İntellektual-Elektron Kitabxananın təqdimatında



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə167/192
tarix26.09.2018
ölçüsü3,32 Mb.
#70534
1   ...   163   164   165   166   167   168   169   170   ...   192

www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

503 


«Türk»  anlayışının  aradan  qaldırılması  fikrini  irəli 

sürənlər  hesab  edirlər  ki,  bununla  da  Türkiyədə  etnik 

mənşəyindən  asılı  olmayaraq  bütün  vətəndaşlar  arasında 

bərabərlik  bərqərar  olacaqdır.  Buradan  belə  nəticə  çıxır  ki, 

indiyə qədər Türkiyə dövlətində türklər istisna olmaqla digər 

etnik  azlıqlara  -  kürdlər,  lazlar,  ermənilər  və  başqalarına, 

xüsusilə  də  kürdlərə  qarşı  münasibətdə  ədalətsizlik  olmuş, 

onların  hüquq  və  azadlıqları  boğulmuşdur.  Özəlliklə, 

Türkiyənin bir Türk dövləti, onun vətəndaşlarının Türk milləti 

adlanması ilə kürdlərə qarşı haqsızlıq edilmişdir. Ona görə də, 

Türkiyədə türk dövləti, türk milləti, hətta yeri gələndə Türkiyə 

Cümhuriyyəti  adından  (məsələn,  Türkiyə  Cümhuriyyəti 

Sağlık Bakanlığı deyil, sadəcə Sağlık Bakanlığı adlandırılsın) 

belə istifadə edilməməlidir. Deməli, Türkiyədə dövlətin adına 

birmənalı  münasibət  bəsləməyən,  bu  mənada  yenidən 

Türkiyəni keçmiş Osmanlı imperiyasına oxşar bir dövlət kimi 

görmək  istəyənlər  vardır.  Bu  mənada,  nəinki  türk  anlayışı, 

eyni  zamanda  dövlətin  adı  olan  «Türkiyə  Cümhuriyyəti» 

məfhumu  belə  bəzi  dairələr  tərəfindən  qəbul  edilməz  hala 

gəlmişdir.  

Bu onun göstəricisidir ki, Türkiyə bir vaxtlar Azərbay-

canda  olduğu  kimi,  türk  kimliyinin  dövlətçilik,  vətənçilik, 

insaniyyət  ideyaları  fonunda aradan qaldırılması  təhlükəsi  ilə 

üz-üzə qalmışdır. Artıq istisna deyil ki,  Türkiyənin  yeni  Ana 

Yasasında  türk  anlayışı  ilə  bağlı  nə  varsa,  hamısı  aradan 

qaldırıla  bilər.  Hətta,  bunlardan  birinin  Türk  dili  ilə  bağlı 

olması da mümkündür. Ola bilsin ki, 1995-ci ildə Azərbaycan 

Respublikası  referendum  yolu  ilə  Türk  dilindən  imtina  edib 

«Azərbaycan  dili»nə  üz  tutduğu  kimi,  Türkiyədə  də  buna 

oxşar  «yeni  dil»  və  «yeni  dil»ə  uyğun  «yeni  vətəndaş» 




www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

504 



504 

yaransın.  Çünki  Türkiyənin  də  tarixi  təcrübəsində  belə  bir 

nümunə  vardır  (məsələn,  «osmanlı  dili»  və  «osmanlı»). 

Halbuki  Türkiyə  Cümhuriyyəti  qurulmamışdan  öncə,  neçə 

əsrlər  türklər  öz  dövlətlərini  Osmanlı  dövləti,  dillərini  və 

kimliklərini  osmanlı  adlandırdıqları  halda,  Avropa  millətləri 

onları Türkiyə və türk olaraq tanımışdır. 

Maraqlıdır,  necə  olmuşdur  ki,  Fransada  bütün  etnik 

qruplar 

fransız 


kimliyi 

altında 


fransızlaşdırıldıqları, 

Almaniyada 

almanlaşdırıldıqları, 

İtaliyada 

italiyanlaşdırıldıqları  halda,  türklər  ən  azı  min  ildən  çoxdur 

Türkiyədə  və  Azərbaycanda  böyük  çoxluğu  təşkil  etmələrinə 

baxmayaraq,  azsaylı  etnik  qrupları  türkləşdirə  bilməmişdir? 

Üstəlik, öz milli kimliyindən, milli dövlətindən, milli dilindən 

və  başqa  milli  özünəməxsusluqlardan  imtina  etmək  təhlükəsi 

ilə  üzbəüz  qalmışdır?  Şübhəsiz,  bu  sualların  çoxsaylı 

cavablarından  ən  əsası,  birincisi  türk  millətinin  həmişə  digər 

etnik qruplara, xüsusilə onunla eyni dini kimliyi paylaşanlara 

mədəniyyət,  dil,  adət-ənənə  və  başqa  milli  məsələlərdə 

xoşgörüdən  çıxış  etmələridir.  Yəni  türklər  tarixən  etnik 

mənşəcə ona yad olan etnik qrupları heç zaman assimilyasiya 

etməmişlər.  Buna  bariz  nümunə  kimi  Türkiyə  və 

Azərbaycanda  yaşayan  azsaylı  etnik  qrupları  göstərə  bilərik. 

Bu  günün  özündə  də  həmin  etnik  qruplar  (kürdlər,  ləzgilər, 

ermənilər,  lazlar,  talışlar  və  b.)  həm  milli  kimliyini,  həm  də 

dini inanclarını qoruyub saxlamışlar. Bununla da etnik azlıqlar 

nəinki  Türkiyə  və  Azərbaycanda  assimilyasiya  olunmuş, 

əksinə  heç  bir  ayrı-seçkilik  qoyulmadığı  üçün  həmin  Türk 

dövlətlərində yüksək vəzifələr tutmuşlar. 

Ancaq etnik azlıqlardan ermənilər və kürdlər türklərin 

bu  xoşgörü,  heç  bir  irqi  ayrı-seçkiliyin  qoyulmaması 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

505 


siyasətindən  nəticə  çıxarmaq  əvəzinə  tarixdə  bir  neçə  dəfə 

«müstəqil  Ermənistan»,  «müstəqil  Kürdüstan»  dövlətləri 

yaratmağa  cəhd  göstərmişlər.  Xüsusilə,  ermənilərin  milli 

kimliklə  yanaşı,  dini  kimliyi  də  irəli  sürməsi,  20-ci  əsrin 

əvvəllərində  tarixi  Türk  torpaqlarında  «Ermənistan  dövləti» 

yaratması ilə nəticələnmişdir. Halbuki ermənilər Rusiyanın və 

başqa böyük xristian inanclı dövlətlərin  dəstəyi  ilə  «müstəqil 

dövlət»  yaradana  qədər  Osmanlı  imperiyasında  müxtəlif 

yüksək vəzifələr tuturdular. Türklər isə bu məsələyə milli  və 

dini kimlik deyil, dövlətçilik, yəni bilik və bacarıqlı insanların 

layiq  olduğu  vəzifəni  tutması  baxımından  yanaşdıqları  üçün, 

buna  heç  bir  etiraz  etməmişlər.  Hətta,  türk  imperiyası 

olmasına baxmayaraq, Osmanlıda bir çox hallarda haqsızlıqla 

üzləşənlər türklər özləri olmuşlar.  

Bütün  bunlar  o  deməkdir  ki,  XX  əsrin  əvvəllərində 

bəzi  etnik  qrupların,  xüsusilə  də  ermənilərin  və  kürdlərin 

fəallaşaraq  müstəqil  dövlət  yaratmaları  fikrinə  düşmələri, 

onların Osmanlıda milli və yaxud da dini kimliklərindəki hər 

hansı  ayrı-seçkiliklə deyil,  Türk ruhunu qəbul  etməyən xarici 

qüvvələrin  də  təhriki  ilə  əsrlərboyu  barış  içində  yaşadıqları 

türklərə  xəyanət  etmələri  ilə  bağlı  olmuşdur.  Bu  xəyanətin 

nəticəsi  olaraq  da  ermənilər  XX  əsrin  əvvəllərində 

himayədarlarının  birbaşa  yardımı  ilə  «müstəqil  dövlət»lərini 

yarada  bildikləri  halda,  kürdlər  buna  nail  ola  bilməmişlər. 

Deməli,  XXI  əsrin  əvvəllərində  növbəti  hədəf  Türk  torpaq-

larının  hesabına  «müstəqil  Kürdüstan»ın  yaradılmasıdır.  Bəs, 

sonra? 

Bu  baxımdan  türklərin  milli  mənlik  şüurunun 



zədələnməsi  (türk  dilinin  sıxışdırılması,  türk  kimliyinin 

dolaşdırılması, türk tarixinin saxtalaşdırılması və s.), əvəzində 




Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   163   164   165   166   167   168   169   170   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə