Inqilab Kerimov (Revayetler). qxd



Yüklə 2,95 Kb.
Pdf görüntüsü
səhifə38/112
tarix14.12.2017
ölçüsü2,95 Kb.
#15617
1   ...   34   35   36   37   38   39   40   41   ...   112

gözətçi aktyorların yanına gəlmiş, Ağadadaş Qurbanovdan dönə-dönə
üzr istəmişdir. Bununla belə Ağadadaş teatrın müdiriyyətindən tə-
kidlə tələb etmişdir ki, tamaşa başlanmazdan əvvəl, hər dəfə onun
haqqında məlumat verilsin və tamaşa başlanandan sonra içəriyə heç
kəs buraxmasın. Belə də edirlərmiş.
* * *
Bakı uşaq teatrı 1932– 1933-cü il mövsümündə Qavrili Kornel-
linin görkəmli hind yazıçısı Rabindranat Taqorun “Qaneşin yolu” adlı
hekayəsi əsasında yazdığı “Əfilər” pyesini tamaşaya qoymuşdu.
“Əfilər” tamaşasında Hindistanda inqilabi fəhlə hərəkatı və hind xal-
qının kapitalizmə qarşı apardığı mübarizəsi əks olunmuşdu. Bakı
Uşaq Teatrının bu illərdə Hind mövzusuna müraciət etməsi heç də
təsadüfi deyildi. Hindistanda baş verən inqilabi mübarizə xalqın müs-
təmləkəçilik əleyhinə çıxışları bəşəriyyətin diqqətini cəlb etmişdi. Bu
mövzu o dövrdə sovet ədəbiyyatı və səhnə əsərlərində də öz əksini
tapmışdı. O çümlədən Azərbaycan Dram Yetarında Əs. Həbib Vəfa-
nın “Bombey”, Bakı İşci Teatrında Əbdülhəqq Həmidin “Hind qızı”
əsərləri tamaşaya qoyulmuşdu. Bakı Uşaq Teatrı da Hind xalqının ic-
timai və milli əsarət əleyhinə, xarici müstəmləkəçilərə qarşı inqilabi
mübarizəsini “Əfilər” tamaşası ilə nümaiş etdirmişdi. Burada Hin-
distan toxuculuq fabrikasının işçilərinin ağır vəziyyəti göstərilir, xal-
qın mübarizə əzmi alqışlanırdı. Ağadadaş Qurbanovun ifa etdiyi
Qaneş obrazı tamaşadakı bütün hadisələrin mərkəzində dururdu. Xa-
rici müstəmləkəçilərə və yerli burjuaziyaya qarşı üsyan qaldıran, hin-
dli işçilərə başçılıq edən adi kəndli balası Qaneş, həm fiziki, həm də
mənəvi cəhətdən təsir etməli idi.
Mübariz, ədalətli eyni zamanda namuslu və vicdanlı bir gənc
olan Qaneş bütün hərəkətlərini, düşüncələrini, daxili iztirablarını ta-
maşaçıya çatdırmalı idi. Tamaşanın final səhnəsində Qaneşin – Ağa-
dadaş Qurbanovun çıxışı dramatizmi, təsir və təlqinedici gücü
xüsusilə qüvvətli olmalı idi.
124


Məsələ beləydi ki, xalqı ingilislərə pərəstiş etməyə təhrik edən
yalançı din adamı, Qandist Qaneşgili xalqın gözündən salmaq, nifrət
hədəfinə çevirmək üçün o vaxt böyük günah sayılan bir iş üstə böh-
tana salır, özləri inəyi kəsib, başını mədəbgaha tullayırlar və bunu
Qaneşgilin üstünə atırlar, bu yolla xalqı aldadırdılar. Aldanmış xalq
tufan kimi coşur, hiddətlənirdi. Öz alçaq əməlinin çirkin nəticəsindən
nəşələnən Qandist, dinlə bağlı hərəkətləri ilə xaqlın həyəcanını daha
gücləndirməyə çalışırdı. Elə bu vaxt Qaneş – Ağadadaş Qurbanov
sürətlə keçərək məbədgaha girir. Xalq qəzəblə Qaneşin üstünə gəlirdi.
Qaneş öz çıxışı ilə əsl həqiqəti üzə çıxarırdı. Xalqın hiddəti, nifrəti
birə on qat artırdı. Ancaq bu qəzəb, bu nifrət alovu Qandistlərə qarşı
çevrilirdi.
Bax, bu səhnədə Qaneş – Ağadadaş elə böyük qüvvətlə, inandı-
rıcılıqla çıxış etməli idi ki, həm xalq ona inansın, həm də tamaşaçı
bu inamın həqiqiliyinə şübhə etməsin.
Ağadadaş ifa edəcəyi rollar üzərində çox ciddi şəkildə yaradıcılıq
işi aparır, işinə məsuliyyətlə, vicdanla yanaşardı. Bir gün Ağadadaş
özünü iflic olmuş adam sifətinə salıb “Təzə pir” məscidinə gəlir. Qa-
pıçı görür ki, bu cavan oğlanın əlləri tərpənmir, əyilib eybəcər hala
düşmüş ağzından axan su köynəyini isladıb. Qapıçı çox çətinliklə
başa düşür ki, bu xəstə gənc Allahdan şəfa diləmək üçün məsçidə
gəlmişdir. Ona yazığı gəlir, içəri buraxır. Ağadadaş içəri keçən kimi
cəld minbərə çıxıb, “ey hindular, dinə inanmayın” sözləri ilə başlayan
monoloqunu söyləməyə başlayır. Növbətçi bir də onda başa düşür ki,
gələn xəstə deyilmiş.
Tamaşa zamanı final səhnəsində Qaneşin – Ağadadaş Qurbano-
vun sürətlə keçərək məbədgaha girməsi, qəzəbli xalqın onun üstünə
gələrkən təmkinini pozmaması, daxili qorxu və həyəcan keçirsə də,
xaricən çox sakit, təmkinli hərəkət etməsi təbii və həyəcanlandırıcı
idi. Aktyor “ey hindular, dinə inanmayın” – sözlərini elə bir inamla,
qətiyyətlə, elə bir ehtiras və həyəcanla söyləyirmiş ki, nəinki tama-
şaçıların, hətta tamaşada iştirak edən digər aktyorların da əzələləri
gərginləşir, yumruqları düyünlənirmiş.
125


* * *
Ağadadaş həyati etüdün böyük əhəmiyyətini dərk edirdi; rolu
hazırlayarkən ondan istifadə etməyə çalışırdı. Cəfər Cabbarlının
“Aydın” pyesi Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında tama-
şaya hazırlanarkən ifa edəcəyi Aydın rolu da bu istifadədən məhrum
deyildi. Tanınmış rejissor Soltan Baba oğlu Dadaşov (1906-1969)
danışırdı ki, bir gün teatra gedirdim. İsti və bürkülü bir hava idi. Gör-
düm ki, məndən 5-6 addım irəlidə gedən Ağadadaş Qurbanov bu cür
havada əyninə pencək geymiş, üstəlik də boynunu qaldurmuşdı. Fi-
kirləşdim ki, yəqin xəstələnib. Öz-özünə nə isə danışırdı. Birdən da-
yandı. Əyilib asfaltın kənarı ilə axıb getmiş, lil bağlamış yerdən bir
albalı götürüb, diqqətlə baxtı, ağzına atmaq istərkən “Ağadadaş, sən
nə edirsən?” – deyə qolundan tutdum. Demə, küçədə də Aydın rolun-
daymış, çirkli olmasına varmadan albalını ağzına atmaq istəyirmiş.
Tibb işçisi Tamilla Orucova bu sətirlərin müəllifinə danışıb ki,
“mən Ağadadaş Qurbanovun həyat yoldaşı Kubra xanımla yaxın rə-
fiqə idik. Bir gün evlərinin yanından keçərkən ağlaşma səsi eşitdim.
Yaxınlaşıb Ağadadaşın danışa-danışa ağladığını gördüm. Bərk qorx-
dum. Ürəyim yarpaq kimi əsməyə başladı. Ayaqlarım elə bil ki, yerə
mıxlanmışdı. Axır ki, özümü ələ alıb, bir təhər yeriyib otağa keçdim.
Otaqda Ağadadaşdan başqa heç kəs yox idi. 3-4 dəfə “Ağadadaş!” –
deyə çağırdım. O, mənə cavab yermir, qəribə sözlər söyləyib, ağla-
yırdı. Sözlər mənə tanış gəlirdi, amma Ağadadaş elə ürəkdən ağla-
yırdı ki, bir bədbəxtlik üz verdiyinə şübhə etmək mümkün deyildi.
Nə vaxt ona qoşulub, göz yaşı tökdüymdən özümün də xəbərim ol-
mayıb. Birdən mənə hər şey aydın oldu. “Ay saqqalın ağarsın” –
deyib otaqdan çıxdım. Sonralar mən Ağadadaşı Aydın rolunda gö-
rəndə onun keçirdiyi faciə qarşısında göz yaşımı saxlaya bilməyib
ağlayırdım”.
Görkəmli rus aktyoru Vasili İvanoviç Kaçalov (1875-1948) hə-
qiqi səhnə sənətkarlarının bu cəhətini nəzərdə tutaraq yazmışdı ki,
“yalnız məşqlərdə deyil, küçədə də, iş otağında da, bir sözlə, müxtəlif
şəraitdə aktyor və ya aktrisa öz obrazını beynində gəzdirir və onu fik-
126


Yüklə 2,95 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə