İnsan-ətraf mühit-cəmiyyət


Cəmiyyətin xüsusiyyətləri



Yüklə 93,74 Kb.
səhifə5/16
tarix31.12.2021
ölçüsü93,74 Kb.
#81303
1   2   3   4   5   6   7   8   9   ...   16
Movzu Təhlükəsiz davranışa malik şəxsin nəzəri modeli

Cəmiyyətin xüsusiyyətləri

Cəmiyyət bir sıra xassələrə malikdir: özfəaliyyət (fəaliyyətin kənardan gətirilməməsi), öz-özünü təşkiletmə; özinkişaf (inkişaf mənbəyinin daxildə olması) və öz-özünə kifayət olması.


Birinci üç əlamət həm bütövlükdə cəmiyyətə, həm də ayrılıqda onun hər sferasına və qruplarına aiddir. Dördüncü xassə isə yalnız bütöv bir tam kimi götürülən cəmiyyəti səciyyələndirir. Özünün özü üçün kifayət etməsi xassəsi o deməkdir ki, sistem öz fəaliyyəti ilə onun mövcudluğu üçün lazım olan şəraiti yarda və təlabatlarını ödəyə bilir. Bu keyfiyyət sosial sistemi onun ayrı-ayrı yarımsistemlərindən və tərəflərindən fərqləndirir. Başqa sözlə cəmiyyətin heç sahəsi, heç bir fəaliyyət növü ümumidən təcrid olunmuş halda normal yaşaya bilməz.Yalnız bütöv bir tam kimi götürülən cəmiyyət bütün fəaliyyət növlərinin,sosial subyektlərin və sosial insitutların vəhdətini təmin etməklə öz-özünü təminetmə xassəsinə malikdir. Beləliklə, sosial sistem müxtəlif səpkilərə malikdir. Onu təhlil edərkən fəaliyyət növləri, “sosial münasibətlər, sosial birlik formaları” ictimai insitutlar mütləq nəzərə alınmalıdır.
İnsanlar öz təbiətinə görə, anadangəlmə genetik bacarıqlara malik olurlar. Hər bir sivil ölkədə ali dəyər (cəmiyyətdə) başqalarının azadlığına mane olmayan insan azadlığıdır. İnsan cəmiyyəti elə bir biosistemdir ki, iki rejimdə dayanıqlı fəaliyyət göstərə bilərlər: konstruktiv və dekonstruktiv.


Yüklə 93,74 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə