İnsan-ətraf mühit-cəmiyyət


Destruktiv davranışı aşağıdakı növlərinə ayırmaq olar



Yüklə 93,74 Kb.
səhifə7/16
tarix31.12.2021
ölçüsü93,74 Kb.
#81303
1   2   3   4   5   6   7   8   9   10   ...   16
Movzu Təhlükəsiz davranışa malik şəxsin nəzəri modeli

Destruktiv davranışı aşağıdakı növlərinə ayırmaq olar:

Additiv - uyuşdurucu vasitələrin təsiri ilə psixoloji vəziyyətin dəyişdirilməsi nəticəsində reallıqdan yayınmağa cəhd edilməsidir.

Antisosial - hüquqa zidd, müasir cəmiyyətin etik münasibətlərinə və mənəviyyatına uyğun olmayan davranış forması.

Suiqəst - cəmiyyətdən təcrid edilmə, acizlik (fiziki, hüquqi və intelektual çatışmamazlıqlar), gələcəyə inamsızlıq, özünün azadlığını itirən kimi bir çox faktorlardan asılı olacaq, özünü öldürməyə, qəsdə meyilli.

Konformist - rəsmi mövqelərə tərəfdarlılıq, uyğunlaşdırılma;

Narsistik - özünə vurğunluq, başqalarının fikrinə (qiymət verməsinə) yüksək həssaslığın göstərilməsi, belə şəxslərə və ətrafda olan hər bir şeyə qarşı etinasızlıq.

Fanatiklik - hər-hansı bir idealogiyaya kor-konarə tərəfdarlılığın göstərilməsi.

Autik - sosial və ictimai əlaqələrin çətinliyi, real həqiqətdən uzaq olma.

Deviant - sosial və mənəvi normalara uyğun olmayan.

Bir çox sosial-psixoloji tədqiqatlar göstərir ki, indiki zamanda daha çox təhlükəli davranış əlamətlərinə malik insanlara rast gəlmək olar. Onlara şüurlu və yaxud şüursuz təcavüz təzahürlü xüsusiyyətlər xasdır. Bu təzahür ilk növbədə onların sağlamlığına ziyan vurur və insan üçün təhlükəli vəziyyətlər yaradır, lakin son nəticədə bütün cəmiyyətə və təbii mühitə ziyan vurulur, ekoloji tarazlığın və iqtisadi balansın pozulmasına səbəb olur. Cəmiyyətdə bu kimi şəxslərin üstünlüyü, bütün bəşəriyyət üçün misli olmayan, müxtəlif mənşəli təhlükələrin artımına səbəb olur. Bu insanların yaratdığı “qar topuna” bənzər təzahürlü fəaliyyətlərin ucbatından baş verir. Cəmiyyətdə insanlar arasında qarşılıqlı münasibətlərin pozulması həyat fəaliyyətinin bütün sahələrində psixoloji gərginliyin artmasına və əhalinin xəstəliklərə məruz qalmasına səbəb olur.

Bundan başqa təbiətdən səmərəsiz (kortəbii) istifadə edilməsi və əhalinin artımı ilə bağlı iki planetar proses baş verir. Bunlar ekoloji və demoqrafik krizislərdir. Məhz müasir zamanda vaxtı çatmışdır ki, milli mənəvi dəyərlərin, mədəniyyətlərin, dinlərin birliyi sahəsində ümumbəşəri biliklər və təcrübənin sintezinə əsaslanan dünyada baş verənlərə keyfiyyətcə yeni baxışlar işlənib hazırlansın və tətbiq edilsin.

V.Ostvald ictimai inkşaf kriteriyasına “imperativ enerji” kimi baxmışdır: “enerjini boş yerə sərf etmə, ondan istifadə et”. Bu postulatın mahiyyəti – təbiətdə mövcud olan prosesləri insanın məqsədlərinə yönələn enerjiyə çevirməkdən ibarətdir. İnsanın və cəmiyyətin harmonik inkşafını təmin edən F.Engelsin ideyasının tətbiqi prinsipial əhəmiyyət kəsb edir:Hər bir fərdin azad inkişafı hamının azad inkşaf etməsi şərtidir Bu ideya – insanın təhlükəsizlik ölçülərindən biridir . Bununla əlaqədar olaraq qeyd etmək olar ki, insanın azad inkşafı yalnız onun mənəvi, fiziki, intelektual yüksəlişi, özünüdərki və təkmilləşməsi, həmçinin insan cəmiyyətinin bir sisten kimi hər bir üzvünün azad inkşafı (müxtəlif ictimai qrup, təşkilat, dövlət) şərti daxilində mümkündür.



Yüklə 93,74 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə