İntellektual-Elektron Kitabxananın təqdimatında



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə159/192
tarix26.09.2018
ölçüsü3,32 Mb.
#70534
1   ...   155   156   157   158   159   160   161   162   ...   192

www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

479 


deyildir:  «İdeoloqlarımızın elmi əsərlərinin heç birində Türkiyə 

və  Azərbaycan  millətləri  arasında  fərqlərə  dair  tədqiqata  rast 

gəlmək mümkün deyil. Bir sözlə, türkçülük ideoloqları mədəni, 

sosial  və  siyasi  fərqləri  görməməyə  çalışırlar.  Vaxtilə  bu 

xəstəlikdən  sovet  doqmatik  marksizmi  də  əziyyət  çəkmiş, 

inqilaba bəraət qazandırmaq, həmçinin  bazar münasibətlərindən 

imtina  etmək  istəmişdir.  Amma  gördüyümüz  kimi,  bunun 

nəticəsi bizim üçün acınacaqlı olmuşdur» [155, 33-34].  

Bizə elə gəlir ki, H.Əliyevin «biz bir millət, iki dövlətik» 

tezisində əsas vurğunun «bir millət», ya da «iki dövlət»in üzərinə 

düşməsindən  asılı  olmayaraq,  burada  vacib  olanı  müəyyən 

mənada eyni etnik mənşəyi, dili, mədəniyyəti, ədəbiyyatı, tarixi 

paylaşmaqla yanaşı, siyasi, iqtisadi, mədəni, hərbi və s. mənalar-

da  da  bir-birinə  dəstək  olmalarıdır.  Şübhəsiz,  bütün  bunlar 

Türkiyə  və  Azərbaycan  müstəqil  dövlətlər  kimi  başqa 

ölkələrlə əlaqələr qurması,  ya da dostluq  yaratmalarına əngəl 

ola bilməz. Türkiyə və Azərbaycan türkləri arasında fərqlərin 

olması,  o  cümlədən  türkçülük  və  azərbaycançılığın 

alternativliyi  məsələsinə  gəlincə,  fikrimizcə,  bu  məsələdə  də 

obyektivliyə 

əməl 

edilməli, 



yəni, 

yalnız 


mövcud 

gerçəkliklərdən deyil, eyni zamanda ortaq milli tarixi, mədəni, 

bir sözlə milli dəyərlərdən də çıxış edilməlidir. 

Bu baxımdan türkçülük və azərbaycançılığın bir-birinə 

alternativ  olması  prizmasından  çıxış  edən  gənc  tədqiqatçı, 

fəlsəfə  üzrə  fəlsəfə  doktoru  Əliyar  Orucovun  «Azərbaycan 

xalqı milli özünüdərk yollarında: XIX əsrin sonu  – XX əsrin 

əvvəlləri»  monoqrafiyasında bu məsələ ilə bağlı irəli sürdüyü 

bəzi  fikirlərlə  də  razılaşmırıq.  Çünki  Ə.Orucov  bu  əsərində 

iddia  edir  ki,  o,  milli  ideologiyaya  münasibətdə 

F.Ələkbərovdan  (yəni  bu  kitabın  müəllifindən)  fərqli  olaraq, 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

480 



480 

türkçülüyə deyil, azərbaycançılığa əsaslanmışdır:  «Tədqiqatçı 

alim  Faiq  Ələkbərovun  «Milli  ideologiya  probleminə  tarixi-

fəlsəfi  baxış»  (I hissə) adlı monoqrafiyası  mövzuya  yaxınlığı 

ilə  seçilir.  Amma  buna  baxmayaraq  həmin  monoqrafiya 

əsasən milli  ideologiya  məsələlərinin tədqiqinə  həsr olunmuş 

və 

həmin 


məsələlərə 

türkçülük 

nöqteyi-nəzərindən 

yanaşılmışdır.  F.Ələkbərovun  monoqrafiyasından  fərqli 

olaraq,  oxuculara  təqdim  etdiyimiz  monoqrafiya  da  isə  sırf 

milli  özünüdərk    məsələlərindən  bəhs  olunmuş  və  burada 

türkçülük  deyil,  məhz  azərbaycançılıq  ideologiyası  önə 

çəkilmiş  və  həmin  dövrdə  milli  özünüdərk  prosesi  tədqiq 

olunaraq,  müasir  dövrlə  azərbaycançılıq  baxımından 

əlaqələndirilmişdir»  [174,  10].  Birincisi,  bu  müəllif 

göstərməmişdir  ki,  F.Ələkbərov  konkret  hansı  mənada  milli 

ideologiya  məsələlərinin  həllində  azərbaycançılığa  deyil, 

məhz  türkçülüyə  əsaslanmışdır.  İkincisi  isə,  Ə.Orucovun 

burada  irəli  sürdüyü  fikrindən  belə  nəticə  çıxsa  da  ki,  milli 

ideologiya 

məsələsində 

türkçülüyə 

deyil, 


yalnız 

azərbaycançılığa  əsaslanmaq  lazımdır,  ancaq  onun  həmin 

kitabının 

digər 


yerlərində 

türkçülüyün 

Azərbaycan 

Cümhuriyyətinin  yaranmasında  və  milli  ideyanın  yaşadıl-

masındakı  mühüm  rolu  dəfələrlə  qeyd  edilmişdir.  Ə.Orucov 

yazır:  «İslamçılıq  və  türkçülüyün  Azərbaycanda  geniş  vüsət 

alması,  son  nəticədə  milli  azadlıq  mübarizəsinin,  milli 

oyanışın,  milli  mənlik  şüurunun  və  milli  özünüdərketmənin 

inkişafına, yüksəlişinə səbəb olmuşdu» [174, 232]. 

Qeyd  edək  ki,  türkçülük  və  azərbaycançılığın 

alternativ,  yoxsa  eynilik  təşkil  etməsi,  yaxud  da  hazırda 

onlardan  hansının  zəruri  olması  məsələsində  bu  ideyaların 

ortaq 

nöqtələrindən  çıxış  edən  Azərbaycan  alimləri 




www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

481 


Ə.Tağıyev, 

Ə.Abbasov, 

Y.Türkel, 

N.Şəmsizadə 

və 

başqalarıdır.  Bu  müəlliflər  ümumilikdə  türkçülük  və 



azərbaycançılığın  sinergizmindən  çıxış  etsələr  də,  bəzi 

məsələlərdə  ziddiyyətli  mövqe  tuturlar.  Burada  həmin 

ziddiyyətləri göstərməklə  yanaşı,  onlarla razılaşdığımız və  ya 

razılaşmadığımız məqamlara da toxunmuşuq. 

Məsələn,  türkçülük  və  azərbaycançılığın  sinergizmin-

dən  çıxış edən Azərbaycan filosofu, professor Əlikram Tağı-



yevin  fikrincə,  türkçülük  və  islamçılıq  əsasında  yaranan  və 

M.Ə.Rəsulzadə tərəfindən milli ideyaya çevrilən  azərbaycan-

çılıq  həm  etnik-türk ideyası  [210, 36],  «həm  də bir çox milli 

etnik  ideyaların  toplusudur,  çünki  vətəndaşlıq  ideyasıdır, 

Azərbaycanda yaşayan müxtəlif aborigen xalqların (türk, talış, 

ləzgi,  tat,  avar  və  b.)  vahid  dövlətinin  ideyasıdır»  [217,  20]. 

Bu  məsələdə  Azərbaycan  filosofu  ilə  əsas  razılaşmadığımız  

məqam  odur  ki,  azərbaycançılıq  ilk  növbədə,  türkçülüyün 

ifadəsidir.  Ə.Tağıyev  daha  sonra  yazır:  «Vaxtilə  o 

(azərbaycançılıq  –  F.Ə.)  türkçülüyün  bir  qolu  kimi  çıxış 

edirdisə,  burada  indi  o,  artıq  türkçülüyü  də  özündə  təcəssüm 

etdirir.  Yəni  azərbaycançılıq  bir  tək  etnik  ideya  olmaqdan 

kənara  çıxaraq  arıtq  dövlət  ideya  sahəsini  də  özündə 

birləşdirir.  Hazırda  azərbaycançılıq  bir  ideya  kimi 

formalaşmaqdadır  və  o,  respublikanın  bütün  yerli  aborigen 

etnoslarının  iradəsini  ifadə  edir»  [217,  22].  Fikrimizcə, 

Azərbaycan  milli  ideyasının  türkçülüyün  bir  qolu  kimi  çıxış 

etməsi  aydın  olsa  da,  ancaq  türkçülüyün  sonralar  hansı 

mənada  azərbaycançılığın  tərkib  hissəsinə  çevrilməsi  məlum 

deyildir.  Yəni  necə  olmuşdu  ki,  türkçülüyün  doğurduğu 

azərbaycançılıq  sonralar  türkçülüyü  bir  ideya  xətti  kimi 

üstələmiş,  hətta  onu  öz  içərisində  «əridə»  bilmişdir?! 




Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   155   156   157   158   159   160   161   162   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə