İntellektual-Elektron Kitabxananın təqdimatında



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə165/192
tarix26.09.2018
ölçüsü3,32 Mb.
#70534
1   ...   161   162   163   164   165   166   167   168   ...   192

www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

497 


O da bir faktdır ki, türkçülük kimi azərbaycançılıq da 

ilk növbədə, Azərbaycan türklərinin ideyası kimi yaranmışdır. 

Çünki  türkçülüyü  də,  onun  Azərbaycanda  yerli  forması  olan 

Azərbaycan  türkçülüyünü  yaradan  və  yaşadan  məhz  türk 

ideoloqları 

– 

M.Ə.Rəsulzadə, 



N.Yusifbəyli, 

M.B.Məmmədzadə olmuşdur. Bir sözlə, azərbaycançılıq milli 

ideya  kimi  türk  ideoloqları  tərəfindən  türkçülük  əsasında 

yaradılmışdır.  Bu  mənada  tarixçi  alim  Həsən  Həsənovun  o 

fikiri  ilə  razılaşırıq  ki,  azərbaycançılıq  türk  milli  düşüncəsi 

əsasında  qurulmuş  milli  ideologiyadır  (ideyadır):  «Biz 

türkəsilli  Azərbaycan  xalqıyıq,  dilimiz  türkəsilli  dildir, 

dinimiz  islam,  siyasi  durumumuz  müstəqil  dövlətçilikdir. 

Azərbaycançılıq  türkçülüyə  əsaslanmaqla  həm  dövlətimizin, 

həm  də  millətimizin  ideologiyasıdır,  bunlar  arasında  heç  bir 

ziddiyyət  yoxdur.  Niyə?  Ona  görə  ki,  bizim  xalqımızın 

ideologiyası  ilə  dövlətimizin  ideologiyası  arasında  heç  bir 

ziddiyyət  yoxdur  və  ola  da  bilməz.  Azərbaycançılıq 

türkçülükdən,  türkçülük  isə  Azərbaycan  xalqının  və  onun 

dövlətçilik  marağından  ayrı  bir  müstəqil  ideologiya  deyil» 

[99, 151]. 

Bütün bunların yekunu olaraq hesab edirik ki, hazırda 

azərbaycançılıq  türklərlə  yanaşı,  digər  azsaydlı  etnosları  və 

milli  azlıqları  birləşdirdiyi  üçün  milli  ideya  kimi  qəbul  edilə 

bilər. Çünki bu zaman sayca çoxluq və azlıq təşkil etməsindən 

asılı olmayaraq Azərbaycanda yaşayan bütün etnosların, milli 

azlıqların ortaq dəyərlərindən çıxış edilir. Ona görə də siyasi, 

iqtisadi,  dini,  fəlsəfi,  etik  və  s.  baxışlarından  asılı  olmayaraq 

bütün  azərbaycanlılar  azərbaycançılığı  qəbul  edə  bilərlər. 

Yadigar  Türkelin  sözləri  ilə  desək:  «Azərbaycançılıqda 

millətin  yaşam  tərzi,  əxlaqi,  dini  və  başqa  maddi-mənəvi 




www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

498 



498 

dəyərləri,  millət  sevgisi,  yurda  (vətənə),  millətə  yiyəlik 

duyğusu,  dünya  millətləri  içində  şərəflə  var  olmaq, 

Azərbaycan  Respublikasını  qorumaq,  gəlişdirmək,  «Bütöv 

Azərbaycan»a çevrib sonsuzadək yaşatmaq ruhu vardır» [215, 

21-22].  Başqa  sözlə,  azərbaycançılıq  ona  görə  milli  ideyadır 

ki,  onun  hədəfində  Azərbaycan  dövlətinin  suverenliyi, 

ərazisinin  bütövlüyü,  vahid  Azərbaycan  milləti  (siyasi 

mənada) və s. məsələlər dayanır. Burada önəmli olan azərbay-

canlıların  Azərbaycan  dövlətçiliyi,  ümumi  vətən  əsasında 

birləşməsi  və  onu  qorumasıdır.  Əslində  çağdaş  dövrdə 

azərbaycançılıq  bu  məqsədlə  də  irəli  sürülmüşdür.  Deməli, 

azərbaycançılıq Azərbaycan daxilində bir milli ideyadır. 

Bəs  Azərbaycandan  kənarda  da,  azərbaycançılığı  bir 

milli  ideya  kimi  qəbul  etmək  olarmı?  Zənnimizcə,  buna 

birmənalı  cavab  vermək  çətindir.  Çünki  azərbaycançılığın 

dünya azərbaycanlılarını özündə birləşdirməsi ilə bağlı fikirlər 

səslənsə  də,  ancaq  həqiqət  ondan  ibarətdir  ki,  İranda  eyni 

soykökü  və  dini  inancı  deyil,  hətta  eyni  tarixi-siyasi-coğrafi 

Azərbaycan adını paylaşdığımız azərbaycanlıları, Azərbaycan 

türklərini  müdafiə  etmək  mümkün  olmur.  İran  adlanan  fars-

molla  rejimində  azərbaycanlıların  öz  ana  dillərində  təhsil 

almaları məsələsində faktiki olaraq əl-qolu bağlı qalır, onlara 

heç bir mənada yardım edə bilmirik.  

Bu  zaman  belə  anlaşılır  ki,  əslində  azərbaycançılıq 

daha çox dövlət daxilində milli ideya kimi öz təsdiqini tapır. 

Vətəndən  kənarda  isə  azərbaycançılıq  yalnız  türkçülüyə 

söykəndikdə müəyyən bir məna kəsb edir. Hətta, deyərdim ki, 

Azərbaycandan 

kənarda 


azərbaycanlıların 

birliyi 


– 

azərbaycançılıq  deyil,  türk  dünyasının  birliyi  –  türkçülük 

cəlbedici  görünür.  Bu  zaman  azərbaycançılıq  deyil, 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

499 


Azərbaycan  türklərinin  milli  ideyası  kimi  türkçülük  Güney 

Azərbaycandakı  türkləri  müdafiə  edə  bilər.  Bu  mənada 

türkçülük hətta, bütün Azərbaycan türkləri üçün milli ideyaya 

çevrilir.  Çünki  bu  halda  müxtəlif  məkanlarda,  ayrı-ayrı 

dövlətlərin  tərkibində  yaşayan  türklər  müxtəlif  dini,  etik, 

siyasi,  iqisadi  baxışlara  malik  olmaqla  yanaşı,  türkçülüyü 

bütün  bunların  ümumiləşdirilməsini,  birləşdirilməsini,  ortaq 

tarixin,  ədəbiyyatın, dilin  yaranmasını nəinki istisna etmirlər, 

hətta  bu  istiqamətdə  əməli  işlər  belə  görürlər.  Deməli, 

Azərbaycanda  və  Türkiyədə  milli  ideya  olan  türkçülük 

ümumtürk  mənafeyini  –  yəni  türk  millətinin  dilini, 

mədəniyyətini,  tarixini,  ədəbiyyatını  qorumaq  və  yaşatmaq 

məsələsində  milli  ideologiyaya  çevrilir.  Çünki  filologiya 

elmləri  doktoru  Aybəniz  Əliyevanın  təbrincə  desək, 

«türkçülük  -  türk  millətçiliyi,  türk  millətinin  ideologiyası 

deməkdir və millət, dil, din, əxlaq, etika, estetika baxımından 

ortaq  olan  fərdlərin  bütünü  olduğu  üçün  türk  milləti  anlayışı 

dünyanın harasında yaşamasından asılı olmayaraq, əsir və hürr 

olan bütün dünya türklərini özündə birləşdirir» [80

a

, 76]. 



Türkçülüyə  də  azərbaycançılıq  kimi  həm  milli  ideya, 

həm  də  milli  ideologiya  kimi  yanaşmaq  mümkündür. 

Azərbaycançılıqdan  fərqli  olaraq  türkçülük  ölkə  daxilində 

milli  ideya  kimi  təqdim  olunur.  Çünki  burada  bir  millətin 

maraqlarının  irəli  çəkilməsi  müddəası  irəli  sürülür.  Bu 

mənada, azsaylı etnik qruplar türkçülüyə bir o qədər də «isti» 

yanaşmırlar.  Bu  yanaşmanın  nə  qədər  doğru  və  yanlış 

olmasından  asılı  olmayaraq  türkçülüyə  münasibətdə  fərqli 

baxışlar  daha  çoxdur.  Bunun  nəticəsidir  ki,  Türkiyədə  və 

Azərbaycanda türklər sayca çoxluğu təşkil edən millət olsalar 

da,  bu  gün  həmin  ölkələrdə  dövlət  ideologiyası  baxımından 



Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   161   162   163   164   165   166   167   168   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə