İnsan-ətraf mühit-cəmiyyət


Təhlükəsiz davranış əlamətlərinə malik olan şəxsin (TDƏMOŞ) psixofizioloji xüsusiyyətləri



Yüklə 93,74 Kb.
səhifə10/16
tarix31.12.2021
ölçüsü93,74 Kb.
#81303
1   ...   6   7   8   9   10   11   12   13   ...   16
Movzu Təhlükəsiz davranışa malik şəxsin nəzəri modeli

Təhlükəsiz davranış əlamətlərinə malik olan şəxsin (TDƏMOŞ) psixofizioloji xüsusiyyətləri

TDƏMOŞ əsas psixofizioloji xüsusiyyətləri, eyni ilə (adekvat olaraq) ətrafdakılar üçün təhlükəsiz olan insan beyninin fəaliyyəti ilə üst-üstə düşür. İstənilən fərdin psixoloji baxımdan özünü ifadəsini insan beyninin aktivliyini özündə əks etdirən bir təzahür forması kimi təsəvvür etmək olar.

Psixoloji fəaliyyət - beyin fəaliyyətinin ali səviyyəsidir, onun spesifik əlamətləri reallıqların obrazlar, anlayışlar, emosional təəssüratlar, iradi məqsədlərin əks etdirilməsidir.

Ümumən, beyinin fəaliyyəti, onun psixoloji aktivliyi həmçinin, reflektor xüsusiyyətlərinə malik olduğunu anlamaq vacibdir. Təhlükəsiz davranışa malik olan şəxsin (TDMOŞ) xüsusiyyətləri, krizis və ekstremal hallarda insanların vəziyyətləri, ətraf mühitlə qarşılıqlı əlaqə prosesləri, başqa insanlarla ünsiyyətlər və s. neyrofizioloji proseslərlə və həyat fəaliyyətinin təhlükəsizliyini təmin edən sinir sisteminin xüsusiyyətlərindən irəli gəlir. Bununla əlaqədar olaraq İ.P.Pavlovun “Sinir ali fəaliyyətin fiziologiyası haqqında” nəzəriyyəsi xüsusi əhəmiyyət kəsb edir. Bu biliklər şəxsin eksklyuzivliyini anlamaqda, uğursuzluğun səbəblərini müəyyən etməkdə, özünə ətraf mühitə və digər insanlara təhlükələri proqnozlaşdırmaqda, vaxtında insana problemin həllini tapmaqda və ən əsası-özünün təhlükə mənbəyi olmamasına kömək edir.



Tez-tez insan müxtəlif mənşəli təhlükələrə, çətinliklərə rast gəldikdə affekt və ya stress vəziyyətinə düşür. İlk dəfə tibbdə “stres” terminini G.Selye daxil etmişdir. O, insan orqanizminin vəziyyətinə hər-hansı bir qıcıqlandırıci faktorun təsirini əks etdirir. Əlverişsiz şərait yarandıqda, orqanizm itirdiyi tarazlığını bərpa etməyə çalışır-adaptasiya sindromu yaranır. Xəsarətlər, yanğınların və s. yaratdığı klassik stresslə yanaşı olaraq, psixikaya təsir nəticəsində emosional stressi ayırmaq olar. Lakin bu stresslərin arasında şərti fərqlər vardır: klassik stressdə adaptasiya sindromu qıcıqlandırıcı ilə qarşılanmadan başlayır, halbuki emosional (psixoloji) stressə adaptasiya əvvəlcədən başlaya bilər. Belə ki, məsələn, xüsusi metod və vasitələrlə insan psixikasına təsir göstərərək şüur səviyyəsində qorxu kimi emosiyanı idarə etmək olar. Bunu necə əldə etmək olar sualına insan psixikasını öyrənən bütün tədqiqatçılar cavab axtarır. İnsan nəyi bilməli və nəyi etməyi bacarmalıdır ki, əlverişsiz vəziyyətdə qorxu, özünü itirmə hisslərini azaltmaq və özünə inamlılığı, rahatlığı əldə etmək mümkün olsun?


Yüklə 93,74 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə