İnsanınyaşlılıq həyatı məhz bu dövrdənbaşlanır


VI.22.2. İlk gənclik yaşında şəxsiyyətin inkişafı



Yüklə 19,55 Kb.
səhifə2/6
tarix28.12.2022
ölçüsü19,55 Kb.
#98004
1   2   3   4   5   6
genclık yas dovru

VI.22.2. İlk gənclik yaşında şəxsiyyətin inkişafı


İlk gənclikyaşındaşəxsiyyətininkişafı məktəbyaşı dövrü üçün ən yüksək səviyyəyəqalxır. Bu dövrdə həqiqi yaşlılığa real keçid baş verir. Burada böyüklük hissinin yüksək səviyyədə formalaşması və ünsiyyət fəaliyyətinin sürətli inkişafı mühüm rol oynayır. Böyük məktəblilərin ünsiyyət fəaliyyətində onların daxil olduqları sinif kollektivinin, valideynlərin rolu artır. Bu dövrdə ünsiyyət fəaliyyətində kollektivin ictimai rəyi xüsusi yer tutur. Böyük məktəblilər sinif və məktəb kollektivinin onlara verdikləri qiymətə və rəyə həssasyanaşır, öz fəaliyyətlərindəonları nəzərəalırlar. Bu dövrdə valideynlərlə ünsiyyət də istənilən nəticəni verir. Ailə tərbiyəsi düzgün təşkil edildikdə böyük məktəblilərin valideynləri ilə ünsiyyətləri də müsbət istiqamətə yönəlir, onlar bu ünsiyyətə can atırlar. Burada valideynlərin öz övladlarını başa düşmələri, onlarla ünsiyyətdə avtokratiklikdən uzaqlaşmaları, demokratik mövqe tutmalarılazımi nəticə verə bilir.
İlk gənclik dövründə yeniyetmələrin ünsiyyətlərindəki emosionallıqaydın təzahür edir. Onlar ünsiyyətingedişinə özlərinin münasibətlərini emosional cizgilərlə təzahür etdirirlər.
Böyük məktəblilərin ünsiyyət fəaliyyətinin inkişafında yoldaşlıq münasibəti mühüm rol oynayır. Gənclər öz yoldaşlarında yüksəkəqli vəəxlaqi keyfiyyətlərinolmasını arzulayırlar. Bu dövrdə yoldaşlıq hissi iləyanaşı dostluq hissi dəinkişaf edir, mürəkkəbləşir vədavamlılığı ilə fərqlənir. Bu dövrdə yaranan dostluq uzun ömürlü olur. İlk gənclik dövründə hissi yeni dostluq motivlərə malik olur. Dostlar bir-birinə yüksək tələblər verməyə başlayırlar. Psixoloqlar bu cür tələblərəaşağıdakıları aid edirlər. Gənclərin fikrincə dost, birinci növbədə səliqəli, sadiq, prinsipial olmalı, çətin anda dostunun köməyinəçatmalıdır; ikincisi, dostluq onların həyat və fəaliyyətlərinin bütün sahələrini əhatə etməlidir; üçüncüsü, onların dostluğuən çox emosional olmalıdır, dost öz dostunun sevinc və kədərini onunla bölüşdürməlidir.
İlk gənclik dövründə oğlanlarla qızlar arasındakı qarşılıqlı münasibətlərdə də əsaslı dəyişiklik baş verir. Yeniyetməlikdən fərqli olaraq bu dövrdə oğlan və qızlar arasındakı qarşılıqlı münasibətlər xeyli fəallaşır. Yoldaşlıq münasibətlərinin sahəsigenişlənir. Xüsusiləqızlardaqarışıq dostluğa tələbat güclənir. İlk gənclikyaşınınəvvəllərindən başlayaraq məktəblilərdə məhəbbət hissi özünü göstərməyə başlayır. Ona görə də cinslərarası qarşılıqlı münasibətlər tərbiyəişininəsas problemlərindən birinə çevrilir.

Yüklə 19,55 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə