İntellektual-Elektron Kitabxananın təqdimatında



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə179/192
tarix26.09.2018
ölçüsü3,32 Mb.
#70534
1   ...   175   176   177   178   179   180   181   182   ...   192

www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

538 



538 

tapmışdır. Halbuki, hazırda «Azərbaycan dili» adlanan Azərbaycan türkcəsini ana dil kimi, birmənalı 

şəkildə Azərbaycan türkləri qəbul edirlər. Bu mənada qeyri türklər, yəni azsaylı etnik qruplar – talışlar, 

ləzgilər, udinlər, tatlar, kürdlər və başqaları «Azərbaycan dili»ni türk dili hesab edərək, doğma dillərini 

də unutmurlar. Bu da təbiidir. Çünki etnik azlıqların dillərinin, demək olar ki, Azərbaycan türk dili ilə 

heç  bir  qohumluq  əlaqəsi  yoxdur.  Onlar  ya  «Qafqazdilli»,  ya  da  «İrandilli»  dil  ailəsinə  daxildirlər. 

Deməli,  bir  millətin  varlığı  üçün  son  dərəcədə  önəmli  olan  dilin  adı  məsələsində  də  faktiki  olaraq 

güzəştə gedən, yəni doğma türk dilinin «Azərbaycan dili» adlandırılmasına etiraz etməyən Azərbaycan 

türkləri olmuşdur. Bu baxımdan, Dilqəm İsmayılov doğru qeyd edir ki, hazırda Azərbaycan türkünün 

adı və dili simvolik səslənir: «Əslində Azərbaycan türklərinin BMT-nin sənədlərində öz əksini tapmış 

identifikasiya  (özünüeyniləşdirmə)  hüququ,  öz  milli  mənsubiyyətinin  özlərinin  müəyyənləşdirilməsi 

hüququ pozulmuşdur» [118, 101]. 

Qeyd  edək ki,  yalnız milli dil məsələsində deyil,  milli mənsubiyyətlə də bağlı tolerantılqdan, 

barışdırıcı  nöqtələrdən  çıxış  edərək  milli  kimliklərini-türklüklərini  siyasi  kimliklə-azərbaycanlılıqla 

eyniləşdirilməsinə  razı  olan da Azərbaycan türkləridir. Hər halda, 1995-ci il Konstitusiyasında milli 

kimlik, milli dillə bağlı məsələlərdə yalnız Azərbaycan xalqından və Azərbaycan dilindən bəhs olunur. 

Şübhəsiz,  bütün  bunlar  onun  göstəricisdir  ki,  Azərbaycan  türkləri  Azərbaycan  Respublikasının 

yaranmasında aparıcı rol oynasalar da, ancaq bundan heç vaxt sui-istifadə etməyiblər və etmirlər də.  

Bütün bunlara baxmayaraq, hətta bəzi əsərlərdə, məqalələrdə «Azərbaycan dili»nin əslində bir 

türk dili, Azərbaycan mədəniyyətinin həm də bir türk mədəniyyəti, Azərbaycan tarixinin həm də bir 

türk  tarixi,  Azərbaycan  dövlətinin  həm  də  bir  türk  dövləti,  azərbaycanlıların  əksəriyyətinin  isə  türk 

olmaları  ilə  bağlı  fikirlər  dərhal  ciddi  tənqidə  məruz  qalır.  Bu  isə  o  deməkdir  ki,  xüsusilə  milli 

məsələlərdə  tolerantlıqdan,  xoşgörüdən,  bəşərilikdən  çıxış  etməyin  də  m ü ə y y ə n   h ə d d i  

o l m a l ı d ı r .   Ə k s   t ə q d i r d ə   həmin  millətin  özünün  assimilyasiya  olunaraq  tarix 

səhnəsindən  getməsi  qaçılmazdır.  Əgər  bir  dövlətin  yaradıcısı  olan  bir  millət  tarix  səhnəsindən 

gedəcəksə, fikrimizcə, o zaman həmin dövləti azsaylı etnik qruplarla saxlamaq mümkün olmaycaqdır.  



 

4.2.4. Azərbaycançılıq: millilik və kosmopolitizm 

 

Azərbaycançılıqdan  bəhs  olunarkən  nəzərdən  qaçan 

məslələrdən  biri  də,  Sovetlər  Birliyi  dövründə  «Azərbaycan»  və 

«türk»    anlayışları,  buna  uyğun  olaraq  azərbaycançılıq  və 

türkçülük  ətrafında  gedən  ideoloji  oyunlara  aydınlığın 

gətirilməməsidir. Bizcə, bu məsələni aydınlaşdırmadan, türkçülük 

və  azərbaycançlıqla  bağlı  hər  hansı  hökmlər  çıxarmaq  doğru 

deyildir.  Çünki  SSRİ  rəhbərləri  və  ideoloqları  Azərbaycan  milli 

ideyasını  -  milli  ruhlu  azərbaycançılığı  türkçülükdən  ayırmaq, 

uzaqlaşdırmaq  üçün  SSRİ  dövründə  ona  alternativ  olan  Sovet 

Azərbaycanı  -  beynəlmiləl  və  kosmopolit  Azərbaycan  ideyasını 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

539 


irəli sürmüşlər. Bununla da onlar bir tərəfdən milli ruhlu azərbay-

cançılığı  beynəlmiləlçi-kosmopolit  azərbaycançılıq  halına 

gətirməyə  çalışmış,  digər  tərəfdən  onu  türkçülüyə  və  islamçılığa 

qarşı  qoymuşlar.  Başqa  sözlə,  əgər  azərbaycançılıq  «üçlüy»ün, 

xüsusilə türkçülüyün əsasında yarandığı üçün ona sıx bağlı olduğu 

halda,  sovet  ideoloqlarının  əlində  isə  o  artıq  beynəlmiləlçi-

kosmopolit bir məna kəsb etdiyi üçün müvafiq olaraq «üçlüy»ə, o 

cümlədən  türkçülüyə  qarşı  yönəldilmişdir.  Bu  baxımdan 

Azərbaycan  filosofu  Ə.Tağıyev  doğru  qeyd  edir  ki,  «Sovet 

dövründə  azərbaycançılıq  bolşeviklərin  əlində  türkçülüyə  və 

islamçılığa  qarşı  mübarizə  vasitəsinə  çevrilmişdi.  Bolşeviklər 

istər-istəməz  hər  vasitə  ilə  azərbaycançılığı  inkişaf  etdirməli 

olmuş,  hətta  «türk  dili»nin  əvəzinə  «Azərbaycan  dili»nə 

vətəndaşlıq  hüquqi  qazandırmışlar.  Onlar  bununla  Azərbaycanı 

İslam-türk  aləmindən  ayırıb  daha  sıx  tellərlə  Moskvaya 

bağlamağa cəhd göstərdilər» [217, 20].  

Şübhəsiz, 

bolşeviklərin 

«azərbaycançılığı 

inkişaf 


etdirmələri»  və  türk  dilini  Azərbaycan  dilinə  çevirmələrində  də 

başlıca  məqsəd  milli  mənlik  şüurunun  saxta  beynəlmiləlçilik  və 

kosmopolit  şüurla  əvəz  olunmasına  hesablanmışdır.  Yəni  bu, 

Ə.Tağıyevin  hesab  etdiyi  kimi,  heç  də  müsbət  xarakter 

daşımamışdır.  Əksinə,  bolşeviklərin  və  daşnakların  apardıqları 

siyasət  nəticəsində  Azərbaycanda  bir-birinə  daban-babana  zidd 

olan  ikili  nəzəriyyə  meydana  çıxmışdır.  Beləliklə,  Azərbaycan 

müstəqilliyini bərpa edənə qədər iki növ: 1) milli azərbaycançılıq 

(burada  «milli  azərbaycançılıq»  anlayışını  beynəlmiləlçi  və 

kosmopolit  azərbaycançılıqdan  fərqləndirmək  üçün  işlədirik);  2) 

beynəlmiləlçi və kosmopolit azərbaycançılıq olmuşdu.  

Burada  aydınlıq  gətirmək  lazımdır  ki,  islamçılıq,  türkçü-

lük  və  qərbçiliyə  əsaslanan  Azərbaycan  milli  ideyası  –  milli 



Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   175   176   177   178   179   180   181   182   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə