135
zamanı beyin mərkəzi və duyğu orqanları da funksiyalarını itirə
bilirlər. Duyğu-mənəvi aləm sisteminin əsasını beyin və duyğu
orqanları, sinirlər təşkil edir. Beyində orqanik dəyişiklik təbii
ki, onun ətraf sistem elementlərinin fəaliyyətinə də təsir
edəcəkdir.
Təsirlər belə ola bilər:
-yaddaş pozğunluğu və ətraf aləmi tanıya bilməmək, huşun
itməsi, bayılmalar;
-diqqəti cəmləyə bilməmək, əlamətləri ayırd edə bilməmək
və s. ;
-nitq
pozğunluğu;
-iyibilmə qabiliyyətinin itməsi;
-dadbilmə qabiliyyətinin itməsi;
-eşitmə qabiliyyətinin pozulması;
-görmə qabiliyyətinin pozulması;
-dəri problemləri və hissiyyatın pozulması;
-beyinə daxil olan siqnalların qarışması;
-həzm və qan dövranında olan
problemlər;
-qan tərkibində və rəngində olan problemlər;
-özünü idarə edə bilməmək qabiliyyətinin meydana
gəlməsi;
-daxili orqanlarla beyin arasında əlaqənin itməsi;
-duruş və yerimək strukturunun pozulması və s.
Beyin pozulması müsbət və mənfi təsir edən
informasiyaların çoxlu həcmdə qəbulu ilə də əlaqəli ola bilər.
Bu zaman daha çox duyğu orqanları pozula bilər. Belə də
hesab edə bilərik ki, duyğu orqanları beyini müdafiə etmək
funksiyasını yerinə yetirir. Hər gələn zərbəni ilk növbədə beyin
sisteminə aid olan duyğu orqanları qəbul edir.