143
prinsipi ilə
orqanizm yaşayır və yetişir, böyüyür, qocalır:
ümumiyyətlə, qazanır, ətrafdan əldə edir və itirir. Xarici mühit
və maddələr insanın daxilinə xidmət edir. Sistemlilik
proseslərinə müvafiq olaraq qeyd edək ki, qan bütün
orqanlarda gəzir, lazımi minerallarla, zülallarla, yağlarla və
digər vitaminlərlə, elementlərlə onu təmin edir. Qan
orqanlardan-orqanlara daşıyıcı funksiyanı yerinə yetirir. Qan
ürəkdən gəlib-keçir, beyin onu orqanlara bölür, qan süzülür,
mədə-bağırsaqdan
vitaminlər alır, oksigenlə yeniləşir,
ağciyərdən oksigen alır, hemoqlobin əldə olunur, dalaqda
ehtiyat qan yığılır və s.
Bədənin normal funksiyasını qan
və sinir sistemləri tənzim
edir ki, onlar da müvafiq hüceyrələrdən ibarət olur. Belə hesab
edək ki, beyin və onun sinirləri qana “göstəriş verir”. Orqanlar
arasında olan siqnallar mübadilələri qanı göstərişdə saxlayır.
Beyin sinirlərə, qana, orqanların toxumalarına nəzarət edir.
Çatışmayan yerlərə beyin qanı
göndərir ki, tarazlıq yaransın.
Bədən özü müəyyən ölçülü birləşmədən ibarətdir. Hər
hansı bir məkanda ölçülərin artması şişkinliyi meydana
gətirir. Şişkinlik qeyri-düzgün birləşmədən yaranır. Bu
birləşmə infeksiyaların öldürülməsi üçün bir məkana
yığışan qan hüceyrələrindən də yarana bilir.
Şişkinlik xarici zədələrdən və daxildən yaranır. Hər iki
halda orqanların mövcud işlək vəziyyətləri (formaları) dəyişir.
Zədə olanda şişkinlik olur. Şişkinlik müdafiə funksiyasının
tərkibidir.
Burada
əzələlər, toxumalar zədələrdən öz
formalarını dəyişirlər. Bu halda beyin ora sinirləri cəlb edir,
qanı göndərir. Qan o yerlərə dolur və nəticə etibarilə maye
yığılır. Şişkinlik əmələ gəlir. Toxumalar, əzələlər, limfalar
genişlənir. Qanın zədə yerinə dolması sayəsində əzələ və
toxumaların bərpa olunması prosesləri gedir. Bərk şişkinlik
tədricən yumşalır. Sağalma gedir. Şişkinliyin aradan qalxması
üçün qan verən yeməklərdən yemək lazımdır. Qan artıran həyat
tərzindən istifadə etmək lazımdır. Şişkinlik idmanla, fiziki işlə,