İnsan-ətraf mühit-cəmiyyət


Təhlükəsiz davranış dörd əsas komponentin mövcud olmasını nəzərdə tutur



Yüklə 93,74 Kb.
səhifə15/16
tarix31.12.2021
ölçüsü93,74 Kb.
#81303
1   ...   8   9   10   11   12   13   14   15   16
Movzu Təhlükəsiz davranışa malik şəxsin nəzəri modeli

Təhlükəsiz davranış dörd əsas komponentin mövcud olmasını nəzərdə tutur:

  • təhlükə haqqında qabaqcadan bilmə;

  • təhlükənin təsirindən qurtarmaq;

  • təhlükəyə üstün gəlmək;

  • təhlükəsizlik resurslarını yaratmaq.

Təhlükə haqqında qabaqcadan bilməsi aşağıdakıları nəzərdə tutur:

  • insanın ətrafında olan təhlükələri bilmək və onları ayırd etmək qabiliyyəti;

  • təhlükələrin insana təsir göstərən fiziki xüsusiyyətləri haqqında məlumatlı olmaq;

  • vəziyyəti düzgün qiymətləndirmə bacarığına malik olmaq (təhlükənin növü, təhlükənin inkişaf xarakteri və onun nəticələri, davranışın hüquqi istiqaməti);

  • yaşayış mühitinin təhlükələrini qabaqcadan öyrənmək və onlardan mühafizə olunma yollarını bilmək (təbii, texnogen, sosial, hərbi konfliktlərdə);

  • özunəməxsus “mən”- dən yaranan təhlükələr barədə qabaqcadan bilmək və adekvat düşünmək və hərəkət etmək qabiliyyətinə malik olmaq (özünə, yaşayış mühitinə, başqa insanlara);

  • insanıın həyat fəaliyyətinin təhlükəsizliyinə hazırlıq və planlı təlimatlandırılması.

Təhlükənin təsirindən yayınmaqdan ötrü, insan təhlükəli hadisələrin baş vermə təbiətini, inkişaf xüsusiyyətlərini dərk etməli, və təhlükənin qabağını almaq üçün real imkanları müəyyənləşdirmək, şəraiti düzgün qiymətləndirməyi və öz qüvvələrini rasional (məqsəd yönlü) bölüşdürməyi bacarmalıdır.

Hər bir insan bilməlidir ki, hər hansı təhlükənin təsirindən yayınmaq imkanı olmadıqda belə o, bu təsirlərə üstün gələcəkdir, bu şərtlə ki, özünü mürəkkəb təhlükəli şəraitə qarşı (cəmiyyətdə, ətraf mühitdə, qəzalarda və s.) adekvat aparmaqla, mühafizə qaydalarını bilməli (təhlükədən əvvəlcədən gizlənməyi, təhlükənin təsirinə məruz qaldıqda ondan müdafiə olunmağı, həmçinin təhlükənin nəticələri ilə mübarizə aparmağı) və onları tətbiq etməyi bacarmalı, şəxsən özünü və qarşılıqlı yardım vərdişlərinə (yaralandıqda, avtonom şəraitdə yaşayışını təmin etmə, yandıqda, elektrik cərayanında zədələndikdə, həşəratlar dişlədikdə və s.) malik olmalıdır. Bunun üçün məqsəd yönlü iradə, həyacan, intelekt şəxsi və fəaliyyət vərdişləri səfərbər olunur.

TDXMOŞ formalaşdırılmasında məqsəd - müəyyən bacarıq və vərdişləri aşılamaqdır ki, insan elə davranışa malik olsun ki, şəxsin ətrafa yaratdığı təhlükə azalsın (və ya minimuma ensin), bu həmçinin ətraf mühitin təhlükələrindən mühafizə olunmaq üçün profilaktikadır.

Təhlükə mənbələri bir qayda olaraq qarışıq xarakterə malik olur. Ona görə də müasir şəraitdə HFT - nin təminatı mexanizminində kompleks funksiyalar qurulması vacibdir.




Yüklə 93,74 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə