İntellektual-Elektron Kitabxananın təqdimatında



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə164/192
tarix26.09.2018
ölçüsü3,32 Mb.
#70534
1   ...   160   161   162   163   164   165   166   167   ...   192

www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

494 



494 

mənəviyyatından  uzaqlaşdırmaqdır.  Bu  mənada,  həmin 

məsələ  ilə  bağlı  təkcə  Türkiyə  türklərini  suçlamaq  doğru 

olmazdı.  Belə  ki,  hətta  Güney  Azərbaycan  türkləri  bəzi 

hallarda Quzey Azərbaycan türklərini «şurəvi», quzeylilər isə 

güneyliləri  «iranlı»,  «tat»  adlandırırlar.  Halbuki  hər  ikisi 

türkdür, türklüyü təmsil edirlər. 

Şübhəsiz,  Azərbaycan  türklərinin  «tatar»,  «azəri», 

«tat»,  «şurəvi»,  «iranlı»  adlandırılması onların  təbii istəyi  ilə 

deyil,  Sovet-Rus  və  İran-Fars  rejimlərinin  apardıqları  siyasət 

nəticəsində meydana çıxmışdır. Sadəcə, istər içimizdə, istərsə 

də kənarda bir çoxlarını hazırda bu anlayışların necə meydana 

çıxmasından  daha  çox, ondan  necə  istifadə  etməsi  maraqlan-

dırır.  Fikrimizcə,  son  zamanlar  «azəri»  anlayışının  geniş 

mənada təbliğ olunması da bunun tərkib hissəsidir.  

Belə  anlaşılır  ki,  hələlik  «azərbaycanlı»  kimliyinə  və 

«Azərbaycan  dili»nə  toxunmamaqla  yanaşı,  buna  paralel 

olaraq  «azəri»  kimliynin  və  «azəri  dili»nin  formalaşdırılması 

prosesinə  başlanmışdır.  Xüsusilə,  bəzi  telekanalların  və 

kütləvi informasiya vasitələrinin (qəzetlərin, portalların və s.) 

bu məsələ də fəallıq göstərməsi «azəri» anlayışının təbliğinin 

sistemli  şəkildə  baş  verdiyini  göstərir.  Artıq  bəzi  alimlərin 

əsərləri  ilə  yanaşı,  dövlətin  rəsmi  nəşrlərində  «azəri» 

kimliyindən və dilindən bəhs olunması da buna bariz örnəkdir. 

Məsələn,  2011-ci  ildə  Azərbaycan  Respublikasının  Dövlət 

Statistika  Komitəsi  tərəfindən  iki  dildə  (Azərbaycan  türk  dili 

və ingilis dilində) nəşr olunan «Müstəqil Azərbaycan – 20 il» 

kitabında  dövlət    dili  həm  «azərbaycan»,  həm  də  «azəri» 

adlandırılmışdı [160, 99]. 

Bu  o  deməkdir  ki,  artıq  «azərbaycanlı»  kimliyi  və 

«Azərbaycan dili»nə paralel olan, ilk baxışda ona daha yaxın 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

495 


və inandırıcı olan «azərbaycanlı»-«azəri», «Azərbaycan dili»-

«azəri  dili»  yeni  bir  statusa  çevrilməyə  başlamışdır.  Bu 

mənada istisna etmirik ki, müəyyən bir dövrdən sonra «azəri» 

kimliyi və «azəri dili» istər parlament səviyyəsində, istərsə də 

dövlət  səviyyəsində  müəyyən  status  əldə  etsin.  Hətta,  yaxın 

gələcəkdə  «Azərbaycan  dili»  dərsliklərinin  «azəri  dili»nə 

çevrilməsinin də şahidləri ola bilərik.  

Bizcə, son zamanlarda bəzi ali məktəblərdə jurnallarda 

tələbələrin  milliyyəti  kimi  «azəri»  adından  istifadə  olunması 

da  məsələnin  ciddiliyindən  xəbər  verir.  Hər  halda  dünənə 

qədər  bəzi  istisnaları  nəzərə  almasaq  (nadir  hallarda  da  olsa, 

bəzi  tələbələr  etnik  kimliyini  ləzgi,  kürd  və  s.  göstərirdilər), 

tələbələrin  milliyyət  qrafasının  qarşısında  «azəri»  deyil, 

«azərbaycanlı» yazılırdı. Bu isə, SSRİ dövründən qalma ənənə 

kimi hamı tərəfindən «başa düşülürdü».  

Görünür,  «azəri»  kimliyi  və  «azəri  dili»  artıq  sovet 

dövründə formalaşmış Azərbaycan insanının deyil, yeni nəslin 

milli  mənlik  şüuruna  hesablanmış  bir  nəzəriyyədir.  Yəni 

«azərbaycanlı»  kimliyi  və  «Azərbaycan  dili»  SSRİ  dövründə 

yaşamış  insanların  şüurları  üçün  hesablandığı  kimi,  «azəri» 

kimliyi  və  «azəri  dili»  müstəqil  Azərbaycanın  vətəndaşlarına 

yönəlmişdir. Şübhəsiz, «azəri» anlayışının əsaslandırılmasının 

növbəti  mərhələlərində  tarixə,  etnoqrafiyaya,  dilçiliyə  və 

başqa sahələrə də «səyahət» ediləcəkdir və edilir də. 

Doğrudur,  biz  də  hesab  edirik  ki,  milli  mənlik 

şüurunun  qorunub  yaşaması  üçün  vətəndaşlığı,  yurddaşlığı 

bildirən  «azərbaycanlı»  kimliyində  və  «Azərbaycan  dili»ndə 

müəyyən  korrektələr  edilməlidir.  Amma  bu  korrektələr 

türklüklə  uzlaşmayan  «azəri»  kimliyi  və  «azəri  dili»  adı 

altında  deyil,  türk  kimliyi  və  türk  adı  altında  baş  verməli,  




www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

496 



496 

xüsusilə milli dilin adına münasibətdə Azərbaycan türklərinin 

mühüm  mövqeyi  nəzərə  alınmalıdır.  Fikrimizcə,  yalnız  bu 

halda  türkçülükdən  yaranmış  azərbaycançılıq  öz  varisliyini 

ləyaqətlə  davam  etdirə  bilər.  Əks  halda  sələfinin  başlıca 

ideyalarını yaşada bilməyən xələf üçün yalnız bir neçə formal, 

hüquqi məsələlər baxımından varislikdən çıxış etməsi, üstəlik 

türk  kimliyi  və  türk  dili  əvəzinə  «azəri»  kimliyi  və  «azəri 

dili»nə meyil etməsi milli ideologiyanın həllinə deyil, daha da 

mürəkkəbləşməsinə səbəb olacaqdır.  

Xüsusilə, 

əgər 


biz 

bu 


gün 

türkçülüklə 

azərbaycançılığın  bütövlüyündən,  vəhdətindən  bəhs  ediriksə, 

o  zaman  varislik  və  obyektivlik  prinsipləri  pozulmamalıdır. 

Əgər  biz  dövlətçiliyin  qorunmasının  vacibliyindən  bəhs 

edirksə,  bu  halda  da  başa    düşməliyik  ki,  həmin  məsələdə 

türkçülüyün  rolu  azərbaycançılıqdan  heç  də  az  deyildir.  Bu 

mənada,başqa  bir  milli  aydınınmz  Yadigar  Türkel  doğru 

qeyd  edir  ki,  «Azərbaycanın  əsasında  türkçülük  ideyası 

dayanan  milli  dövlətçilikdən  başqa  yolu  yoxdur»  [216,  123]. 

Yəni Azərbaycan ilk növbədə bir türk dövlətidir. Ancaq onun 

bir türk dövləti olmaqla yanaşı, Azərbaycan dövləti olması və 

bütün  azsaylı  etnosların  (talış,  kürd,  ləzgi  və  b.)  və  milli 

azlıqların (rus, ukraynalı, gürcü və b.) da dövlətinə çevrilməsi 

mümkündür  və  bu  gün  də  belədir.  Bu  mənada,  Y.Türkelin  o 

fikiri ilə də razılaşırıq ki, Azərbaycan xalqının irandilli, alban-

dilli  və  türkdilli  etnoslardan  formalaşması  mülahizəsi  də 

uydurmadan  başqa  bir  şey  deyildir  [216,  116].  Başqa  sözlə, 

Azərbaycan  xalqının  tərkibində  bir  çox  etnosların  olmasını 

təsdiqləməklə yanaşı, onun əsasında türklərin daynaması inkar 

olunmaz faktdır.  



Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   160   161   162   163   164   165   166   167   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə