İntellektual-Elektron Kitabxananın təqdimatında



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə173/192
tarix26.09.2018
ölçüsü3,32 Mb.
#70534
1   ...   169   170   171   172   173   174   175   176   ...   192

www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

521 


Bu  baxımdan  Azərbaycan  türk  ideoloqları  etnik 

türkçülüklə-azərbaycançılıqla bağlı nəzəri ideyalarını 1918-ci 

ilin mayın 28-də qurulan Azərbaycan Cümhuriyyətinin dövlət 

dilinin və millətinin adını türk olaraq əməli şəkildə müəyyən-

ləşdirməklə bu məsələləri əsasən həll etmişlər. M.Ə.Rəsulzadə 

ideyalarının 

məhsulu 

olan 


Azərbaycan 

türkçülüyü-

azərbaycançılıq ideyası (ortaq türk dili, ortaq türk tarixi, ortaq 

türk mədəniyyəti və s.), 1920-ci il yanvarın 11-də Azərbaycan 

Cümhuriyyətinin  dünyanın  aparıcı  dövlətləri  tərəfindən 

tanınması ilə beynəlxalq hüquqi status da qazanmışdır. Azər-

baycan Cümhuriyyətinin bir türk dövləti kimi dünya dövlətləri 

tərəfindən  tanınmasının  nəticəsi  olaraq  da,  SSRİ  işğalının  

müəyyən  bir  dövründə  (1920-1936)  də  «Azərbaycan  türk 

milləti»,  «Azərbaycan  türk  dili»  və  bu  kimi  anlayışlar  öz 

statusunu qoruyub saxlamışdır. Məsələn, 1926-cı ildə Bakıda 

keçirilən 1-ci Türkoloji qurultayın iştirakçıları dəfələrlə Azər-

baycandan  və  Orta  Asiyanın  türk  dövlətlərindən  türk  respub-

likaları kimi bəhs  etmişlər [172

a

, 27; 297]. Bir sözlə, 1937-ci 



ilə qədər Azərbaycan dövlətinin dili türk, milləti türk adlanmış 

və  Quzey  Azərbaycan  istər  SSRİ,  istərsə  də  dünya  ölkələri 

tərəfindən türk ölkəsi, türk dövləti kimi qəbul edilmişdir.  

Bu  baxımdan  Azərbaycan  Cümhuriyyətini  süquta 

uğradaraq  onun  yerində  Azərbaycan  Sovet  Sosialist  Respu-

blikasını  yaradan  Sovet  Rusiyasının  başçıları  və  ideoloqları 

yalnız  siyasi  durumu  dəyişdirməklə  kifayətlənə  bilməzdilər. 

Ona görə də, ölkənin ictimai-siyasi quruluşunu dəyişən sovet-

rus ideoloqları çox keçmədən, Azərbaycanda kök salmış milli 

ideyaya – Azərbaycan türkçülüyünə qarşı da hücuma keçdilər. 

Ancaq Azərbaycanı silah gücünə işğal edən Sovet Rusiyası bu 

məsələdə də xeyli əziyyətlər çəkməli oldu. Buna başlıca səbəb 




www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

522 



522 

etnik  kimliyini,  dilini,  dinini,  mədəniyyətini  Türk-İslam 

məfkurəsi  sintezində  qəbul  etmiş  bir  millətin,  onun  bəzi 

rəhbərlərinin  (N.Nərimanov,  Ə.Xanbudaqov  və  b.),  ziyalı-

larının  (H.Cavid,  Ə.Cavad,  B.Çobanzadə  və  b.)  bir  müddət 

Azərbaycan türkçülüyü ideyasını açıq şəkildə müdafiə edərək, 

SSRİ-nin  sözdə  «Sovet  Azərbaycanı»  ideyasına    qarşı 

müqavimət  göstərmələri  olmuşdur.  Ancaq  onların  bütün 

səylərinə baxmayaraq, Azərbaycan türklərinin milli kimliyi və 

milli  dili  Mərkəzin  göstərişi  ilə  dəyişdirilmiş  və  saxtalaş-

dırılmışdır. Bununla da, SSRİ ideoloqları Azərbaycan türkləri-

nin  milli  şüurunu  müəyyən  qədər  zədələməyə  nail  ola 

bilmişlər.  

Bu  baxımdan  filologiya  elmləri  doktoru  Mübariz 

Yusifovun 

fikrinə 



qatılmırıq 

ki, 


Azərbaycan 

Cümhuriyyətinin dövründə milli dilin adı məsələsi qəti şəkildə 

öz həllini tapmamışdır [231

a

, 7]. Hətta, bu müəllifin fikirlərinə 



görə,  milli  dilin  adı  məsələsinin  doğru  həllinə  səbəbkar  bir 

təsadüf  nəticəsində  SSRİ-nin  diktatorlarından  İ.V.Stalin 

olmuşdur: 

«Azərbaycan 

Xalq 

Cümhuriyyəti 



süquta 

uğrayandan  sonra  da  bir  müddət  dövlət  dilinin  adı  türk  dili 

kimi  işlənməkdə  davam  etdi.  1935-ci  ildə  yalnız  bir    təsadüf 

nəticəsində türk dili adı Azərbaycan dili adı ilə əvəz olundu. O 

təsadüf  bundan  ibarət  idi  ki,  1935-ci  ildə  İ.V.Stalin  Kremldə 

Azərbaycan  nümayəndələrini  qəbul  edərkən  aqronom 

Kremlyayevaya belə bir sual vermişdi: «Siz Azərbaycan dilini 

bilirsinizmi?».  Bundan  sonra  mətbuatda  türk  dili  adı  əvəzinə 

Azərbaycan  dili  işlədilməyə  başlamışdır.  Şübhəsiz,  Stalinin 

Azərbaycan  üçün  canı  yanmırdı  və  Azərbaycan  dili  adı 

işlədərkən  heç  də  Azərbaycan  xalqının  milli  mənəvi 

keyfiyyətlərini və azərbaycançılıq ideyalarını yaşatmaq barədə 




www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

523 


düşünmürdü.  Bu  adı  işlətməklə  o  azərbaycanlı  düşüncəsini, 

Azərbaycan 

milli 

və 


etnik 

varlığını, 

azərbaycanlı 

psixologiyasını,  ilk  növbədə  Türkiyəyə  meyillilikdən,  türk 

dünyası  barədəki  təəssüratlardan  ayırırdı.  Ancaq  eyni 

zamanda, Azərbaycan dili adında Azərbaycana  məxsus  milli, 

mədəni,  etnik  xüsusiyyətlər,  eləcə  də  umümmilli  psixologiya 

öz təcəssümünü tapırdı» [231

a

, 8]. Çox təəssüflər olsun ki, bir 



Azərbaycan  alimi  millətin  dilinin  adının  təsadüfdən 

dəyişməsinə  inanır  və  üstəlik,  bunu  əsaslandırmağa  çalışır. 

Hətta, M.Yusifov türk dilini Azərbaycan dili ilə əvəz etməsinə 

görə,  Stalinə  dolayısı  ilə  də  olsa  haqq  qazandırır.  Halbuki 

SSRİ  rəhbərləri  və  ideoloqları  Stalin  başda  olmaqla,  bir 

təsadüf  nəticəsində  deyil,  düşünülmüş  şəkildə  Azərbaycan 

türk millətinin dilini və etnik kimliyini saxtalaşdırmışlar [172, 

48]. Fərid Ələkbərlinin təbrincə desək, 1936-cı ilə qədər bütün 

sənədlərdə, mənbələrdə Azərbaycan türkləri, yaxud da sadəcə 

türklər  adlanan  bir  millətin  adı  və  dili  Stalinin  əmri  ilə 

dəyişdirilmişdir [284]. 

Ancaq  buna  baxmayaraq  əvvəllər  də,  indinin  özündə 

də  bəzi  alimlərimiz  (İqrar  Əliyev,  Vaqif  Piriyev,  Ağamusa 

Axundov, Nurəddin Kazımov, Mübariz Yusifov və b.) inadla 

sübut etmək istəyirlər ki, azərbaycanlıların dili türk dili deyil, 

Azərbaycan  dilidir.  Hər  halda,  aradan  keçən  70  il  ərzində 

sovet  ideoloqlarının  azərbaycanlıların  milli  şüurunda  kifayət 

qədər  dəyişikliklər  etməsinin,  eyni  zamanda  müstəqillikdən 

sonra  müxtəlif  fərqli  ideyaların  meydana  çıxmasının  nəticəsi 

olmalı  idi  ki,  milli  dil  məsələsi  müstəqillik  dönəmində 

ziddiyyətlərə  yol  açdı.  Bu  mənada,  bəzi  Azərbaycan 

alimlərinin    azərbaycançılığın  məzmununa  uyğun  olaraq  bu 

gün  də  əsasən  Azərbaycan  dili  anlayışını  müdafiə  etmələri 



Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   169   170   171   172   173   174   175   176   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə