İntellektual-Elektron Kitabxananın təqdimatında



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə174/192
tarix26.09.2018
ölçüsü3,32 Mb.
#70534
1   ...   170   171   172   173   174   175   176   177   ...   192

www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

524 



524 

təsadüfi  deyildir.  Çünki  «Azərbaycan  dili»nin  varlığı  və 

Konstitusiyada 

öz 


əksini 

tapması 


azərbaycançılıq 

ideologiyasının  mövcudluğundan  bəhs  etmək  üçün  ən  vacib 

ideoloji silahlardan biridir [113, 36].  

Görünür,  məhz  bu  amilləri  nəzərə  alaraq,  1992-ci  ildə 

Konstitusiyada 

«Azərbaycan 

dili»nin 

«türk 


dili» 

adlandırılmasını  tələsik,  düşünlməmiş,  əsassız  və  populist 

qərar  [144,  301]  adlandırmaqla  kifayətlənməyən  akademik 

Ramiz Mehdiyev daha çonra yazır ki, bu zaman Konstitusiya 

və  hüquq  normaları  pozularaq  «əslində,  Azərbaycan  dili»nə 

qarşı  mənəvi  vandalizm  aktı  törədildi.  Məktəb  dərsliklərinin 

adları  tələm-tələsik  dəyişməyə  başladı  ki,  bu  da  böyüməkdə 

olan  nəslin  şüurunda  çox  böyük  dolaşıqlıq  və  çaşqınlıq 

yaradırdı.  O  vaxt  H.Əliyev  Naxçıvanda  öz  yaxın 

silahdaşlarının məhdud dairəsində həmin qərarın qeyri-elmliyi 

və  siyasi  nadanlığını  məyusluqla  və  təəssüflə  izah  edirdi. 

Lakin o vaxt həmin düşünülməmiş qərarı qəbul edən şəxslərə 

hər  hansı  bir  təsir  göstərmək  imkanı  yox  idi»  [141,  442]. 

Onun fikrinə görə, 1995-ci ildə H.Əliyevin təşəbbüsü və fəal 

iştirakı  ilə  bu  populist  qərar  və  mənəvi  vandalizm  aktı  haqlı 

olaraq  aradan  qaldırıldı  və  «tarixən  vətəndaşlıq  hüququ 

qazanmış  və  dünya  miqyasında  geniş  yayılmış  «Azərbaycan 

dili» anlayışının qanuni haqqı özünə qaytarıldı» [144, 301].  

Bütün  bunlarla  yanaşı,  akademik  son  illərdə  nəşr 

olunmuş  əsərlərində  onu  da  qeyd  edir  ki,  «Cənubi  Qafqaz 

regionundan söhbət gedəndə «Azərbaycan dili» və «türk dili» 

-  eyni  şeydir»  [145,  34].  Ümumiyyətlə,  akademik  son 

əsərlərində 

çağdaş 


azərbaycanlıların 

əksəriyyətinin 

milliyyətcə  türk-«Azərbaycan  türkləri»,  dilini  «Azərbaycan 

türkcəsi»-türk  dili,  eyni  zamanda  tarixi-siyasi-coğrafi 




www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

525 


Azərbaycan  dövlətlərini,  o  cümlədən  Azərbaycan  Səfəvilər 

imperiyasını,  Azərbaycan  Cümhuriyyətini  və  Azərbaycan 

Respublikasını  «Azərbaycan  türk  dövlətləri»  də  adlandırır 

[145,  33-54].  Hətta,  akademik  Azərbaycan  SSR-ni  də  «türk-

müsəlman  respublikası»  [113,  20]  kimi  qələmə  vermişdir. 

Bizə  elə  gəlir  ki,  R.Mehdiyev  bununla  da  milli  dil  və  milli 

kimlik məsələsində «azərbaycan»la yanaşı, «türk» faktorunun 

da  mühüm  əhəmiyyət  daşıdığını    ifadə  etmiş  olur.  Bu  isə  o 

deməkdir  ki,  çağdaş  dövrdə  də  azərbaycançılıq  ideologiya-

sının  yaşamasında  «Azərbaycan»  qədər  «Türk»  faktoru  da 

eyni  missiya  daşıyır.  Bunlardan  hər  hansı  birinin  kölgədə 

saxlanılması  həm  azərbaycançılıq,  həm  də  türkçülük  üçün 

mənfi  haldır.  Çünki  Azərbaycanda  artıq  bu  anlayışlar  bir-

birinin dayağına çevrilmişlər.  

Azərbaycanlıların 

əksəriyyətinin 

özünün 

milli 


identikliyini  türk  kimi  müəyyənləşdirməsi  Türkiyəyə  olan 

münasibətdə  də  özünü  dəfələrlə  büruzə  vermişdir.  Xüsusilə, 

azərbaycanlıların  Türkiyənin  futbol  üzrə  milli  komandasının 

Dünya  Çempionatlarında  uğurlarına  sevinməsi,  qondarma 

«erməni  soyqırımı»na  münasibətdə  birlik  nümayiş  etdirməsi 

və  s.  buna  ən  bariz  nümunədir.  Bu  baxımdan,  R.Mehdiyevin 

Azərbaycan milli identikliyi ilə bağlı azərbaycanlıların Dünya 

Çempionatında  Türkiyə  milli  komandasının  uğuru  ilə  bağlı 

Türkiyə  səfirliyinin  qarşısındakı  sevinc  göstərilərini  nümunə 

gətirməsi təsadüfi deyildir: «Minlərlə azərbaycanlının bir anda 

Türkiyənin  Bakıdakı  səfirliyi  qarşısında  toplaşmasına  və 

«Türkiyə!»,  «Türkiyə!»  deyərək  öz  sevincini  ifadə  etməsinə 

səbəb  bu  iki  xalqın  birliyini,  onların  ümumi  etnik-mədəni 

identikliyini,  tarixi,  mədəni  və  dini  birlikdən  irəli  gələn 




www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

526 



526 

qardaşlıq  hisslərini  səmimi  qəbul  etmələri  idi.  Bu  halda 

ümumi identiklik birləşdirici amilə çevrilmişdi» [145

a

, 637]. 



Bizə elə gəlir ki, R.Mehdiyev Azərbaycan milli ideyası 

ilə  bağlı  əvvəllər  üstünlüyü  birmənalı  şəkildə  daha  çox 

azərbaycançılığa  verirdisə,  son  zamanlarda  onun  qorunub 

yaşaması  yolunda  türkçülüyün  də  mühüm  faktor  olduğunu 

ifadə  etməyə  çalışır.  Xüsusilə  də,  bu  daha  çox  Azərbaycanın 

daxili  milli  birliyinə  hesablanmış  azərbaycançılığın  ölkə 

kənarında daha güclü bir ideologiyaya çevrilməsi baxımından 

önəmlidir.  Başqa  sözlə,  əgər  azərbaycançılıq  ölkə  daxilində 

daha 

cəlbedicidirsə, 



Azərbaycandan 

kənarda 


azərbaycançılığın  türkçülüklə  qoşa  qanad  təşkil  etməsi  bir  o 

qədər  zərurətə  çevrilmişdir.  Bu  baxımdan  akademikin  son 

əsərlərində  tarixi  Azərbaycan  dövlətlərini  Azərbaycan-türk, 

«Azərbaycan  dili»ni  Azərbaycan  türkcəsi  adlandırması  başa 

düşüləndir. 

«Tarixin  hökmü  ilə  Azərbaycan  etnikliyinin  başlıca 

indikatoru  (göstəricisi)  məhz  dil  olmuşdur»  [72,  156]  deyən, 

akademik  Ə.Daşdəmirov  da  milli  dilin  adı  məsələsində  türk 

dilindən  və  Azərbaycan  dilindən  çıxış  edənlərin  hər  ikisinin 

bu  və  ya  digər  dərəcədə  haqlı  olduğunu  söyləsə  də,  nəticədə 

üstünlüyü  sounuculara  vermişdir:  «Etnomədəni  diskursun 

(mülahizələrin)  mərkəzində  əsrin  əvvəllərində  olduğu  kimi, 

yenidən  dil  problemi  özünün  etnik  identifikasiyasında 

çıxmışdır.  Onu  necə  adlandırmalı:  türk,  yoxsa  Azərbaycan  dili?  

Bu  mübahisələrin  mahiyyətinə  və  təfərrüatına  varmadan  qeyd 

edilməlidir ki, tərəflərdən hər birinin öz güclü arqumentləri var, və 

bəlkə  də,  tərəflərdən  hər  biri  bu  və  ya  digər  dərəcədə  haqlıdır. 

Məsələ  də  elə  bundadır  ki,  real  həyatın  gedişi  ilə  bu  mübahisə 

əslində, həll olunmuşdur, özü də azərbaycançılıq konsepsiyasının, 



Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   170   171   172   173   174   175   176   177   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə