İnsan-ətraf mühit-cəmiyyət


Cəmiyyət haqqında alimlərin fikri



Yüklə 93,74 Kb.
səhifə4/16
tarix31.12.2021
ölçüsü93,74 Kb.
#81303
1   2   3   4   5   6   7   8   9   ...   16
Movzu Təhlükəsiz davranışa malik şəxsin nəzəri modeli

Cəmiyyət haqqında alimlərin fikri.

Cəmiyətə sistemli yanaşma təssavvürləri qədim olsa da,bu baradə bitkin təlimlər ilk dəfə XIX əsrin fəlsəfi fikrində yaranmışdır. Onun əsasları O.Kont, H.Spenser, K.Marks, E.Dürkheym, M.Veber, P.Sorokin, L.Bertalanfi, T.Parsons və başqa mütəfəkkirlər tərəfindən irəli sürülmüşdür. Bu təsəvvürlərə görə sistem kimi götqrqlən cəmiyyətin elementlərini bu və ya digər sosial subyektlər, münasibətlər və institutlar təşkil edir.Cəmiyyət sistemini təşkil edən elementlər və yarımsistemlər keyfiyyətcə rəngarəngdir və çoxpilləli xarakter daşıyır. İctimai sistemdə münasibətlər çox mühüm yer tutur. Münasibət dedikdə cəmiyyəti təşkil edən subyektlər arasında müəyyən əlaqə və asılılıq başa düşülür. Məhz bu münasibətlər sayəsində insanlar cəmiyyətdə birləşirlər, ayrı-ayrı fərdlər vahid, tam formasında çıxış edirlər. İnsanlar arasında sabit və təkrarlanan münasibətlər, asılılıq tədricən onların sosial qruplar, təşkilatlar və insitutlar formasında birləşməsini yaradır.


Sosial sistem
Sosial sistem aşağıdakı xassələrinə görə təbiət sistemlərindən fərqlənir: Hər şeydən əvvəl göstərilməlidir ki, cəmiyyəti təşkil edən elementlər, yarımsistemlər və səviyyələr son dərəcə rəngarəngdir,onların funksiyaları, əlaqələri və qarşılıqlı münasibətləri çox mürəkkəbdir. Digər tərəfdən sosial sistemi təşkil edən elementlər öz keyfiyyətinə görə müxtəlifdir,burada təkcə maddi deyil ,həm də ideal, mənəvi hadisələr vardır. Buna görə də onu tədqiq edərkən müxtəlif elmlərin(humanitar və təbiət elmlərinin) metodlarından kompleks şəkildə istifadə olunmalıdır.Sonra,sosial sistemin əsas elementi olan insanın unikal xarakteri onu təbiətdən fərqləndirir.Belə ki insan öz fəaliyyətinin,davranışının forma və üsullarını sərbəst surətdə və geniş diapazonda seçə bilir. Bunun nəticəsində cəmiyyətin inkişafında qeyri müəyyənlik dərəcəsi yüksək olur. Burada hadisələrin gələcək nəticələrini irəlicədən müəyyən etmək çox vaxt mümkün olmur.
Sosial sistem qapalı ola bilməz. Sosial sistemin açıq olması o deməkdir ki, cəmiyyət daim ətraf mühit ilə maddələr, enerji və informasiya mübadiləsində olur. Buna görə də ictimai sistem qeyri-müvazinət vəziyyətində olan sistemlərdədir. Onun qeyri-müvazinət xarakteri həm də bunda ifadə olunur ki, sosial sistemə daxil olan yarımsistemlər və tərəflər öz səviyyəsinə görə eyni deyildir. onlar arasında müəyyən fərqlər və dialektik ziddiyyətlər mövcuddur. Sosial sistemin açıq xarakteri və qeyri-müvazinətli olması onun ədəbi həyatını təmin edir.

Yüklə 93,74 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə