İntellektual-Elektron Kitabxananın təqdimatında



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə172/192
tarix26.09.2018
ölçüsü3,32 Mb.
#70534
1   ...   168   169   170   171   172   173   174   175   ...   192

www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

518 



518 

Özəlliklə, 1990-cı illərdə milli dillin və milli kimliyin 

müəyyənləşməsi  kimi  önəmli  məsələlərdə  ziddiyyətlərin 

meydana  çıxması  yalnız  kimin  haqlı  kimin  isə  haqsız  olması 

ilə  bağlı  olmamışdır.  Bu,  ilk  növbədə  iki  illik  Azərbaycan 

milli  ideyası  ilə  (Azərbaycan  Cümhuriyyəti)  70  illik  «Sovet 

Azərbaycanı»  (Azərbaycan  SSR)  arasında  ideya  savaşının 

müstəqillik  dövründə  davamı  idi.  Azərbaycan  milli  ideyasını 

müdafiə  edənlər  haqlı  olaraq  hesab  edirdilər  ki,  Azərbaycan 

Cümhuriyyətinin  varisi  kimi  çıxış  edən  Azərbaycan 

Respublikası  sələfinin  üçrəngli  bayrağını,  dövlət  himnini, 

dövlət  gerbini  və  başqa  mühüm  atributlarını  sorğu-sualsız 

qəbul etdiyi kimi, milli dil və milli kimlik məsələsində də eyni 

mövqeyi  ifadə  etməlidir.  Yəni  milli  dilin  adı  ilə  bağlı  hər 

hansı  referendumun  keçirilməsi  nəinki  doğru  deyil,  eyni 

zamanda  bu  imperiyanın  göstərişi    ilə  dəyişdirilmiş  bir 

millətin yenidən doğma dilinə dönmək istəyinə qarşı yenidən 

«sovet ideologiyasından» çıxış etməkdir.  

Ancaq  70  illik  «Sovet  Azərbaycanı»  ideyasından 

qurtula bilməyənlər bu milli atributlara, xüsusilə də milli dilin 

adına  münasibətdə  heç  də  eyni  mövqeyi  müdafiə  etmirdilər. 

Fikrimizcə,  bu  milli  atributlar  arasında  milli  dilin  adına 

münasibətdə  onların  daha  çox  dirəniş  göstərmələri, 

Azərbaycan dövlətinin rəsmi dilinin Türk dili olmasına etiraz 

etmələri  heç  də  təsadüfi  olmamışdır.    Şübhəsiz,  bu  ilk 

növbədə  70  illik  «Sovet  Azərbaycanı»  ideyasından  qurtula 

bilməməyin  nümunəsi  idi.  «Azərbaycan  dili»  ideyasını 

müdafiə  edənlər  onu  da  yaxşı  anlayırdılar  ki,  hələ  xalqın 

əksəriyyətinin  nə  türk  dili,  nə  də  türk  dilini  Azərbaycan 

Cümhuriyyətinin  dövlət  dili  kimi  qəbul  etdirən  milli 

ideoloqlarla bağlı aydın təsəvvürləri yoxdur. Bunun əvəzində, 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

519 


sıralarımızda  dünyaya  azərbaycanlı  kimliyində  gəldiyini  və 

«Azərbaycan dili»ndə danışdığını zənn edənlər var. Şübhəsiz, 

belə  düşünənləri  milli  dil  və  millilik  kimlik  məsələsində 

“Azərbaycan dili”nə yönəltmək bir o qədər çətin deyildi.  

Sovet ideologiyasından tamamilə xilas ola bilməməyin 

nəticəsidir  Milli  Məclisdə  təsdiq  edildikdən  sonra  sabiq 

prezident  Əbülfəz  Elçibəyin  imzası  ilə  1992-ci  ilin  dekabrın 

22-də  Azərbaycan  Respbulikasında  dövlət  dlilinin  türk  dili 

olması  ilə  bağlı  Qanunun  qəbuluna  [216

b

]  etiraz  etməyən 



Azərbaycan  xalqının  əksəriyyəti,  1995-ci  ildə  keçirilən 

ümumxalq  səsverməsi  zamanı  milli  dilin  necə  adlandırılması 

məsələsində  «türk  dili»nə  deyil,  «Azərbaycan  dili»nə  səs 

verdi.  Halbuki,  özünü  Azərbaycan  Cümhuriyyətinin  bütün 

mənalarda (siyasi, hüquqi, mənəvi, iqtisadi, ərazi və s.) qanuni 

varisi kimi dünyaya bəyan etmiş Azərbaycan Respublikası və 

onun 

vətəndaşlarının 



ilk 

növbədə, 

onun 

vaxtilə 


müəyyənləşdirdiyi ideyalardan çıxış etməsi gərəkirdi.  

Ümumiyyətlə, bir millətin dilinin və kimliyinin adı elə 

bir  məsələdir  ki,  fikrimizcə,  onu  referendum  yolu  ilə 

birdəfəlik həll etmək mümkün  deyildir. Özəlliklə də, 70 illik 

müstəmləkə həyatı yaşamış (hələ ondan öncə də təxminən bir 

o  qədər  buna  məruz  qalmış),  bununla  da  milli  mənlik  şüuru 

zədələnmiş hər hansı millət azadlığa qovuşduqdan çox az bir 

müddətdən  (4  il)  sonra  referendumla  milli  özünütəyinin 

müəyyənləşdirilməsi  mübahisəli  bir  məsələdir.  Belə  ki,  artıq 

babalarının  etnik  kimliyinin  və  dilinin  türk  olmasını  əsasən 

unutmuş, daha doğrusu unutdurulmuş və  yenicə keçmiş milli 

şüur yaddaşını bərpa etmək istəyən bir cəmiyyət üçün bu cür 

önəmli  məsələdə  qəti  qərarını  verməsi  inandırıcı  deyildir. 

Çünki  milli  şüur  yaddaşını  bərpa  edə  bilməyən,  70  il  öncəki 




www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

520 



520 

və  ondan  irəlidəki  tarixini  yalnız  imperiya  ideoloqlarının 

göstərişi  əsasında  hazırlanmış  ədəbiyyatdan  öyrənən  bir 

cəmiyyətin  əksəriyyəti  üçün  milli  dilin  adı  məsələsində 

verilmiş  qərar  da  xeyli  dərəcədə  buna  uyğun  olacaqdır.  Bu 

baxımdan,  fikrimizcə  milli  yaddaş  şüurunu  bərpa  etməyən, 

üstəlik  SSRİ-nin  «sovet  beynəlmiləlçiliyi»  ideologiyasından 

qurtulmayan  bir  xalqın  milli  dilin  adı  məsələsində 

«Azərbaycan  dili»  adını  müdafiə  etməsi  milli  deyil,  «sovet 

beynəlmiləlçiliyi» şüurunun ifadəsi olmuşdur.  

Ancaq 

“sovet 


beynəlmiləlçiliyi” 

şüurundan 

qurtulmağa  çalışan  toplumun  yaxın  gələcəkdə  yenidən  milli 

dilin  adını  gündəmə  gətirməsi  və  türk  dilinin  Əsas  Qanunda 

öz  təsbitini  tapması  uğrunda  mübarizə  aparması  qaçılmazdır. 

Çünki  bizim  babalarımız,  atalarımız  (Dədə  Qorqud,  Xaqani, 

Mahmud Kaşğarlı, Yusif Balsaqunlu, Əhməd Yəsəvi, Nizami 

Gəncəvi,  Nəsimi,  Füzuli,  Yünis  Əmrə,  Şah  İsmayıl  Xətai, 

Seyid Əzim Şirvani, Həsən bəy Zərdabi, Əli bəy Hüseynzadə, 

Mirzə  Ələkbər  Sabir,  Hüseyn  Cavid  və  b.)  ana  dillərindən 

bəhs  edərkən  referendum  yolu  ilə  dillərinin  adını  müəyyən-

ləşdirməmiş,  onu  birmənalı  şəkildə  Türk  dili  adlandırmış  və 

onunla da həmişə fəxr etmişlər. Məhz bunun təbii nəticəsidir 

ki,  Azərbaycan  Cümhuriyyətini  quranlar  da  başda 

M.Ə.Rəsulzadə  olmaqla,  dövlət  dilini  türk  dili  adlandırarkən 

bu varislikdən çıxış ediblər. Yəni milli ideoloqlar qeyri-adi bir 

işə  imza  atmayıblar.  Sadəcə,  onlar  türk  dilini  türk  dövlətinin 

rəsmi dili olduğunu bəyan ediblər. Bunu, Azərbaycan türkləri 

kimi, həmişə bu bölgədə türk dilini ortaq dil kimi istifadə edən 

bütün  azsaylı  etnik  qruplar,  milli  azlıqlar  və  onların 

nümayəndələri də birmənalı şəkildə qəbul ediblər. 



Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   168   169   170   171   172   173   174   175   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə