İnsanınyaşlılıq həyatı məhz bu dövrdənbaşlanır


İdrak proseslərinin inkişafı



Yüklə 19,55 Kb.
səhifə6/6
tarix28.12.2022
ölçüsü19,55 Kb.
#98004
1   2   3   4   5   6
genclık yas dovru

İdrak proseslərinin inkişafı. İlk gənclik dövründə idrak prosesləriinkişaf edərək yeni keyfiyyətlər kəsb edir. Bu dövrdəqavrayışın seçiciliyi və mənalılığındaəsaslı dəyişiklik baş verir. Məktəblilər daha çox əhəmiyyətli, təlimin məqsədləri ilə səslənən obyektləri vəmaterialları seçir və qavrayırlar. Nitqin və təfəkkürün inkişafı qavrayışın mənalılığını artırır. Onların qavrayışları daha çox məqsədyönəlmiş xarakter daşıyır. Məkan, zaman, hərəkətqavrayışıgeniş vəəhatəli olur.
Diqqət tam mənasında ixtiyari xarakterə malik olur. Böyük məktəblilərmaraqlılıq dərəcəsindənasılı olmayaraq diqqətlərini onlar üçün zəruri olan obyektin üzərinə yönəldə və onun ətrafında mərkəzləşə bilirlər. Böyük məktəblilərdə diqqətin davamlılığı, mərkəzləşməsiəsaslışəkildə yüksəlir. Bu ən çox böyük məktəblilərin hər gün məktəbdə, sinifdə, ictimai işlər zamanı yerinə yetirdikləri işlərin əhəmiyyətini dərk etmələri iləbağlı olur. Böyük məktəblilər bəzən bütün dərs müddətində diqqətlərini onun üzərində saxlaya bilirlər. Bununla yanaşı olaraq böyük məktəblilərdə diqqətin həcmiəsaslı şəkildə genişlənir. Bu, böyük məktəblilərin öyrəndiklərini əvvəllər öyrənmişolduqları iləəlaqələndirə bilməkbacarığı ilə şərtlənir. Böyük məktəblilər diqqətlərini paylamaqda və keçirməkdə çətinlik çəkmirlər.
İlk gənclikyaşında hafizənin inkişafı nəzərə çarpacaq dərəcədə yüksəlir. Mənalı, məntiqi yaddasaxlama üstünlük təşkil edir. Bu dövrdə məktəbliləryaddasaxlamanın səmərəli yollarından istifadəyəgeniş yer verirlər.
İlk gənclik dövründə təfəkkürün inkişafında da əsaslı yüksəlişbaş verir. Bu dövrdə məktəblilərin təfəkkürü özünün müstəqilliyi, tənqidiliyi, ardıcıllığı, nəzəri və mücərrəd xarakter daşıması ilə fərqlənir. Təfəkkürün proseslərindən və formalarından yerində və düzgün istifadə etməkimkanlarıartır.
Bütün bunlarla yanaşı bu dövrdə məktəblilərin ümumiləşdirmələrində bəzən tələsgənlik ucundan qüsurlar özünü göstərə bilir.
Təlim prosesində böyük məktəblilərdə bərpaedici təxəyyüllə yanaşı yaradıcı təxəyyülün inkişafı üçün dəgeniş imkan yaranır. Bu hal ən çox şagirdlərinyaradıcı fəaliyyətdə özünü aydın göstərir.
Bütün qeyd edilənlərləyanaşı ilk gənclik dövründə məktəblilərdə maraq tələbatlar, xüsusilə mənəvi tələbatlar inkişaf edir. Onlar elmin, texnikanın, cəmiyyət və onun həyat tərzinin müxtəlif sahələri ilə maraqlanmaqla yanaşı, onlarda ünsiyyətə, incəsənətə, əxlaqi davranış normalarını həyata keçirməyə mənəvi tələbatlarformalaşır.
Yüklə 19,55 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə