İntellektual-Elektron Kitabxananın təqdimatında



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə185/192
tarix26.09.2018
ölçüsü3,32 Mb.
#70534
1   ...   181   182   183   184   185   186   187   188   ...   192

www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

556 



556 

Azərbaycan  milli  ideyası–azərbaycançılıq  yalnız  Azərbaycan 

türklərinin  və  entik  azlıqların  (talış,  kürd,  ləzgi  və  b.)  deyil, 

Azərbaycandakı  milli  azlıqlar  (yəhudi,  rus,  alman,  polyak  və 

b.)  üçün  də  qəbul  edilən  bir  ideologiyaya  çevrilmişdi. 

Doğrudur,  sonrakı  dönəmlərdə  Azərbaycandakı  bəzi  milli 

azlıqlar,  o  cümlədən  ruslar  və  ermənilər  Azərbaycan 

Cümhuriyyətinin  süqutunda  müəyyən  rol  oynadılar.  Ancaq 

bütün  hallarda,  müəyyən  bir  dövrdə  milli-demokratik 

dəyərlərə  əsaslanan  azərbaycançılığın  ən  azı  vətən  və  dövlət 

ideologiyası kimi üstünlüyünün olması faktı da danılmazdır. 

Çox təəssüflər olsun ki, «üçlüy»ə əsaslanmaqla yanaşı, 

özündə  vətənçilik,  dövlətçilik  və  demokratik  dəyərləri  də 

birləşdirən Azərbaycan milli ideyası-azərbaycançılıq Azərbay-

can  Cümhuriyyəti  işğal  olunduqdan  sonra  sovetləşmə  adı 

altında  əvvəlcə  təzyiqə  və  təqibə,  daha  sonra  isə  təhrif  və 

simasızlaşdırmaqla  üz-üzə  qalmışdır.  Belə  ki,  ilk  dövrlərdə 

SSRİ  rəhbərləri  və  ideoloqları  Azərbaycan  milli  mütəfəkkir-

lərinə  təzyiq  göstərərək  onları  Türk  və  İslam  dünyasından 

ayırmağa  çalışmış,  bu  məqsədlə  də  onları  pantürkist, 

panislamist  adı  altında  repressiya  etimişlərdir.  Hətta,  bu 

məsələdə  onlarla  bir  yerdə  sosializm  uğrunda  mübarizə 

aparan,  ancaq  milli-mənəvi  dəyərlərə  sadiq  qalmağa  çalışan 

N.Nərimanov,  Ə.Xanbudaqov  kimi  şəxsiyyətlərə  qarşı  belə 

bolşeviklər amansız davranmışlar. 

Beləliklə,  milli  ruhlu  azərbaycançılığın  təməl 

prinsiplərindən  biri  olan  siyasi  millət  birliyini  çoxlu  etnik  və 

gəlmə  «millətlər»ə  parçalayan  sovet  ideoloqları  bir  tərəfdən 

Azərbaycan  üçün  yeni  problemlərin,  xüsusilə  də  separtizmin 

əsasını  qoymuş,  digər  tərəfdən  Azərbaycan  türklərinin  milli 

kimliyinə və milli dilinə qəsd etmişdir. Bunu, süni şəkildə ört-



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

557 


basdır  etmək  üçün  isə  «Azərbaycan  dili»  və  «Azərbaycan 

milləti» (etnik mənada) ortaya atılmış, sovet alimləri isə «yeni 

millətin»  dilini  və  milli  kimliyini  əsaslandırmaq  üçün 

mübarizəyə başlamışlar.  

Türk  kimliyinin  və  türk  dilinin  qadağan  olması, 

əvəzində Azərbaycanda Azərbaycan türkləri ilə yanaşı, ən azı 

13 «millət»in meydana çıxmasından sonra, irəli sürülən «yeni 

millət» və  «yeni  dil»  ideyası  milli  mənlik  şüurunun məhvinə 

yönəlmişdir.  Belə  ki,  sovet  ideoloqları  bir  tərəfdən 

Azərbaycan  türklərinin  milli  mənlik  şüurunu  məhv  etməyə 

çalışmış,  digər  tərəfdən  sovetləşmə,  «xalqlar  dostluğu»-

«beynəlmiləlçilik» 

adı 

altında 


kosmopolit 

şüur 


formalaşdırmağa  çalışmışlardır.  Bu  «xalqlar  dostluğu»-

«beynəlmiləlçilik» 

ideologiyasına 

görə, 


Azərbaycan 

türklərinin  milli  kimlikləri  və  milli  dilləri  naməlum 

«azərbaycanlı» etnik kimliyi və «Azərbaycan dili» adı altında 

unutdurulmalı,  ancaq  bu  zaman  digər  etnik  azlıqlar  isə  bu 

prosesdən  kənarda  saxlanılmalı  idi.  Etiraf  edək  ki,  sovet 

rəhbərləri  və  ideolqları  bu  məsələdə  Azərbaycan  türklərinin 

milli  şüurunu  xeyli  dərəcədə  zədələməyə  nail  olmuşlar.  Belə 

ki,  sovet  ideologiyasının  təxribatı  olan  bu  «yeni  mllət»  və 

«yeni  dil»  ideyası  bu  günə  qədər  də  aktuallığını  qoruyub 

saxlamaqdadır.  Ən  acınacaqlısı  odur  ki,  bu  faktordan  nəinki 

Azərbaycanın  xaricində,  hətta  daxilimizdə  də  sui-istifadə 

edənlər olmuşdur və indi də var.  

Belə ki,  SSRİ dövründə  meydana çıxan  «yeni  millət» 

və  «yeni  dil»in  varlığını  Azərbaycanın  daxilində  müdafiə 

edənlər bu zaman ilk növbədə, etnik azlıqların maraqlarını önə 

çəkmişlər.  Hələ,  SSRİ  dövründə  bəzi  Azərbaycan  alimləri 

(İ.Əliyev,  F.Məmmədova  və  b.)  bu  amillərdən  çıxış  edərək 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

558 



558 

yazırdılar  ki,  «yeni  dil»  və  «yeni  millət»  türklərlə  deyil,  ya 

qafqazdilli etnoslarla, ya da irandilli etnoslarla bağlıdır. Hətta, 

onların  iddiasına  görə,  qədim  dövrdə  Azərbaycanda  türklər 

deyil,  qafqazdilli  albanlar, 

ya  da  irandilli  etnoslar 

ermənilərdən  öncə  bu  bölgədə  yaşamış,  onlar  son  əsrlərə 

qədər  burada  aparıcı  millət  olmuşlar.  Şübhəsiz,  bütün  bunlar 

SSRİ dövrünün rəhbərlərinin və ideoloqları  tərəfindən ortaya 

atılmış,  milli-türk  ruhlu  azərbaycançılığa  qarşı  yönəlmiş 

«xalqlar  dostluğu»-«beynəlmiləlçi»  azərbaycançılığın  yeni 

dövrdəki  təzahürləridir.  Azərbaycan  türklərinin  milli 

kimliyinin  və  milli  dilinin  qəsdinə  yönəlmiş  «xalqlar 

dostluğu»-«beynəlmiləlçilik» 

ideologiyasının 

həyata 


keçirilməsində isə bəzi yerli alimlərin maraqlı olması da başa 

düşüləndir.  Əgər  sovet  rəhbərləri  və  ideoloqlarına 

Azərbaycanın  nüvəsini  təşkil  edən  türklərin  məhvi  maraqlı 

idisə, bu yolda geniş imkan yaratdıqları bəzi yerli alimlərə də 

öz  «millət»lərini  təsdiq  etdirmək  önəmli  idi.  Bu  baxımdan, 

Sovet  Rusiyasının  «parçala  və  hökm  sür!»  siyasətinə  uyğun 

olaraq  Azərbaycan  dövlətinin  nüvəsini  təşkil  edən  türklərin 

məhv  edilməsi,  əvəzində  çoxlu  «millət»lərin  yaradılması 

prosesi dünənimizin acı bir reallığıdır.  

Bu  gün  həmin  reallıqları  dərk  edib  nəticə  çıxarmaq 

əvəzinə, bir çoxları hələ də SSRİ rəhbərlərinin və ideoloqlar-

ının vaxtilə müəyyənləşdirdikləri «xalqlar dostluğu»-«beynəl-

miləlçilik»  ideologiyasını  davam  etdirməklə  məşğuldurlar. 

Sadəcə,  SSRİ  dövründə  bütün  bunlar  «xalqlar  dostluğu»-

«beynəlmiləlçilik»  ideologiyası  adı  altında  həyata  keçirildiyi 

halda,  indi  onu  azərbaycançılıq  əvəz  etmişdir.  Bu  zaman 

azərbaycançılıq dedikdə isə, daha çox ümumi müddəalar (biz 

azərbaycanlılarıq,  Azərbaycan  vətəndaşlarıyıq,  Azərbaycan 




Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   181   182   183   184   185   186   187   188   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə