Inqilab Kerimov (Revayetler). qxd



Yüklə 2,95 Kb.
Pdf görüntüsü
səhifə54/112
tarix14.12.2017
ölçüsü2,95 Kb.
#15617
1   ...   50   51   52   53   54   55   56   57   ...   112

ZARAFATCIL ADAM
“Zarafat məhəbbətin qayçısıdır” məsəlini çoxları qəbul etsə də,
insan ovqatına müsbət təsiri, onun şənlik, şuxluq əlaməti olduğunu
təsdiq edənlər və zarafatcıl adamlara hörmət bəsləyənlər də az deyil.
Ancaq di gəl ki, zarafat da var, zarafat da. Zarafat var könül oxşayar,
xoş təsir bağışlayar; zarafat var ev yıxar, könül bulandırar.
Hə, bax, görürəm ki, bir çoxunuz dodaq büzür, narazılıq əlaməti
olaraq əllərinizi yelləyirsiniz: “Yox, əşi, daha bu boyda yalan olmaz;
zarafatla da heç ev yıxılar? Ailə dağılar?” deyib şübhənizi gizlətmir-
siniz. İnanmırsınız, onda sizə bir əhvalat danışım.
Onu çoxdan tanıyırdım. Teatr adamı sayılırdı. 40-50-ci illərdəki
teatr tamaşaları barədə məqalələr yazırdı. Doğrudur, teatr təhsili yox
idi. Amma ədalət naminə deyim ki, sənətçilər arasında yaxınlıq etdiyi
adamlar az deyildi. Mətbuat sahəsində işlədiyi üçün istədiyi sənətçi
haqqında yazırdı. Hətta bir aktrisa barəsində kiçik də olsa kitabça
yazıb, çap etdirmişdi. Axı teatr haqqında mütəxəssis yazarlar qıtlığı
idi. Azərbaycan teatrşünaslığı heç iməkləmirdi də.
Bəli, mətləbdən uzaq düşməyək. Həmin teatr adamı zarafatından
qalmaz, özü də etdiyi zarafatları dəfələrlə duzu ilə, sirkəsi ilə, şövq
ilə danışmaqdan böyük zövq alardı. Söhbətinə həmişə belə başlayardı
ki, “ə kişi, yaxşı deyiblər ki, dünya beş gündür, beşi də qara. Gərək
zarafatından qalmayasan. Vallahi, zarafat ki, var ha, insanın can dər-
manıdır. Candan yorğunluğu zarafat kimi nə çıxara bilər? Vallahi və
billahi neç nə. Dilxorsan, zarafat elə. Acsan, yenə zarafat elə. Bir də
ki, zarafat gərək güclü təsirə malik ola. Bir zarafatın ki, illərlə izi qal-
maya, ona zarafat demərəm. Allah ölənlərinizə rəhmət eləsin, mənim
rəhmətlik atam da yaxşı zarafatcıl idi. Onu gözü götürməyənlər də
var idi. Hətta bir dəfə onu öldürmək də istəmişdilər. Zarafat elədiyi
aktyor və rejissor Mirzə Əli Abbasov özü onu xilas eləmişdi.
O zaman biz Tiflisdə “Şeytanbazar” deyilən müsəlman məhəlləsində
yaşayırdıq. Rejissor, aktyor, Gürcüstanın xalq artisti rəhmətlik İbra-
him İsfahanlı ilə qonşu idik. Onun atamla arası sərin idi, zarafat başa
düşməzdi. Xüsusilə atamın zarafatlarından heç xoşlanmaz, yeri gə-
ləndə deyərdi ki, atamın zarafatları mərdimazarlıqdı.
173


Ancaq atam zarafatlarından əl çəkməzdi. Bir qonşumuz vardı adı
Mirzə Əli idi. O, da İbrahim İsfahanlı kimi Tiflisdəki Azərbaycan te-
atrında rejissorluq və aktyorluq edərdi. Əsilli-nəcabətli olan bir ailə-
dən gözəl bir qızla evlənmişdi. Qızın ailəsi, qohum-əqrəbası oğlanı
aktyorluq etdiyi üçün sevməzdi, qız isə oğlanın dəli-divanəsi idi. Qızı
dövlətli tacir oğlu da istəmişdi, rədd cavabı almışdı. Ancaq oğlan
tamam əl üzməyibmiş, qızı görməyə səy edərmiş. Qız isə evdən ba-
yıra çıxmırmış. Bir gün sözarası atam tacir oğluna deyir ki, mən o
qızı zarafat vasitəsilə səninlə görüşdürərəm. Hə, atamın əlinə fürsət
düşür. Öyrənib bilir ki, Mirzə Əli evə gec gələcək. Valideynləri isə
Qazağa, qohumlarıgilə toya gediblər. Atam fürsəti əldən vermir. Qa-
pını döyüb guya qaça-qaça gəlmiş, ürəyi döyünən adam kimi həyə-
canla qıza deyir ki, bəs Mirzə Əli yıxılıb, qılçasını sındırıb. Qoyublar
xəstəxanaya, səni istəyir. Gəlin tez evdən çıxıb Kür aşağı xəstəxanaya
tərəf qaçarkən tacir oğlu əvvəldən atamla danışdıqları kimi gəlinin
qarşısını kəsib eşqnamə oxuyur və deyir ki, nə görmüsən o lüt ar-
tistdə, boşan gəl mənə, səni qızıla, brilyanta tutum. Gəlin öyrənir ki,
ərinə heç nə olmayıb. Onu aldadırlar. Əsəbi halda qorxu və həyəcanla
evə gəlir, üç ay xəstə yatır.
Hə, mənim də zarafatlarımın qiyməti ölçüyə gəlməz.
Razış gözlərini qıyıb, dişlərini ağartdı. Başladı son zarafatlarını
danışmağa. Özü də danışdığına əhəmiyyət vermədən gözü yaşarana
qədər gülür və güldükcə: “Ay səni” deyə əlini çiynimə döyəcləyirdi.
Hə dayanmışdım “Azərnəşr”in qabağında, fikirləşirdim ki, nə
eləyim? Elə bu vaxt Yaşarın gözəl bir gəlinlə mənə tərəf gəldiyini
gördüm. Bu o Yaşardır ki, Bakı Universitetinin jurnalistika fakültə-
sinin son kursunda oxuyanda bizim redaksiyada təcrübə keçmişdi.
Söhbətlərimə qulaq asmaqdan xoşlanırdı. Ondan çox yaşlı (40 yaş
fərqimiz vardı) və qocaman işçi olduğum üçün həm də mənə hör-
mətlə yanaşardı.
Yaşar yaxınlaşıb görüşdü, yanındakı gözəli təqdim eləyib: “Raziş
müəllim, tanış olun, həyat yoldaşımdır. Altı aydır evlənmişik”. Gözəl
gəlin: “Kübra” deyə əlini mənə tərəf uzatdı. O, gözəli başdan-ayağa,
ayaqdan-başa bir neçə dəfə süzüb müəmmalı bir tərzdə başımı bula-
174


dım. “Hə, belə-belə işlər” deyə astadan pıçıldadım. Gözaltı Yaşara
diqqət yetirdim. Onun narahatlığı artırdı. Hiss edirdim ki, onu tər apa-
rır. Şübhəli nəzərlərlə bir mənə, bir də həyat yoldaşına baxıb titrək
səslə təşviş içərisində soruşdu: “Raziş müəllim, olmaya Kübranı ta-
nıyırsınız?”
Əlimi gicgahıma aparıb çoxdan bəri dəlləkxanaya getmədiyim-
dən çoxalmış cod tüklərim arasında şanə kimi gəzdirdim. Çənəmi qa-
şıdım. Hiss etdim ki, Yaşarın səbri tükənib, ürəyinin şiddətli
döyüntüsünü az qala eşidirdim. O, gözəl isə heyrət içərisində donub
qalmışdı. Yaşarın narahatlığı, əsəbiləşməsi onu çaşdırmışdı. Nə isə
məqam çatmışdı. Bir də onlara baxıb çox ciddi şəkildə dedim: “Yox,
ay Yaşar, qızı tanımağına tanımıram, ancaq fikirləşirəm ki, il yarım
əvvəl sən mənə: “Raziş müəllim, tanış olun, həyat yoldaşımdır, təzə
evlənmişik deyə təqdim etdiyin qadın axı bu deyildi”.
Pa, bunu dediyimi gördüm, elə bil o gözəli ilan çaldı, bədəni tit-
rədi, gözləri alaçalandı. Qurumuş dodaqlarını zorla aralayıb Yaşara:
“Əclaf!” deyə Nizami Muzeyinə tərəf qaçmağa başladı. Yaşar əv-
vəlcə mənə nə isə demək istədi, lakin əsəbilikdən danışa bilmədi, əl-
lərini yelləyib: “Kübra, dayan” deyə onun dalınca qaçdı. Zarafatımın
baş tutduğunu görüb daxili bir rahatlıq duydum. Gülümsəyə– gülüm-
səyə “pasaj” bazarına tərəf yollandım.
Əşi, zarafatımın güclü təsir göstərdiyini axşam evə gələndən
sonra bildim. Yaşar zəng edib başladı: “Raziş müəllim, sənin atan
belə, anan belə” deyə o ki var beşmərtəbəli söyüşlər yağdırıb, axırda
gəldi mətləb üstünə ki, “bəs sənə nə pislik eləmişdim. Sən məni nə
vaxt başqa qadınla görmüşdün? Kübra getdi atası evinə, boşanmaq
niyyətindədir. Mənim evimi yıxdın, Allah sənin evini yıxsın, qoca
iblis, mən səni adam bilmişdim”.
Raziş müəllim özündən razı halda udqundu və əlavə etdi: “Za-
rafatın gücünə bax ha!”
Mən Razişə qulaq asdıqca bədənim əsir, onun iblis görkəminə,
Şeytan sifətinə nifrətim artırdı. O isə tutduğu əməlinin sevincini elə
bil yenidən yaşayırdı. Əlini çiyninə vurub soruşdu:
Dəllək Həsəni tanıyırsan?
175


Yüklə 2,95 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə