Inqilab Kerimov (Revayetler). qxd



Yüklə 2,95 Kb.
Pdf görüntüsü
səhifə46/112
tarix14.12.2017
ölçüsü2,95 Kb.
#15617
1   ...   42   43   44   45   46   47   48   49   ...   112

sahibi budur. Böhtan atmaqda, ara qarışdırmaqda mahirdir. Hər dəfə
də sudan quru çıxır”.
Bəli, Hüseyn Ərəblinskiyə – Azərbaycan səhnəsinin bu parlaq
ulduzuna, onun sənət dostları Əbülfət Vəliyə, Üzeyir Hacıbəyova,
Hacı İmran Qasımova, Mirzağa Əliyevə, Sidqi Ruhullaya, Mir Mah-
mud Kazımovskiyə, Hüseynqulu Sarabskiyə az böhtanlar atılma-
mışdı. Onları ləkələmək, ruhdan salmaq, səhnədən uzaqlaşdırmaq
üçün; onların arasına nifaq salmaq üçün nələr etməmişdilər, İlahi?!
...1908-ci ildə rus artistləri Bakıda S.Lanskoyun “Qəzavat” əsə-
rini tamaşaya qoymuşdular. Müntəzəm olaraq rus teatrının tamaşa-
larına baxan Hüseyn adəti üzrə bu tamaşaya da birinci baxır. Dağıstan
xalqlarının çarizm zülmünə qarşı mübarizəsindən bəhs edən bu ta-
maşada əsərin qəhrəmanı Əhməd bəy Şamxalın rolunu oynayan məş-
hur rus aktyoru Şorşteynin ifasında bu obrazın səhnə şərhi onu razı
salmır. Tamaşanın ümumi gedişinə aktyorların hərəkətlərinə və rəf-
tarlarına, xüsusilə Şorşteynin çıxışına tənqidi münasibət bəsləyir.
“Yox, Əhməd bəyin rolunu belə oynamaq olmaz” deyir və Ə.Haq-
verdiyevin tərcüməsi əsasında əsəri öz benefisinə tamaşaya hazırla-
mağa başlayır. “Qəzavat” əsərinin tamaşası üzərində son məşq
zamanı görürlər ki, bir dəstə silahlı, yaraqlı ləzgi hay-küylə “Nicat”
mədəni-maarif cəmiyyətinə doluşdular. Cəmiyyətin sədri Məmməd
Əmin Rəsulzadə onları qarşılayıb öyrənir ki, bu tamaşanın Şeyx
Şamil hərəkatına toxunduğu barədə böhtan dolu məktub ləzgilərə
göndərilib. Məmməd Əmin Rəsulzadə dost xalqın nümayəndələrini
Hüseyn Ərəblinskinin yanına aparır. Hüseyn onları məşqə dəvət edir.
Böhtana aldandıqlarına əmin olan ləzgilər Hüseyndən dönə-dönə üzr
istəyirlər. Tamaşa zamanı onun Əhməd bəy Şamxal rolundakı parlaq
qələbəsini alqışlayırlar.
... “Otello” tamaşasında Doj rolunu ifa edəcək Əbülfət Vəlinin
səsi Hüseyni xəyaldan ayırdı. Az keçməmiş Murad Muradov (Kas-
sio), Əhməd Qəmərlinski (Barabansio) və Mir Mahmud Kazımovski
da (Rodriqo) gəlib çıxdılar. Yaqo rolunu ifa edəcək aktyor Məhəm-
məd bəy Əlvəndi isə görünmürdü.
Hüseynin darıxdığını hiss edən Əbülfət Vəli onu sakitləşdirmək
niyyətilə əvvəl bir lətifə danışdı, sonra isə:
149


– Darıxma, ay Hüseyn, harada olsa indi gələr, yəqin hakim bir
az yubandırıb, – dedi.
Həqiqətən də Məhəmməd bəy Məlikov Əlvəndi səhnəyə, teatra
şüurlu və vicdanlı münasibət bəsləyən mütərəqqi fikirli ziyalılarımız-
dan idi. 1872-ci ildə Azərbaycanın qədim şəhərlərindən olan Zər-
dabda qulluqçu ailəsində anadan olmuşdu. İlk təhsilini də orada
almış, əsasən mütərəqqi fikirli ziyalıların əhatəsində böyümüşdü. Uca
boylu, möhkəm bədənli, yaraşıqlı, sağlam düşüncəli bu gənc Azər-
baycan dilini mükəmməl bilməklə yanaşı, rusca da yaxşı danışır, sər-
bəst yazırdı. Odur ki, Bakıya gələndən sonra müstəntiq yanında
dilmanc işləyirdi. Səhnə fəaliyyətinə əsasən XIX əsrin 90-cı illərin-
dən başlamışdı. Özü də sözün əsl mənasında “səhnə dəlisi” idi. Onun
bu “dəliliyi” ağıllı zəhmətdən qidalanan qüvvətli istedadından do-
ğurdu. Doğrudur M.Əlvəndi professional (məfhumun müasir anlayı-
şında) sənətkar deyildi, məktəb görməmiş həvəskar bir aktyor idi.
Ümumiyyətlə 1920-ci ildən əvvəlki Azərbaycan teatrını yaradıb in-
kişaf etdirən ziyalılar həvəskarlar idilər. Peşə sahibi olmaq nöqteyi-
nəzərindən yalnız Hüseyn Ərəblinski, Əbülfət Vəli və Sidqi Ruhulla
professional aktyor sayılırdılar.
1918-ci ilə qədər bir sıra mürəkkəb obrazların düzgün səhnə həl-
lini verən, bütün ağlını, şüurunu, düşüncəsini insanlara xidmətə yö-
nəldən, yaratdığı qüvvətli səhnə obrazları ilə insanları bir məqsəd
uğrunda birləşməyə çağıran, onlara sevinc, zövq bəxş edən Məhəm-
məd bəy Məlikov Əlvəndi 1918-ci ildə səhnədə ruhi xəstəliyə tutuldu,
ağlını itirdi, dünyasını dəyişdi. Allah ona qəni-qəni rəhmət eləsin.
...Əbülfət Vəli sözünü tamamlamamış Polonski əlindəki açarları
oynada-oynada gəlib Hüseynin bərabərində dayandı:
– Bilirsən, cənab artist, mən bayaqdan istəyirdim sənə deyim ki,
sabah burada sizin tamaşa olmayacaq. Binanı qaraçı mahnı və rəqs
truppasına vermişik. – Sanki bütün dünya mehvərindən qopub Hü-
seynin başına fırlandı, nəfəs almaq çətinləşdi, qurumuş dodaqları
kilid  ləndi, qəhərləndi. – Məhəmməd bəy gəlməyəcək. Səhər işə gə-
ləndə ona rast düşüb vəziyyəti demişəm.
Polonskinin bu sözləri Hüseyni ildırım kimi vurdu:
150


– Ax görürsən, yaramaz Məhəmməd bəy heç xəbər də eləməyib?
– deyə hıçqırdı.
Düz demirsən, Hüseyn, – deyə Əbülfət Vəli dilləndi. – Axı Mə-
həmməd bəy xəbəri bu gün səhər eşidib. Bir də ki, Polonski ona elə
deyib ki, o elə bilib bizim də xəbərimiz var.
Polonski ilə danışmağım, çənə-boğaz etməyin mənasız olduğunu
Hüseyn yaxşı bilirdi. Buna baxmayaraq:
– Axı “Otello” tamaşasının göstəriləcəyi yeri xəbər verən gözəl
afişalar asılıb, biletlər satılıb, dəvətnamələr paylanılıb. Neçə vaxtdır
ki, böyük səbirsizliklə gözləyirdik, – deyə Polonskiyə yaxınlaşdı.
Polonski Hüseynin yarı iniltili, yarı qəzəbli bir səslə dediyi bu
sözlərə əhəmiyyət belə vermədi.
– Mən bu saat, – deyə bayaqdan əli qoynunda əsəbi halda var-gəl
edən Əhməd Qəmərlinski nə fikirləşdisə cəld teatr binasından çıxdı.
Hə uşaqlar, gözləməyin mənası yoxdur, hərə öz işinə, – Po-
lonskinin bu amiranə sözü Hüseyni və dostlarını həm əsəbiləşdirdi,
həm də naümid etdi. Elə bu vaxt yağışdan islanmış Məhəmməd bəy
Əlvəndi şlyapasını çırpa-çırpa içəri girdi. Onu görcək Hüseyn üzünü
yana çevirdi. Əhvalatdan hali olan Məhəmməd bəy dedi:
– Bilirsən, Hüseyn, əvvəla Polonski də, Kaşirin də belə bir fikir
söyləyirlər ki, Hüseyn böyüklük edir. Yeni Azərbaycan Otellosu ya-
ratmaq istəyir. Deyirlər ki, yəni Hüseyn Adelheym qardaşlarından,
Şorşteyndən, Çatskidən, eləcə də bu vaxta qədər Otello oynayan qüd-
rətli sənətkarlardan çox bilir? Onlar sənin yeni, orijinal, humanist
Otello yaratmağını istəmirlər.
Hüseyn nəzərlərini Əbülfət Vəlidə cəmləşdirdi. Bəli, məhz müəl-
limi, dostu Əbülfət Vəlinin təklifi ilə o, Otello obrazının ümumi rəs-
mində humanist ideyaları qüvvətləndirmişdi. Əbülfət Vəli də, Hüseyn
Ərəblinski də həyatda sadə, mehriban, xoşxasiyyət, səliqəli, ədalətli,
həqiqətpərəst adamlar idilər. Kasıb, acınacaqlı həyat sürmələrinə bax-
mayaraq sinələrində gələcəyə böyük inam, insanlığa məhəbbət hiss-
lərilə dolu bir ürək gəzdirirdilər; bu ürəklər həm də həyatdakı
saxtakarlığa, hər növ eybəcərliklərə qarşı barışmazlıq hissi ilə dolu
idi. Hüseyn Otellonun Dezdemonaya dediyi: “Sən ölməlisən, yoxsa
gedib başqa birisini də aldadarsan” –sözlərini obrazın ifa əsasında
151


Yüklə 2,95 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə