İntellektual-Elektron Kitabxananın təqdimatında



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə161/192
tarix26.09.2018
ölçüsü3,32 Mb.
#70534
1   ...   157   158   159   160   161   162   163   164   ...   192

www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

485 


yürüdüblər  və  yürüdürlər.  Bunun  nəticəsində,  əsarət 

dövrlərində  ən  çox  milli  şüuru  (milli  mənliyi)  zədələnən 

Azərbaycan  türkləri  olmuşdur  ki  (hazırda  bu  siyasəti 

İranın  fars-molla  rejimi  Güney  Azərbaycan  türklərinə 

qarşı həyata keçirirlər), onlar azadlıq əldə etdikdən sonra, 

milli  ideyanın  formalaşması  məsələsində  problem 

yaşayırlar. Bunun səbəbi də bəllidir, çünki həmişə hansısa 

bir  etnos  milli  azadlıq hərəkatında aparıcı rol oynamışdır. 

Tarixi  bir  reallıqdır  ki,  İran-Pəhləvi  və  çar  Rusuyasında 

əksər  inqilabların  aparıcı  qüvvəsi  türklər  olmuşdur.  Bu 

baxımdan,  vaxtilə  çar  Rusiyası,  Sovet  Rusiyası  və  İran 

pəhləvi  rejimi  daha  çox  türklərə  qarşı  assimilyasiya 

siyasəti yürütmüşlər, onların varisləri də bu siyasəti davam 

etdirirlər.  

Türkçülük  və  azərbaycançılığın  alternativlik,  yoxsa 

eynilik 


təşkil 

etməsi 


məsələlərində 

bu 


ideyaların 

sinergizmindən  çıxış  edən  Azərbaycan  filosofu,  professor 



Əbülhəsən Abbasovun da fikrincə, milli ideologiya problemi 

araşdırılarkən  milli  mənəvi  dəyərlər  və  çağdaş  dövrün 

tələbləri arasında uzlaşma olmalı, ancaq milli maraqlar burada 

üstün  mövqe  tutmalıdır:  «Milli  dövlətçilik  ideologiyası 

bütövlükdə  cəmiyyətin  həyat  və  fəaliyyətini,  ictimai 

münasibətləri zəruri olan istiqamətdə və məzmunda təşkil etmək, 

milli  maraqların  həyata  keçirilməsini  gerçəkləşdirmək  üçün 

praktiki  vəzifələrin  həll  edilməsinə  yönəldilmiş  biliklərin 

sintezidir.  Yalnız  ümummilli  mənafeyə,  milli  birlik  və  ictimai 

tarazlıq  tələblərinə  cavab  verdikdə  milli  ideologiya  öz 

missiyasını  daşımağa  qadir  olur.  Məhz  bu  mahiyyətdə  və 

statusda milli ideologiya hakim ideologiya səviyyəsinə yüksəlir, 




www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

486 



486 

bir sosial qrupun və yaxud da ayrıca bir siyasi partiyanın deyil, 

bütöv xalqın maraqlarını ifadə və müdafiə edir» [2, 29]. 

Onun  fikrincə,  azərbaycançılıq  ideyası  milli  ideologiya 

ilə  eyniləşdirilməməli,  yaxud da onun  nümunəsi kimi nəzərdən 

keçirilməməlidir.  Belə  ki,  azərbaycançılıq  milli  ideologiyanın 

tərkib  hissəsindən  yalnız  biridir.  Bu  mənada,  azərbaycançılığın 

daxil  olduğu  milli  ideologiyanın  tərkib  hissələrinə  aşağıdakı 

prinsiplər aiddir: 1. Suverenlik; 2. Demokratiya; 3. Respublika-

çılıq;  4.  Ədalət;  5.  Millilik  (millətləşmə);  6.  Azərbaycançılıq; 

7.Müxtəliflik  vasitəsilə  birliyə  (vahidliyə)  cəhd  etmə;  8. 

