151
Dırnaq haqqında
Orqanizm inkişaf edir. Enerji istehsalını həyata keçirir. Bir
müddətdən sonra boyun artması dayanır. Sümüklər bərkiməyə
başlayır. Orqanizm ancaq fəaliyyətdə olur. Dırnaqlar elə sümük
inkişafının, sümük artımının davamı kimi qəbul oluna bilər.
Dırnaq orqanizmdən xaric olunan və sümüklər üçün lazım olan
maddələrin artığıdır. Dırnaqlar hissiyyat orqanlarıdır. Belə
güman etmək olar ki, dırnaqlar və saçlar insanları ətraf mühitin
müəyyən cərəyanlarından qoruyurlar. Sinir uclarını qoruyurlar.
Dırnaqlar fiziki quruluşun əsaslarını da təşkil edirlər. Fiziki
quruluşun normal duruşunu təmin edirlər. Əl və ayaqların fiziki
hərəkətlərinin qoruyucuları kimi çıxış edirlər. Yerimə zamanı
və əllə iş görərkən sümüklərin möhkəmliyini və tab gətirməsini
yaradır.
Saçlar və tüklər haqqında
Saçlar da demək olar ki, sümüklər üçün lazım olan, eləcə
də digər orqanlar üçün vacib olan maddələrin təminatından
sonra artıq qalan hissələrdir. Bu hissələr xaric edir. Dırnaqlar,
tüklər və saçlar orqanizmin təmizlənmə funksiyasını həyata
keçirir. Saçlar da elə sümük materialından olur. Baş saçları
kəllə sümüyünün maddələrinin artıq hissələrinin ifrazıdır. Buna
görə də uzanır. Saçlar və tüklər daha çox enerji olan yerlərdə
mövcud olur. Belə güman etmək olar ki, saçların ağarması
sümük üçün lazım olan maddələrin daha artıq istehsal
olunmasıdır. Sümük ağ rəngdədir, saç da ağ rəngi almağa
başlayır. Əslində də saçlar ağ rəngdə (sümük rəngində) olur.
Orqanizmin ətraf mühitlə təması və reaksiyalar sayəsində
saçlar öz rəngini dəyişir. Tüklər də ağ rəngdə olur. Sonradan
ağarma da artıq ətraf mühitin qalıb gələ bilməyəcəyi rəngdir.
Yəni sümük rəngi saçlarda üzərə çıxır.
152
Yeniyetməlik və gənclik dövrlərində tüklər və saçlar daha
da çox çıxa bilər. Çünki sümüklərin inkişaf prosesləri gedir.
Yaşlı adamlarda bu proses ləng gedə bilər.
Yeni doğulmuş uşağın tükləri və dırnaqları nisbətən
yumşaq olur. Bu onunla əlaqəlidir ki, onların sümükləri də hələ
yumşaq olur.
İnsanların fərqli olmaları
Kainat daxilən eyniliklərdən və fərqliliklərdən ibarətdir.
Eyniliklər sadə elementlərdə mövcud olur. Birləşmələr
mürəkkəbləşdikcə, məkan də rəngarəngləşir. Bu anda sintezlər
yaranır və fərqliliklər üzərə çıxır. Fərqliliklər fərqli ölçülərdən
meydana gəlir.
İnsanlar xarici və daxili quruluş etibarilə oxşar
xüsusiyyətlərlə yanaşı, həm də fərqli formalı mövcudluqlardır.
Bu fərqlilik təbiət məkanlarının fərqliliyindən, genetik
trayektoriyadan meydana gəlir.
Gözün rənginin fərqli olması, saçların və dərinin rənginin
fərqli olması, eləcə də boy fərqləri, ümumiyyətlə fərqli bədən
quruluşu onu deməyə əsas verir ki, insanlar fərqli olurlar.
Çünki, rənglər sintezdən meydana gəlir. Bir qrup insanlarda
dəri ağ, bir qrupunda qara, digərlərində isə başqa çalarda olur.
Bu o deməkdir ki, insanlarda sintez fərqli olur. Nəzərə almaq
lazımdır ki, dəri orqanizmi örtən bir örtükdür. Deməli,
nəticədir. Daxildən gələn sintezin nəticəsidir, analizidir. Bu
aspektdə də hesab etmək olar ki, insanlar başqa cür
xarakterdədirlər. Eyni bioloji struktur və forma olmadığından
tam eyni məna ola bilməz.
Bioloji fərqlər onu deməyə əsas verir ki, fərqli dərili
insanların müalicəsi də fərqli aparılmaıdır. Onların
orqanizmləri
də
bir-birindən
fərqlənməlidir.
İnsanların
153
öyrənilməsinə yanaşma metodu həm universal, həm də fərdi
məxsusi olmalıdır. Çünki insanlar fərqlidirlər.
Xarakter haqqında
Xarakter insanın anadangəlmə təbiətindən (genlərin
təsirindən), fövqəlqüvvədən və ətraf mühitdən formalaşır.
Xarakter ətrafa reaksiya verməkdən, siqnallardan yaranır.
Xarakter
hüceyrələrin
hərəkət
əsaslarından
ibarətdir.
Siqnalların gücü, kəmiyyəti, çəkisi, ölçüsü xarakteri yaradır.
Xarakter hərəkətdə olan zərrəciklərin udulma kəmiyyətindən
meydana gəlir. Bu udulma həcmi ilə daxili siqnallar arasında
üzvü bağlılıq yaranır. Sintez daxili aləmlə xarici aləmin
vəhdətini meydana gətirir.
Xarakter hüceyrələrin hərəkət və əlaqə xüsusiyyətlərindən
də meydana gəlir.
Xarakter fərdin obyektə və subyektə olan davranışıdır.
Xarakter davranış norma və qaydalarıdır. Xarakter təsirdən
meydana gələn əks-təsirdir. Xarakter münasibətlər və əlaqələr
sisteminin
şəbəkəsidir.
Xarakter
cəmləşmiş
reaksiya
elementlərinin təzahürüdür.
Xarakter müəyyənləşdirici kriteriyadır.
Yuxu haqqında
Beyin insanın sağ olan vaxtı tam fəaliyyətini dayandırmır;
çünki həm də qan paylayır.Beyin fəaliyyət və həzm prosesində
yaxından iştiark edir. Yuxu görmək oyanmadan qabaqkı bir
prosesdir. İnsan həm də dərin yuxuya qədər yuxu görə bilər.
Yuxu beyinin tam (müəyyən dərəcədə tam) yatmayan bir
vəziyyətidir. Belə təxmin etmək olar ki, yuxugörmə
oyanmadan qabaqkı mərhələdir.
Dostları ilə paylaş: |