İntellektual-Elektron Kitabxananın təqdimatında



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə175/192
tarix26.09.2018
ölçüsü3,32 Mb.
#70534
1   ...   171   172   173   174   175   176   177   178   ...   192

www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

527 


etnotarixi mötəbərliyə, etnomədəni, etnosiyasi özünümüəyyənliyə 

azərbaycançılıq  mövqeyindən  yanaşmanın  xeyrinə  həll 

edilmişdir» [72, 160]. 

Maraqlıdır ki, akademik milli dilin adı məsələsində türk dili 

və  Azərbaycan  dili  variantından  çıxış  edən  hər  iki  tərəfin  eyni 

dərəcədə haqlı olduğunu söyləsə də, Konstitusiyada «Azərbaycan 

dili»nin  öz  əksini  tapmasını  «real  həyatın  gedişi»  ilə  bağlayır. 

Halbuki  bir  millətin  dilinin  mahiyyətinin  yüzdə-yüz  türk  olduğu 

halda,  adının  «Azərbaycan  dili»  kimi  müəyyənləşdirilməsi  «real 

həyatın gedişi» ilə həll oluna bilməzdi. Ümumiyyətlə,  milli dilin 

adı  məsələsi  ilə  bağlı  akademik  «real  həyatın  gedişi»  dedikdə 

konkret  nəyi  nəzərdə  tutmuşdur,  məlum  deyildir.  Ancaq 

Ə.Daşdəmirovun  daha  sonra  qeyd  etməsi  ki,  milli  dilin  adı 

məsələsi azərbaycançılıq konsepsiyasının xeyrinə həll edilmişdir, 

bu zaman müəyyən suallar ortaya çıxır. Yəni Ə.Daşdəmirovun bu 

yanaşmasından  belə  nəticə  çıxarmalıyıq  ki,  türk  dilinin 

Azərbaycan dili ilə əvəz olunması azərbaycançılıq konsepsiyasını 

əsaslandırmaq  üçün  baş  vermişdir.  Bu,  doğrudan  da,  məhz  belə 

olmuşdursa,  deməli  Azərbaycan  türklərinin  türk  dili  ilə 

azərbaycançılıq  bir-birinə  zidddir.  Əgər  türk  dili  və 

azərbaycançılıq  ziddiyyət  təşkil  edirsə,  Azərbaycan  türklərinin 

türk  kimliyi  ilə  azərbaycançılıq  da  belə  olmalıdır.  Ancaq  bütün 

bunlar  doğrudanmı  belədir?  Şübhəsiz  ki,  yox.  Əgər  türk  dili  və 

türk  kimliyi  azərbaycançılığa  zidd  olsaydı,  Azərbaycan  türk 

ideoloqları nə  «Azərbaycan» adına müraciət edər, nə də bir türk 

dövlətinə Azərbaycan Cümhuriyyəti adını verməzdilər.  

Milli dilin adının türk dili deyil, «Azərbaycan dili» olmasını 

əsaslandırmaq üçün AMEA-nın müxbir üzvü Nizami Cəfərov isə 

üç tezis irəli sürür: 1) iki müstəqil türk mənşəli dilin hər ikisinin 

eyni  bir  adla  adlandırılması  özünü  doğrultmur;  2)  qeyri-türk 




www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

528 



528 

mənşəli etnoslar «Azərbaycan dili»nin «türk dili» adlanmasından 

narahatdır;  3)  «Azərbaycan  dili»  adı  artıq  neçə  on  illərdir  ki, 

uğurla  işlənir  [65,  244].  Eyni  zamanda,  o  qeyd  edir  ki, 

«Azərbaycan  dili»  «Azərbaycan  xalqı»,  «Azərbaycan  milləti», 

«Azərbaycan  dövləti»  anlayışları  ilə  səsləşir.  Əgər  «Azərbaycan 

dili» əvəzinə «türk dili», yaxud da «Azərbaycan türkcəsi» desək, 

onda «türk milləti», «türk ədəbiyyatı», «türk dövləti» məfhumları 

kimi yeni analogiya təklif edilmiş olur [64, 326].  

Fikrimizcə, N.Cəfərovun birinci tezisi ümumiyyətlə, heç bir 

mənada məntiqə uyğun deyil. Ən azı ona görə ki, iki, üç, beş və s. 

deyil,  hər  bir  türksoylu  millətin  türk  dilinə  sahib  çıxması  onun 

təbii haqqıdır. Qeyri-türk mənşəli etnosların türk dilindən narahat 

olmasına gəlincə, belə anlaşılır ki, əhalinin 100-də 90 faizini təşkil 

edən  biz  Azərbaycan  türkləri  millətimiz  və  dilimizin  «türk» 

adından azsaylı etnoslara (talışlar, ləzgilər, avarlar, kürdlər və b.) 

görə imtina  etməliyik,  ancaq bu mənada  həmin  etnik  qruplar nə 

dillərindən,  nə  də  etnik  adlarından  imtina  etməyə  bilərlər  və 

etmirlər də. Sonuncu məsələyə gəlincə isə, «Azərbaycan dili»nin 

bir neçə on illik tarixi olduğu halda, türk dilinin tarixi nəinki on 

illiklərlə,  heç  minilliklərlə  müqayisə  edilə  bilməz.  Bu  baxımdan 

türk  dilini  istər  vətəndaşlıq  hüququ  qazanması,  istərsə  də  dünya 

miqyasında  tanınması  mənasında  Azərbaycan  dili  ilə  müqayisə 

etmək  belə  doğru  deyil.  Özəlliklə,  N.Cəfərovun  türk  dilinin  öz 

haqlı  və  təbii  mövqeyini  bərpa  edəcəyi  təqdirdə  «türk  dövləti», 

«türk  ədəbiyyatı»,  «türk  tarixi»  və  bu  kimi  anlayışların  da 

işlədiləcəyini,  ancaq  bunun  doğru  olmaması  ilə  bağlı 

mülahizələrinin heç bir elmi əsası yoxdur. Çünki hər millətin tarixi 

onun yaşadığı coğrafi ərazinin adından öncə milli kimliyi, dili və 

adət-ənənələri ilə bağlıdır. Məsələn, ABŞ-ın rəsmi dili ingiliscədir, 

ancaq  əhalisi  amerikan  adlanr.  Ona  görə  də  fikrimizcə, 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

529 


N.Cəfərovun  burada  «Azərbaycan  dili»nin  varlığını  isbat  etmək 

üçün irəli sürdüyü müddəaların heç bir əsası və inandırıcı görünən 

tərəfi yoxdur. 

«Azərbaycançılıq»  və  «türkçülüy»ün  sintezindən  çıxış 

edənlərin  əksəriyyəti  (B.Vahabzadə,  Anar,  H.Həsənov, 

T.Hacıyev, K.V.Nərimanoğlu, K.Abdulla, C.Həsənli və b.) hesab 

edirlər  ki,  Azərbaycan  dili  türk  dili,  «Azərbaycan  türk  dili», 

«Azəri türk dili», «Azərbaycan türkcəsi» kimi də adlandırla bilər. 

Məsələn, tarixçi alim Həsən Həsənov (Əzizoğlu) yazır ki, dilimiz 

türk  dili  adlansaydı  daha  yaxşı  olardı  [99,  39].  Azərbaycan 

filosofu  Rafail Əhmədli  də təxminən  enyi mövqedən  çıxış edir: 

«Dil  davası,  millət  olaraq  varlıq,  müstəqillik  davasıdır.  Mənsub 

olduğumuz  türk  dili  vətənimizin  birlik  və  bütünlüyünü,  milli 

tariximizin  davamlılığını  yaşadır»  [78,  238].  Onlardan  fərqli 

olaraq Azərbaycan alimi Kamal Abdulla bu məsələ ilə bağlı bir 

neçə variant irəli sürür və fikrimizcə, o qədər də məqbul olmayan 

belə bir nəticəyə gəlir: «Dilimiz, əlbəttə ki, türk dilidir… Amma 

bəlkə onu Azərbaycan dili adlandırsaq, daha düzgün olar?! Elədir 

ki,  var, dilimiz həm  də  Azərbaycan dilidir.  Azərbaycan türk dili 

necə? Şübhəsiz, o da doğrudur. Dilimiz Azərbaycan türk dilidir… 

Eyni dilin üç adı? Təəccüblənməyə tələsməyək. Niyə də yox?! Bu 

adların  heç  biri  digərini  inkar  etmir»  [1,  65-66].  Fikrimizcə,  bir 

millətin  həyatı  üçün  müstəsna  əhəmiyyətə  malik  olan  dil 

məsələsinə, yəni milli dilin adının hansı şəkildə müəyyənləşməsi 

ilə bağlı problemə bu cür yanaşma qətiyyən doğru deyildir. Bəlkə 

də,  coğrafi  ərazi,  yaxud  da  dövlət  adının  hansı  adla 

adlandırılmasıyla bağlı bir neçə variant olsaydı, bunu haradasa da 

təbii  qəbul  etmək  olardı.  Buna  örnək  olaraq,  indiki  dövlətimizin 

vaxtilə hansı adla adlandırmasıyla bağlı bir neçə variantın (Xəzər, 

Azərbaycan,  Cənubi  Qafqaz  Türk  və  b.)  irəli  sürülməsini  də 



Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   171   172   173   174   175   176   177   178   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə