İntellektual-Elektron Kitabxananın təqdimatında



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə186/192
tarix26.09.2018
ölçüsü3,32 Mb.
#70534
1   ...   182   183   184   185   186   187   188   189   ...   192

www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

559 


hamımızın  vətəni  və  dövlətidir  və  s.)  irəli  sürülərək  onun 

yaranması və inkişaf mərhələləri səthi şəkildə təqdim olunur. 

Bu  mənada,  hazırda  milli  ideologiya  ilə  bağlı  əsas 

problemlərdən  biri  milli-türk  ruhlu  azərbaycançılıqla  SSRİ 

ideoloqlarının 

ortaya 


atdıqları 

«xalqlar 

dostluğu»-

«beynəlmiləlçi»  ruhlu  azərbaycançılıq  arasında  dəqiq 

təsəvvürlərin  olmamasıdır.  Bu  fərqlər  nəzərə  alınmadan 

ümumilikdə azərbaycançılıq türkçülük ideyasına qarşı qoyulur 

ki, bununla da səhv nəticələr çıxarılır. Hətta, iddia olunur ki, 

ümumilikdə 

azərbaycançılıq 

və 


türkçülük 

bir-birinə 

eynilikdən  daha  çox  alternativlik  təşkil  edir.  Deməli,  ilk 

növbədə  bu  yanlış  təsəvvürü  aradan  qaldırmaq  lazımdır. 

Bunun  üçün  isə,  türkçülük  və  azərbaycançılığı  müqayisə 

etməzdən  öncə,  milli-türk  ruhlu  azərbaycançılıqla  «xalqlar 

dostluğu»-«beynəlmiləlçi» ruhlu azərbaycançılığı bir-birindən 

ayırmaq  lazımdır.  Yalnız  bu  halda  bəlli  olacaq  ki,  türkçülük 

hansı  azərbaycançılığa  alterantiv,  hansı  ilə  isə  eynilik  təşkil 

edir.  Fikrimizcə,  bu  məsələlərə  aydınlıq  gətirmədən 

türkçülüyü azərbaycançılığa və yaxud əksinə azərbaycançılığı 

türkçülüyə  qarşı  qoyanlar,  müəyyən  mənada  SSRİ 

ideoloqlarının  ideyalarını  yaşatmaqla  məşğuldurlar.  Ən 

maraqlısı isə odur ki, azərbaycançılıq və türkçülüyü bir-birinə 

alterantiv  kimi  görənlər  Sovet  ideoloqlarının  bu  yönlü 

mülahizələrini də tamamilə inkar etmirlər.  

 Çağdaş  dövrdə  milli-türk  ruhlu  azərbaycançılığı 

yaradan  türkçülükdən  bəzən  SSRİ-nin  Azərbaycanı  işğal 

etdiyi  1920-1930-cu  illərin  ab-havası  fonunda  bəhs  olunur. 

Həmin  dövrdə  Sovet  rəhbərliyi  və  onların  ideoloqları 

türkçülük  ideyasının  Azərbaycan  türklərinin  yaddaşından 

silmək  üçün  təxminən  20  ilə  qədər  (1920-ci  ildən  1936-cı 




www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

560 



560 

ilədək)  çalışdılar.  Ancaq  bu  milləti  asanlıqla  diz  çökdirə 

bilməyəcəklərini,  yəni  tək-tək  onları  öldürməklə,  yaxud  da 

müxtəlif  şirinlikdirilmiş  təkliflərlə  işin  bitmədiyini  görüb 

1930-cu  illərdə  bir  tərəfdən  kütləvi  repressiyalara  əl  atmış, 

digər  tərəfdən  separtizmin  əsaslarını  işləyib  hazırlamışlar. 

Unutmaq  lazım  deyil  ki,  sovet  rəhbərliyi  yalnız  kütləvi 

repressiyalardan  sonra  türkçülüyü  və  onun  Azərbaycanda 

bariz  təcəssümüsü  olan  milli  ruhlu  azərbaycançılığı  rəsmən 

qadağan etmiş, dünənə qədər milli kimliyi türk, milli dili türk 

dili adlanan bir millətin üstündən amanzıcasına xətt çəkmişlər. 

Yəni demək istədiyimiz odur ki, o zaman da türkçülüyü əngəl 

kimi görənlər olmuşdu. Ancaq onda türkçülüyü inkişafa əngəl 

kimi  görənlər  sovet  rəhbərliyi  və  onların  Azərbaycandakı 

əlaltıları  idilər.  Onlar  deyirdilər  ki,  Azərbaycanın  gələcəyi 

ancaq  rus  xalqı,  onun  mədəniyyəti,  dili,  ədəbiyyatı,  əlifbası, 

bir sözlə rusun nəyi varsa onunla bağlıdır. Güya, türk kimliyi, 

türk mədəniyyəti, türk dili, türk ədəbiyyatı, bir sözlə türklüyə 

aid nə varsa, hamısı gerilikdir, inkişafa  əngəldir.  

Çox  təəssüf  ki,  bu  gün  də  türkçülüyü  başqa  formada 

gerilik,  Azərbaycanın  inkişafına,  hətta,  güya,  liberalizmə, 

modernləşməyə və demokratiyaya əngəl kimi görənlər tapılır. 

Bütün  bunlar  türkçülüyün  mahiyyətini  saxtalaşdırmaqdan 

başqa  bir  şey  deyildir.  Hələ,  20-ci  əsrin  əvvəllərində 

Ə.Ağaoğlu,  Ə.Hüseynzadə,  M.Ə.Rəsulzadə  və  başqa 

mütəfəkkirlərimiz  türkçülüyün,  o  cümlədən  onun  bariz 

nümunəsi  olan  milli  ruhlu  azərbaycançılığın  liberalizmə, 

demokratiyaya zidd olmadığını, əksinə onlarla üst-üstə düşdü-

yünü elmi-nəzəri cəhətdən əsaslandırmışlar. Bu baxımdan hər 

hansı  mənada  azərbaycançılığın  yaranmasında  mühüm  rol 

oynayan  türkçülüyü  liberalizmə,  demokratiyaya,  modernləş-



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

561 


məyə zidd sayanlar ya məsələnin əsil mahiyyətini bilmirlər, ya 

da bilərəkdən bu cür mülahizələr irəli sürürlər. 

Unutmaq  olmaz  ki,  bütün  zamanlarda  və  indinin 

özündə  də,  müəyyən  istisnaları  nəzərə  almasaq,    hər  bir 

dövlətdə  onun  aparıcı  nüvəsini  əsasən,  bir  millət  təşkil 

etmişdir. Digər etnik azlıqlar isə, həmin dövlətlərin tərkibində 

müəyyən  nüfuzlarına  görə  bu  və  ya  digər  dərəcədə  iştirak 

etmişlər  və  ya  edirlər  də.  Hətta,  əgər  bir  dövlətin  (İsveçrə, 

Kanada,  Belçika  və  b.)  yaranmasında  və  hazırkı  durumunda 

iki  ayrı-ayrı  millət  eyni  rolu  oynamışdırsa,  bu  da  həmin 

dövlətin Konstitusiyasında (milli dil və s.) öz əksini tapmışdır. 

Yəni  hər  bir  inkişaf  etmiş  dövlətdə  başa  düşürlər  ki, 

vətəndaşlıq, yurddaşlıq yəni dilindən, etnik mənsubiyyətindən 

asılı  olmyaraq  yaşadıqları  dövlətdə  bərabər  hüquq  və 

azadlıqlara  malik  olmaları  ilə  yanaşı,  bu  ölkədə  əksəriyyəti 

təşkil  edən  bir  millətin  milli  kimliyinə,  milli  dilinə  də  göz 

yumula  bilməz.  Bu  mənada,  Azərbaycan  Respblikasında 

yaşayan  Azərbaycan  türklərinin  də  hər  hansı  formada  milli 

dilinin  və  milli  kimliyinin  Konstitusiyada  öz  əksini  tapması 

istəyi  təbiidir.  Fikrimizcə,  bunu  etnik  azlıqlara  qarşı  şovinist 

siyasət,  yaxud  da  dövlətçiliyə  qarşı  təhlükə  kimi 

dəyərləndirmək doğru deyildir.  

Ona  görə  də  milli  ruhlu  azərbaycançılıqla  türkçülüyü 

bir-biri  ilə  uzlaşdırmaq  əvəzinə,  əksinə  onları  bir-birinə 

tamamilə  alternativ  kimi  qələmə  vermək  Azərbaycan 

dövlətinin  bu  günü  və  gələcəyi  üçün  çox  təhlükəlidir. 

Azərbaycan  milli  ideyası  dedikdə  kosmopolit,  ya  da  qeyri-

müəyyən bir ideya deyil, türkçülüyə, vətənçiliyə, dövlətçiliyə, 

islamçılığa, 

modernləşməyə 

əsaslanan 

milli 


ruhlu 

azərbaycançılıq  önə  çəkilməlidir.  Çünki  milli  ruhlu 




Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   182   183   184   185   186   187   188   189   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə