İntellektual-Elektron Kitabxananın təqdimatında



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə181/192
tarix26.09.2018
ölçüsü3,32 Mb.
#70534
1   ...   177   178   179   180   181   182   183   184   ...   192

www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

543 


məli, bu dövrdə sovet ideoloqları və onların təsiri altında olanlar 

pantürkizm  və  panislamizm  adları  altında  osmanlı  türkçülüyünə, 

Türkiyəyə qarşı çıxır, ancaq Azərbaycan türkçülüyünə isə, hələlik 

toxuna  bilmirdilər.  Şübhəsiz,  həmin  dövrdə  sovet  ideoloqlarının 

qarşısında  ən  ciddi  əngəl  hər  iki  Cümhuriyyətin  millətinin  və 

dilinin türk adı daşıması, bir sözlə, müxtəlif siyasi quruluşlarda və 

dövlətlərdə yaşamasına baxmayaraq, vahid türklüyü ifadə etmələri 

idi. Bu baxımdan ilk mərhələdə, sovet ideoloqları Azərbaycan və 

Türkiyə türkçülüyünü qəbul etdikləri halda, nədən Türkiyə türkçü-

lüyünün  Azərbaycan  türkçülüyünə  zidd  olması  fikrini  ciddi 

şəkildə əsaslandıra bilmirdilər.  

Xüsusilə,  1923-cü  ildə  Osmanlı  İmperiyasının  yerində 

Türkiyə  Cümhuriyyətinin  qurulması,  dilinin  və  millətinin  adının 

türk  kimi  ifadə  olunması,  SSRİ  imperiyası  və  onun  ideoloqları 

üçün  Azərbaycanı  Türkiyədən  ayırmağı  daha  da  zorlaşdırmışdı. 

Bu  baxımdan  SSRİ-nin  başçıları  və  ideoloqları  Azərbaycan  və 

Türkiyə türklərini bir-birindən ayırmaq üçün, ilk olaraq Azərbay-

canın ərəb əlifbasından latın əlifbasına keçməsi məsələsini ortaya 

atdılar. Ancaq çox keçmədən, Türkiyənin də oxşar addım atması, 

artıq  sovet  ideooloqlarını  Azərbaycan  türkçülüyü  üzərinə  qəti 

hücuma  keçməyə  vadar  etdi.  Belə  ki,  rəsmi  şəkildə  SSRİ 

imperiyasının  tərkibinə  qatılmğa  məcbur  edilmiş  Azərbaycanın 

öncə (1937) dilinin və millətinin adından «türk» anlayışı çıxarıldı, 

daha  sonra  (1940)  latın  əlifbası  kiril  əlifbası  ilə  əvəz  edildi. 

Bununla da, SSRİ rəhbərlərinin və  ideoloqlarının apardığı siyasət 

nəticəsində  Azərbaycanda  türklüyü  rəsmi  şəkildə  ifadə  edən, 

demək olar ki, heç bir nişanə qalmadı.  

Bütün  bunlardan  sonra  sovet  rəhbələri  və  ideoloqları 

Azərbaycan  türkçülüyü  ideyasına  –  milli  ruhlu  azərbaycançılığa 

qarşı  apardıqları  siyasi-ideoloji  mübarizənin  ikinci  mərhələsinə 




www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

544 



544 

(1937-1991) başlamışlar. Artıq bu mərhələdə bolşeviklər bu günə 

qədər də öz aktuallığını itirməyən bir addım atmışlar; Azərbaycan 

türkçülüyünə,  milli  ruhlu  azərbaycançılıq  ideyasına  qarşı  “Sovet 

Azərbaycanı” adı altında beynəlmiləl və kosmopolit azərbaycan-

çılıq  ideyasının    irəli  sürmüşlər.  Başqa  sözlə,  sovet  ideoloqları 

dünənə qədər milli azərbaycançılıq ideyasının əsasını təşkil edən 

türk dili, türk tarixi, türk ədəbiyyatı və s. anlayışlara rəsmi qadağa 

qoymuş,  onların  əvəzinə  «Azərbaycan  dili»,  «Azərbaycan 

ədəbiyyatı», «Azərbaycan tarixi» və sair bu kimi məfhumları irəli 

sürmüşlər.  Eyni  zamanda,  sovet  ideoloqları  beynəlmiləl  və 

kosmopolit azərbaycançılığı əsaslandırmaq üçün tarix, ədəbiyyat, 

dil və s. sahələrdə Azərbaycan türklərinin milli mənəvi dəyərlərini 

də saxtalaşdırmağa başlamışlar.  

Milli ruhlu azərbaycançılığa qarşı kosmopolit azərbaycan-

çılıq ideyasını irəli sürməkdə sovet rəhbərlərinin və ideoloqlarını 

əsas  məqsədi  ilk  növbədə,  Azərbaycanı  türksüzləşdirmək,  bu 

mənada milli mənlik şüurunu zədələmək idi. Çünki həmin dövrdə 

SSRİ  ideoloqlarını  narahat  edən  əsas  məsələ  eyni  soykökü,  dili, 

dini,  mədəniyyəti,  ədəbiyyatı  paylaşan  Türkiyə  və  Azərbaycan 

türklərinin ortaq dil, ortaq ədəbiyyat, ortaq əlifba və b. məsələlərdə 

daha da yaxınlaşması ilə Azərbaycanın Sovet Rusiyasının əlindən 

çıxması  idi.  Ona  görə  də,  sovet  ideoloqları  Azərbaycanda  türk 

milləti, türk dili, türk ədəbiyyatı, türk tarixinə qarşı, beynəlmiləl və 

kosmopolit  azərbaycançılığın  əsas  prinsiplərini  təşkil  edən 

«Azərbaycan  dili»ni,  naməlum  «Azərbaycan  milləti»ni, 

Azərbaycan  tarixini,  Azərbaycan  mədəniyyətini  qoydular.  SSRİ 

rəhbərləri  və  ideoloqları  sübut  etməyə  çalışırdılar  ki, 

Azərbaycanda yaşayan və əhalinin böyük əksəriyyətini təşkil edən 

xalq etnik mənşəcə türk deyil, türklərin assmilyasiyası nəticəsində 

türk  dillərindən  birində  danışan  farsdili,  yaxud  da  qafqazdilli 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

545 


etnosların törəmələridir. Beləliklə, dünənki türklər azərbaycanlıya 

(bu zaman əsas assimilyasiya siyasəti Azərbaycan türklərinə qarşı 

yönəldilmişdir,  çünki  etnik  azlıqların  mənsubiyyətləri  əvvəlki 

kimi  dəyişilməz  olaraq  qalırdı),  türk  dili  azərbaycan  dilinə,  türk 

teatrı  Azərbaycan  teatrına,  türk  ədəbiyyatı  Azərbaycan 

ədəbiyyatına  çevrildi.  Halbuki  tarixçi  alim  Yusif  Yusifovun  da 

qeyd  etdiyi  kimi,  Sovet  Rusiyasının  antitürk  əməllərinə  qədər, 

yəni  1930-cu  illərin  sonuna  kimi  azərbaycanlılar  «türk,  türk 

xalqı», dili isə «türk dili» adlandırılmışdır [43, 231].  

Bizcə,  SSRİ  dövründə,  xüsusilə  1936-cı  ildən  sonra 

Azərbaycan milli ideyası – milli azərbaycançılıq birmənalı şəkildə 

Azərbaycan  sovet  ideyası  –  beynəlmiləlçi  və  kosmopolit 

azərbaycançılıqla  əvəz  olundu.  Türk  dilinin  Azərbaycan  dilinə 

çevrilməsi  də,  məhz  “sovet  Azərbaycanı”  ideyasının  möhkəm-

ləndirilməsinin  tərkib  hissəsi  idi.  Əslində,  1936-cı  ildən  sonra 

Azərbaycan  Cümhuriyyətinə  aid  milli  nə  varsa,  demək  olar  ki, 

hamısından  imtina  olunmuşdu.  Əvəzində  Azərbaycan  sovet 

ideyasına uyğun olaraq, kosmopolit azərbaycançılıq ideyası ortaya 

atılmışdı. Bununla da milli ruhlu azərbaycançılıqla beynəlmiləlçi 

və kosmopolit azərbaycançılıq üz-üzə qoyulmuşdur. 

Gördüyümüz  kimi,  bütün  dünya  türklərinin,  o  cümlədən 

Azərbaycan  türklərinin  vahid  ideya,  konsepsiya  ətrafında  birləşə 

bilməməsi  üçün  antitürk,  antiazərbaycan  qüvvələri  artıq bir  neçə 

əsrdir  ki,  ona  alternativ  qeyri-milli  ideyalar  irəli  sürmüşlər.  Ən 

sonuncu  halda  isə,  sovet  ideoloqları  türkçülükdən  yaranan  milli 

azərbaycançılığa qarşı, beynəlmiləlçi və kosmopolit azərbaycançı-

lıq ideyasını qoymuşlar. Bununla da, istər-istəməz bir-birinə zidd 

iki:  milli  Azərbaycan  və  sovet  Azərbaycanı  ideyaları  meydana 

çıxmışdır.  Birincisi,  türkçülüyün  doğurduğu  Azərbaycan  milli 

ideyası  –  milli  azərbaycançılıq  olduğu  halda,  ikincisi  rus 




Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   177   178   179   180   181   182   183   184   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə