İntellektual-Elektron Kitabxananın təqdimatında



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə168/192
tarix26.09.2018
ölçüsü3,32 Mb.
#70534
1   ...   164   165   166   167   168   169   170   171   ...   192

www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

506 



506 

etnik  qrupların  «milli  şüurunun  oyadılması»  ssenarisini  Qərb 

və Avropanın antitürk ruhlu qüvvələri Türkiyədə uyğulamağa 

sonralar da davam etmişlər və edirlər də. Bunu nümunə kimi, 

Türkiyə alimi prof. Oktay Sinanoğlunun mülahizələrinə diqqət 

yetirmək maraqlı olardı.  Sinanoğlu qeyd edir ki, ötən əsrlərdə 

çar  Rusiyası  və  Sovet  Rusiyası  Orta  Asiya  (Azərbaycan  da 

buraya 


aiddir) 

türk 


dövlətlərində 

möhtəşəm 

türk 

mədəniyyətini, türk tarixini, türk dilini bir sözlə, türk ruhunu 



necə sıxışdırıb çıxartmaq siyasəti yürütmüşdürsə, eyni siyasəti 

ABŞ  və  Avropanın  aparıcı  ölkələri  Türkiyədə  həyata 

keçirməyə çalışmışdır: «Türk və İslam düşməni olan, hələ də 

xaçlı  səfəri  mentalitetini  davam  etdirən  təəssübkeş  qərblilər 

türklərin bu böyük töhfələrini əvvəlcə İslam dünyasında, sonra 

Qərbdə  və  nəhayət  Türkiyə  içində  unutdurmaq  və  inkar 

etdirməklə  işə  başladılar.  Sonra  növbə  (düz  40  il  əvvəl) 

tarixin,  mədəniyyətin,  milli  hiss  və  bütövlüyün  və  adət-

ənənənin yaşaması üçün əsas fundament olan türk dilinin yox 

edilməsinə  gəlib  çatdı.  Kağız  üzərində  rəsmi  dili  Türk  dili 

olan Türkiyənin təhsil dili tamamilə ingiliscə olmağa başladı» 

[117,  178].  Sinanoğluya  görə,  öz  möhtəşəm  tarixini  və 

möhtəşəmliyini  dərk  edərək  onu  yenidən  əzəmətinə  qovuş-

durmayacağı təqdirdə türk dili əcnəbi dillər arasında məhv ola 

bilər: «Bu, türk dilinə, türk tarixinə, türk hegemoniyasına, türk 

dünyasına,  müsəlman  ölkələr  öndərliyinə,  türkün  dünya 

üzərindəki  heysiyyətinə  «bye-bye»  deməkdir.  Bəylər! 

Havaydan  (söhbət  hazırda  ABŞ-ın  ştatlarından  biri  olan 

Havay  adalarından  gedir.  Vaxtilə  Havayın  yerli  hökmdarları 

bu  adaları  müəyyən  pul  miqdarında  amerikalı  missionerlərə 

satıblar-F.Ə.)  ibrət  alaq.  Türk  dilini,  dolayısı  ilə  türkün 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

507 


gələcəyini satanlar nəvələrinin miras sahibi olaraq rifah içində 

yaşayacaqlarını zənn edib sevinməsinlər» [117, 172]. 

Bütün bunlar o deməkdir, XXI əsrin Türk əsri olmasını 

istəməyən  kifayət  qədər  xarici  qüvvələr  var  ki,  onlar  türk 

dövlətlərinin  güclənməsini  və  birləşməsini  (yəni  hər  hansı 

birlikdə  birgə  hərəkət  etməsini)  istəmirlər.  Bunun  üçün  də, 

Türkiyəyə münasibətdə klassik forma kimi «parçala və hökm 

sür!» ideolojisini həyata keçirməyə çalışırlar. Hər halda, ötən 

əsrin əvvələrində olduğu kimi, XXI əsrin əvvəllərində də türk 

dövlətlərində  baş  verən  prosesləri  təsadüfi  saymaq  mümkün 

deyildir. Əksinə bu proseslər müəyyən bir ssenari  üzrə davam 

etdirilməkdədir.  

Özəlliklə,  XXI  əsrin  “Türk  əsri”  olması  şüarının 

fonunda  baş  verənlər  heç  də  ürəkaçan  deyildir.  Belə  ki, 

türkçülüyün dayaq mərkəzləri olan Türkiyə və Azərbaycanda 

üzdə  türksevərlik,  ancaq  mahiyyət  etibarilə  türksüzləşdirmə 

prosesinin  getdiyi  bir  dövrdə  bu  şüar  öz  mənasını  və 

əhəmiyyətini itirir. Çünki Türkiyə və Azərbaycanda baş verən 

türksüzləşdirmə  prosesi  fonunda  bu  şüardan  əleyhimzə 

istifadə  edirlər.  Bu  səbəbdəndir  ki,  ən  ali  səviyyədə  - 

Azərbaycan  Respublikasının  prezidenti  İlham  Əliyevin 

dilindən  belə  dəfələrlə  bu  şüar  səsləndirilsədə  bunu 

qulaqardına,  görməməzliyə  vuranlar  var.  Ona  görə  də  hesab 

edirik  ki,  hazırda  sözün  həqiqi  mənasında  XXI  əsrin  “Türk 

əsri” olmasından çox türksüz “Türk əsri”nin reallaşması meyli 

özünü açıq şəkildə büruzə verir.  

Bizə  elə  gəlir  ki,  antitürk  dairələrin  Azərbaycanda  və 

Türkiyədə  türksüz  “Türk  əsri”  ssenarisini  pozmaq  üçün  milli 

şüurumuza  yeridilən  və  indinin  özündə  də  bu  və  ya  digər 

formada  yaşadılan  saxtalaşdırılmış  tarixdən,  ədəbiyyatdan, 




www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

508 



508 

qeyri-milli ideyadan deyil, vahid bir millətin neçə min illiklər 

boyu  qoruyub  saxladığı  və  yaşatdığı  milli  tarixdən,  milli 

fəlsəfi  fikirdən,  milli  ədəbiyyatdan,  milli  ideyadan  çıxış 

etməliyik. Çünki vahid türk fəlsəfəsini, türk tarixini, türk dini-

fəlsəfi  düşüncə  sistemini,  türk  ədəbiyyatını  və  s. 

mənimsəmədən, onun tarixi-fəlsəfi mahiyyətinə varmadan heç 

vaxt  türkçülüyün  bütün  türklər  üçün  hansı  əhəmiyyət  kəsb 

etməsini  də,  dərk  edə  bilmərik.  Başqa  sözlə,  ayrıca 

götürülmüş  bir  ölkənin  (Azərbaycan,  Türkiyə,  Qazaxıstan, 

Özbəkistan,  Tatarıstan  və  b.)  fəlsəfəsi,  tarixi,  ədəbiyyatı, 

mədəniyyəti  ilə  yanaşı,  ümumtürk  fəlsəfəsi,  türk  dini-fəlsəfi 

dünyagörüşü,  türk  mədəniyyəti,  türk  ədəbiyyatı,  türk 

tarixindən  də  bəhs  olunmalı,  tədris  edilməlidir.  Ancaq  bu 

halda  türk  dövlətlərində,  o  cümlədən  ötən  əsrin  sonlarında 

keçmiş  SSRİ-nin  tərkibindən  çıxaraq  yenicə  müstəqillik  əldə 

edən  ölkələrin  gənc  nəsilləri,  sözün  həqiqi  mənasında, 

türkçülüyü – türk kimliyini, türk mədəniyyətini, türk fəlsəfəsi-

ni, türk tarixini daha dərindən və yaxından anlamış olacaqlar. 

Məhz bütün bunların gerçəkləşəcyi təqdirdə  «Türk əsri»ndən 

bəhs etmək olar. 

Qeyd edək ki, Qərb və Avropanın Türkiyə türklərinin 

mənlik şüurunun zədələnməsi, əvəzində etnik qrupların «milli 

şüurunun  oyadılması»  işini,  təxminən  vaxtilə  eyni  xətt  üzrə 

Sovet Rusiyası Azərbaycan türkləri arasında həyata keçirməyə 

çalışmışlar. Məhz bu antitürk ideologiyanın nəticəsidir ki, 20-

ci  əsrin  əvvəllərində  müstəqillik  elan  etmiş  Azərbaycan 

Cümhuriyyəti Sovet Rusiyası tərəfindən işğal olunduqdan bir 

müddət  sonra  milli  kimliyindən  və  milli  dilindən  məhrum 

edilmişdir.  Eyni  siyasəti  bu  və  ya  digər  dərəcədə  Sovet 

Rusiyası 

Orta 


Asiyadakı 

digər 


türk 

dövlətlərinə 




Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   164   165   166   167   168   169   170   171   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə