147
Enerji daxil olur: duyğu orqanlarından
-Bu baxımdan,
yaxşı şeyləri görmək, estetik duyğuları və
zövqləri artırmaq enerji yığır, yığılan enerji ümumiləşdirilmiş
formada daxilə ehtiyyatlara ötürülür. Yaxşı şeylər taraz olan və
fəlsəfi şeylərdir. Həm də özündən yumşaq zərrəciklər selini
yaradan vasitələrdir, şeylərdir, obyektlərdir. Lazım olanda
balans üçün immun sistemi tərəfindən istifadə olunur. Yaxşı
obyekti görmək insanın aclığının və susuzluğunun qismən də
olsa qarşısını ala bilər. Gözəl təbiət mənzərələri insana enerji
verir;
-
xoş iyi vasitəsilə-hər hansı bir gülün, çiçəyin, meyvənin
ətirini iyiləmək, yaxşı yeməkləri iyiləmək enerji verir. Bu
enerji də daxili ehtiyyatlara ötürülür. Bir çox hallarda insan
yeməyin iyisindən doyur. Yaxşı iyi yumşaq sintezdən yaranır,
yüngül zərrəciklərdən meydana gəlir. Gül və çiçək öz iyisini
qurtarır. Bu o halda baş verir ki, ətraf ondan iyini çəkir. Bizim
iyi hiss etməməyimiz hələ son demək olmur. Çiçək tam solana
qədər və məhv olana qədər iyili olur. Biz iyi hiss etməyə
bilərik. Lakin o burnumuzla beynimizə daxil olur. Tam məhv
olanda, solanda çiçək və gül olmursa, deməli, iyi də
olmayacaq;
-
xoş söz eşitmək-xoş sözlər insana enerji verir. Xoş söz
deyənin də enerjisi bir qədər əlindən alınır. Onda o da yorulur.
Ona xoş söz lazım olur. İnformasiya özündə bir zərrəcik
axınıdır. Xoş söz mənbədən enerji gətirir. Bu da insana enerji
verir və aclığın, susuzluğun qarşısını
ala bilir;
-
dadlı yeməklərdən dadmaq-dadlı yeməklər insanlarda
iştahanı artırır. Çünki yeməyin enerjisi az olur, insan yedikcə -
yeyir. Bir çox yeməklərdən insan tez doyur. Bu, o deməkdir ki,
həmin yeməyin enerjisi çoxdur. Həm də insanın ətraf aləmi
yeməyə təsir edə bilər. Yemək yeyərkən mütləq xoş mühitin
olması vacibdir. Bu anda enerji lazımi
qədər daxil olur;