1905-1960) dərindən
köks ötürüb deyir:
– Allahın altında yüz manat pulum olaydı.
Bunu eşidən Mustafa Mərdanov kəkələyə-kəkələyə deyir:
– Ay yazıq, yüz manat niyə istəyirsən, on min manat istə da.
Suleyman Tağızadə başını bulayıb:
– On min manat haradan olacaq, ay Mustafa?
Mustafa Mərdanov gülümsünərək:
– Yüz manat haradan, on min manat da oradan. Lakin Allaha
ağız açırsan on min istə, bəlkə bizə də bir şey düşə.
ALLAH MƏHƏMMƏD YA ƏLİ
Ürək rahatlığı ilə istədiyim adamlarla şor-çörək yemək, narahat
halda böyük ziyafətlərdə ən ləziz yeməklər yeməkdən çox-çox yax-
şıdır, ləzzətlidir.
Bədənini irinli yaralar bürümüş, diri ikən ölüyə bənzər insan tim-
salında olan bu cəmiyyətdə mən kiməm, nəçiyəm? Nə üçün bu qədər
əzab çəkirəm?
132


Qəlbimin dərinliklərindən boylanan, məni yaşamağa, işləməyə
səsləyən, işıqlı yola çağıran məhəbbətimi hifz elə, İlahi!
Buz parçası kimi soyuq qəlbə, hissiz, duyğusuz ürəyə, riya, məkr,
bicliklə dolu küt beyinə malik insanlar çoxaldıqca, onlar hiylə dolu
müxtəlif vasitələrlə vəzifə əldə etdikcə yalan, böhtan, riyakarlıq, sax-
takarlıq, ikiüzlülük ayaq açıb yeriyir, möhtəkirlik, acgözlük çoxalır;
mənəviyyat sönür, şəxsiyyət kiçilir. Yalan doğrunu mühakimə edir,
riyakarlıq səmimiyyətə gülür, saxtakarlıq düzlüyə göz ağardır, ikiüz-
lülük düz sözə qənim kəsilib, haqq nahaqqa qula çevrilir.
Bu cəmiyyətdə mən kiçik də olsa özünəməxsus iqtidar sahibi-
yəm. Fəqət mən insan xislətinə yaraşmayan naqisliklərlə, eybəcər-
liklərlə barışa bilmirəm.
Düzlüyü, səmimiyyəti, ləyaqəti, gözəllik duyğusunu qəlbimə sən
doldurmusan, İlahi! Yoxsa mən nə hünərin sahibiyəm ki...
Onu da mənə sən yetirmisən, ömür yoldaşı, ürək sirdaşı kimi.
“Sev, əzizlə, – dedin, – bu sənin dünyandır. Bütün yaranmışlar kimi
onun da özünəməxsus nöqsanı var. Döz, sevə-sevə döz”.
Bəli, nöqsansız tək olan bir Allahdır. Ağlımı, iradəmi tənzimlə-
yən, ey böyük Allah! Mən başqa cür hərəkət edə bilərdimmi?
Yox...Yox... Əsla yox! Söz səninki, əmr səninki, göstəriş səninkidir.
Bir “Ol!” sözü deməklə dünyanı yaradan, göyü yerdən, suyu qurudan
ayırıb hökmünlə bütün canlı və cansız aləmi var edən İlahi! Bütün
hökmünə müti, aciz qulun kimi baş əyib itaət edirəm. Sənin hök-
münlə “arvadım” dedim ona; məsuliyyət götürdüm boynuma. Gün-
dən-günə deyil, saatbasaat deyil, dəqiqəbədəqiqə hopdu mənim
canıma. Nigarançılıq, narahatçılıq bürüdü varlığımı. Xoşbəxtliyə qo-
vuşdum, öz dünyam yarandı.
İllər ötdü, yaşa dolduq, qocaldıq. Daha da doğmalaşdıq, övlad,
nəvə-nəticə qayğılarını birgə çəkdik. Bir sevindik, bir kədərləndik.
Əlbəttə, mən özümü dünyanın ən xoşbəxt adamı sanıram. Fəqət bəzən
mənə elə gəlir ki, o məndən çox-çox uzaqlarda, başqa bir aləmdə,
başqa bir dünyada dayanıb mənə baxır. Canımda bir üşütmə, varlı-
ğımda əsəbilik hiss edirəm. Hirslənirəm, sonra da üç qat artıq əzabını
çəkirəm. Axı, deyirəm, o xəstədir. Unutqanlığı da bununla bağlıdır.
133


Yüklə 2,95 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə