İntellektual-Elektron Kitabxananın təqdimatında



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə160/192
tarix26.09.2018
ölçüsü3,32 Mb.
#70534
1   ...   156   157   158   159   160   161   162   163   ...   192

www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

482 



482 

Fikrimizcə, elmi və obyektiv əsaslandırmalar, faktlar olmadan 

məsələnin bu cür qoyuluşu doğru ola bilməz.  

Bu  məsələ  ilə  bağlı  Ə.Tağıyev  başqa  bir  əsərində  isə 

yazır  ki,  azərbaycançılığın  milli  ideya  kimi  seçilməsi  heç  də 

onun türkçülüyə qarşı qoyulması demək deyildir: «Türkçülük 

ümumi,  bir  qədər  də  romantik  səciyyə  daşıyan  halda, 

azərbaycançılıq  daha  real  və  praktiki  görünür,  yerli  xalqlar, 

xüsusən də azsaylı xalqlar üçün daha məqbul və cəlbedicidir» 

[213,  182].  Maraqlıdır,  bəzi  müəlliflər,  o  cümlədən 

Ə.Daşdəmirov,  Ə.Tağıyev  və  başqları  hansı  prinsipdən  çıxış 

edərək  hesab  edirlər  ki,  azərbaycançılığın  milli  ideyaya 

çevrilməsi  türkçülüyə  qarşı  olmaq,  yaxud  da  onun 

azərbaycançılığın  daxilində  «əridilmə»si  kimi  qiymətləndiril-

məməlidir?  Axı  belə  bir  qarşı-qarşıya  qoyulma  fikri  haradan 

gəlmiş  və  bunun  kökündə  hansı  faktorlar  dayanır?!  Digər 

tərəfdən, o türkçülük  ümumi,  bir qədər də romantik ola bilər 

ki,  konkretlikdən  və  gerçəklikdən  uzaqdır.  Ancaq  bunu 

Azərbaycandakı  türkçülüyə,  yəni  Azərbaycan  türkçülüyünə 

aid  etmək  doğru  deyildir.  Ən  azı  ona  görə  ki,  bugünkü 

Azərbaycan  Respbulikasının  sələfi  olan  Azərbaycan 

Cümhuriyyəti  məhz  Azərbaycan  türkçülüyü-azərbaycançılıq 

əsasında  yaranmışdır.  Azərbaycançılıq  isə  ilk  növbədə, 

türkçülüyün 

siyasi-coğrafi 

Azərbaycanda 

müstəqil 

təcəssümüdür.  Ancaq  milli  ideologiya  problemi  ilə  bağlı 

Ə.Tağıyevin  o  fikri  ilə  razılaşırıq  ki,  türkçülük  etnik, 

azərbaycançlıq isə siyasi-coğrafi millətçilikdir [213, 182].  

Bu  mənada,  hazırda  əgər  Azərbaycanda  türkçülük 

varsa  belə,  o  əsla  və  əsla  Azərbaycanda  yaşayan  talışlara, 

ləzgilərə,  kürdlərə,  udinlərə,  tatlara  və  başqa  azsaylı  etnik 

qruplara  qarşı  yönəlməmişdir.  Əksinə,  Azərbaycan  türkləri 




www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

483 


həmin  azsaylı  etnik  qruplarla  əsrlər  boyu  barış  və  xoşgörü 

əsasında bir  yerdə  yaşayaraq ortaq vətəni, mədəniyyəti, adət-

ənənələri paylaşmışlar. Bu gün də belədir, əbədiyyən də belə 

olacaqdır.  Çünki  M.Ə.Rəsulzadənin  təbrincə  desək,  etnik 

türkçülüyün özü də mütərəqqi türkçülük olub, bütün etnoslarla 

bərabər yaşamağın mümkünlüyünü ifadə edir [186

a

, 172]. 


Məhz  bu  faktorlardan  çıxış  edərək  fəlsəfə  elmləri 

doktoru  Rafail  Əhmədli  də  türkçülüyü  pozitiv-mütərəqqi 

milliyyətçiliklə 

eyniləşdirərək 

hesab 

edir 


ki, 

hər 


milliyyətçiliyin  öz  adı  olduğu  kimi  türk  milliyyətçiliyinin  də 

adı  türkçülükdür.  Onun  fikrincə,  bu  mənada,  türkçülük  türk 

millətinin milli mənafeyini özündə əks etdirən dünyagörüşdür: 

«Türkçülük  türk  millətini,  onun  vətənini,  dövlətini  sevmək, 

türk  millətinin  birlik  və  bərabərliyini  qorumaq,  millətini 

yüksəltmək uğrunda əzmlə mübarizə aparmaq deməkdir» [78, 

239]. Onun fikrincə, beləliklə türkçülük  ideologiyası  türklərə 

20-ci  əsrdə  yaşamaq  haqqı  qazandıran  milli  dövlətlər  bəxş 

etmişdir ki [78, 240], onlardan biri də Azərbaycan ideyasıdır: 

«Milli-fəlsəfi  və  ictimai-siyasi  fikir  milli  özünüdərk,  milli 

oyanışın bilavasitə nəzəri, tarixi-məntiqi ifadəsi deməkdir. Bu 

dövrün  ən  böyük  mənəvi  uğuru  Azərbaycan  ideyasının 

təşəkkül  tapması  və  şüurlara  aşılanması  idi.  Azərbaycan 

ideyası özündə vətənin tərəqqisi, bütövlüyü, azadlığı uğrunda 

mübarizə əzmini,  istək və arzuları,  bu  yolda milli  həmrəylik, 

milli birlik məramını ehtiva etmişdir» [78, 95].  

Bu  baxımdan  azsaylı  etnik  qruplar  məsələsini  önə 

çəkərək  azərbaycançılıq  və  türkçülük  arasında  sədd  çəkmək, 

uçurum  yaratmaq  nəinki  doğru  deyil,  hətta  deyərdim  ki, 

təhlükəlidir.  Ona  görə  də  Ə.Tağıyevin  bu  məsələlərlə  bağlı 

sual qoyması ki, vaxtilə türkçülükdən ayrı götürülmüş və Qərb 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

484 



484 

dövlətləri  tərəfindən  dəstəklənən  osmançılıq  ideologiyasının 

Türkiyədə  özünü  doğrultmaması  kimi,  azərbaycançılığı  da 

Azərbaycanda belə bir tarixi tale və perspektiv gözləyə bilər, 

hər  halda  bunu,  düşünməyə  dəyər.  Ə.Tağıyev  yazır: 

«Osmançılığı  Qərb  ölkələri  müdafiə  etdikləri  kimi 

azərbaycançılığı  da  bir  sıra  qonşu  dövlətlər  dəstəkləyirlər. 

Onlara  görə  bu,  Azərbaycanı  Türkiyədən  uzaqlaşdırmaq 

vasitəsinə də çevrilə bilər» [213, 184]. Deməli, bütün hallarda 

azərbaycançılıq türkçülük və islamçılıq ideyaları ilə bir yerdə 

mövcud  ola,  ancaq  zamanın  tələbləri  və  məqsədləri 

baxımından  müəyyən  mənada  önə  də  çəkilə  bilər.  Bütün 

hallarda  isə,  bu  zaman  azərbaycançılıq  türkçülüyə  və 

islamçılığa qarşı qoyulmamalı, əksinə ortaq nöqtələrdən çıxış 

edilməlidir. 

Eyni  zamanda,  Ə.Tağıyevin  bir  neçə  həmmüəlliflə 

(Azər  Mustafayev  və  Məmməd  Balayev)  birgə  irəli  sürdüyü 

aşağıdakı fikirlərlə isə tamamilə razılaşmaq mümkün deyildir. 

Müəlliflər  yazırlar:  «Azərbaycan  xalqı  çox  mürəkkəb  və 

keşməkeşli  bir  tarixə  malik  olmuş,  onun  formalaşıb  bir 

millət  halına  gəlib  çatmasında  istər  türk,  istərsə  də  qeyri-

türk etnik elementlərin rolu olmuşdur. Ona görə də bu fakt 

milli ideya sahəsində xeyli polemikalara səbəb olmuşdur» 

[211,  11].  Bizə  elə  gəlir  ki,  milli  ideya  sahəsindəki 

problem «çox mürəkkəb» və «keşməkeşli tarix» məsələləri 

ilə  deyil,  Azərbaycan  Cümhuriyyətinin  şah  damarı  olan 

türklərin  milli  şüur,  milli  özünüdərketmə  səviyyəsi  ilə 

bağlıdır.  Belə  ki,  Azərbaycanı  müəyyən  dövrlərdə  əsarət 

altında  saxlayanlar  (çar  Rusiyası,  Sovet  Rusiyası,  İran-

Pəhləvi  rejimi,  İran  fars-molla  rejimi  və  b.)  ilk  növbədə, 

burada  yaşayan  türklərə  qarşı  assimilyasiya  siyasəti 



Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   156   157   158   159   160   161   162   163   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə