160
Tanıtım məkanda qarşılaşmadır və sintez olunmadır. Obyekt
bir daha siqnal verməyəndə məkanda boşluq yaranır. Bu boşluq
insanda enerji çatışmazlığını (darıxmanı) ortaya çıxarır.
Subyektin siqnal mərkəzində başqa birisinin də yer alması onu
deməyə əsas verir ki, qəbul edənin beyin mərkəzi (beyin
tutumu) çoxdur. İnsanlar bir-birilərindən siqnallar qəbul
edərək öz daxillərində xarici siqnallar üzərində qalib gəlməyə
çalışırlar.
Düz insanlar, taraz və bu baxımdan da dolğun insanlar əks
tərəfdə, siqnal ötürdükləri tərəfdə obyektin siqnallarını
tarazlaşdırırlar. Bu aspektdə düzgünlük siqnallar arasındakı
(göndərilən və qəbul olunan) simmetrik uyğunluqdan yaranır.
Hər iki mərkəzdə sıralanma düz olduqda insanlar arasında
uyğunluq xarakteri formalaşır. Siqnalların rahat “həzmi”, rahat
şəkildə məkan tutması baş verir. Bu baxımdan da siqnallar,
insanların saflığı, qeyri-saflığı və digər xüsusiyyətlərini
müəyyən edir, aşkarlayır. İnsanların daxili siqnallarını bioloji
faktorlar da müəyyən edir. Orqanik əsaslar daxili siqnalları
yaradır. Daxili orqanların və qanın xüsusiyyəti insan
xarakterini müəyyən edə bilir. Çünki duyğu orqanlarının
xaricdən qəbul edilən siqnalları daxili siqnallara oturur. Onunla
birgə daxili siqnalların, ümumi siqnalların tərkibini təşkil edir.
Daxili siqnalların “açarı” mövcud olur ki, həmin açarlar da
xarici siqnalları qəbul etmək funksiyasını yerinə yetirir.
Siqnal qəbul edən subyekt qəbul etdiyi siqnalları kasad
görürsə, onda, siqnal buraxan tərəfi yetişməmiş qəbul
edəcəkdir. Buna görə də xarakter insanların müqayisələrində,
təmas
fərqində meydana gəlir, üzərə çıxır.
İnsanlar
siqnalları bol olan (bu, anadangəlmə olur,
həyatdan qazanılır, duyğu orqanları güclü işləyir) və nisbətən
az olan hissələrə ayrıla bilərlər. Bu kəmiyyət fərqi, miqdar
fərqi məhz xarakter fərqini ortaya çıxarır. Yetişmiş insanlar
(dolğun enerjili və mülayim xarakterli, rəvan axıcı xarakterli
insanlar) çalışırlar ki, onunla təmasda olanlara siqnallar
161
versinlər və onların səviyyələrini yüksəltsinlər, daxillərini
zənginləşdirsinlər. Çoxlu yaxşı, xoşagələn informasiya qəbul
etmək xarakteri zəngin edir. Təmaslar və öyrənmələr siqnalları
zənginləşdirir.
İnsanları
siqnalları iti olan və
siqnalları zəif olan kəslərə
ayırmaq olar. Siqnal bolluğu iti axını yaradır. Onların siqnal
ötürülmələrində olan bu fərq uyğunsuzluğu meydana gətirir.
Siqnal sürəti fərqi ortaya çıxarır. Xarakter düz gəlmir.
İnformasiyanı alıb tez ötürən insanlar-belə insanlar
sözü saxlaya bilməyənlərdir. Bir qədər zəif ola bilərlər. Hər
hansı bir insan obyekt haqqında informasiya yığır.
Bir
variantda təzyiqdən həmin informasiyanı özündən buraxır.
Təzyiq odur ki, əvvəlcə əldə edilmiş informasiyadan daha çox
insan üçün informasiya gətirir. Sonrakı informasiya əvvəlki
informasiyanı vurub məkandan çıxarır.
Digər variantda isə
enerjisi çatışmayan, zəif olan insanlar informasiyanı alıb və tez
də ötürmək marağında olurlar. Məkana informasiyanı tez qəbul
edib, tez də ötürmək funksiyasını daha çox aktiv insanlar
edirlər. Ağır təbiətli
passiv insanlar aktiv insanlara nisbətən
qapalı olurlar. Aldıqları informasiyanı elə özlərində
saxlayırlar. Sakit insanlar daha çox sirr saxlayan olurlar.
Sevgi, məhəbbət, eşq duyğuları və istəklər
Sevgi (eşq, məhəbbət) hissləri iki fərqli insan (oğlan və qız,
kişi və qadın) arasında
hisslərin uyğunlaşdırılmasından
meydana gələn oyanmış duyğulu vəziyyətlərdir. Məhəbbət
hisslərində insanlar arasında tellər hissi yollarla möhkəmlənir.
Daha doğrusu hisslərin qarşılıqlı axını əvvəlki vəziyyətlərdən
daha güclü olur. Sevgi mühafizə və yaxınlaşdırma hissidir.
Məhəbbət hissləri insanlar arasında enerji mübadiləsinin
kəskin səviyyədə artması ilə izah oluna bilər. Bu bağlılıq