Tolerantlıq;  9.Sinergizm;  10.  Zəruri  məhdudiyyət  (qadağa)  [2

a



95].  Ə.Abbasov  qeyd  edir  ki,  azərbaycançılıq  yüksək  milli 



nizam-intizamın,  dövləti  şüurun,  birgəyaşayış  və  birgəfəaliyyət 

mədəniyyətinin  həm  səbəbi,  həm  də  nəticəsidir:  «O 

(azərbaycançılıq-F.Ə.),  fikrimizcə,  hər  bir  azərbaycanlının 

şüurunda,  həyat  tərzində,  əmək  fəaliyyətində  aparıcı  mövqe 

tutmalı və daim təbliğ olunmalıdır. Ona yalnız bu günün ideya-

siyasi baxışlar sisetmini  modernləşdirən prinsip kimi  yanaşmaq 

düzgün  olmazdı.  Azərbaycançılığın əhəmiyyətli  rolu perspektiv 

təfəkkürün və həyat tərzinin formalaşdırılmasındadır. Və burada 

özünəməxsusluqla  beynəlmiləlçiliyin  üzvi  vəhdətinin  nəzərə 

alınması  ümdə  əhəmiyyət  daşıyır.  Belə  ki,  azərbaycançılıq  heç 

də  bəsit  mənada  özünə  qapalılıq  deyil.  O,  cəmiyyət  üzvlərini, 

sosial  qrupları,  etnik  icmaları  bir  millət  kimi  konsoldasiyaya 

gətirməklə  yanaşı,  onların  dünyaya  açıqlığını  da  təmin  etməli, 

faydalı  ünsiyyət  və əlaqəni qidalandırmalıdır.  Hesab  edirəm  ki, 

millətin  ümumi  maraqlarının  formalaşmasında,  bu  maraqlardan 

irəli  gələn məqsədlərin  müəyyənləşməsində,  ümumi maraqların 

formalaşması  və  reallaşması  prosesinə  subyektiv  mövqedən 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

487 


müdaxilənin  qarşısının  alınmasında  azərbaycançılıq  prinsipi 

xüsusi yer tutmalıdır» [2, 39].  

Ə.Abbasovun  bu  fikirlərinə  qatılaraq  hesab  edirik  ki, 

doğrudan  da  azərbaycançılıq  yalnız  modernləşməni  deyil, 

özündə 

«mühafizəkarlığ»ı 



da 

əks 


etdirməlidir. 

Bu 


«mühafizəkarlıq»  heç  də  keçmişə  qayıtmaq  anlamına 

gəlməməlidir.  Burada  əsas  vacib  olan  milli  mənəvi  dəyərlərlə 

müasirliyi uzlaşdırmaq, bu zaman Ə.Abbasovun da dediyi kimi, 

üstünlüyü birinciyə verməkdir. Yəni hər zaman modernləşmə nə 

qədər  zəruri  olursa  olsun,  milli  mənəvi  dəyərlər  həmişə  bir 

addım  öndə  olmalıdır.  Bu  mənada,  modernləşmə,  qloballaşma, 

beynəlmiləlçilik 

ideyaları 

adı 

altında 


azərbaycançılığı 

gücləndirmək  nə  qədər  zəruridirsə,  türkçülük  və  islamçılıq 

ideylarını  qoruyub  saxlamaq  ondan  daha  çox  zəruridir.  Digər 

tərəfdən  unutmamalıyıq  ki,  Azərbaycan  milli  ideoloqları 

Azərbaycan  milli  ideyasını  –  Azərbaycan  türkçülüyünü  (indiki 

anlamda  azərbaycançılığı)  irəli  sürərkən  təməl  prinsiplər  kimi 

türkləşməyi,  müasirləşməyi  və  islamlaşmağı  bir  yerdə 

götürüblər.  Ancaq  buradakı  müasirləşmə-yeniləşmə  heç  də 

Qərbin-Avropanın  ideyalarının  kor-koranə  Azərbaycanda  tətbiq 

edilməsi  deyil,  daha  çox  türklüyün  və  islamlığın  ruhundakı 

yeniliyin  gücləndirilməsi  olmuşdur.  Çünki  türklüyün  və 

islamlığın ruhu həmişə yeniləşmə ilə paralelik təşkil etmişdir.  

Ancaq burada problem doğuran məsələ ondan ibarətdlir 

ki,  türklüyün  və  islamlığın  ruhuna  saxta  beynəlmiləlçilik  təsir 

etdikdə,  bu  ideyalar  sözün  həqiqi  mənasında  müasirliklə 

ayaqlaşa  bilməmişdir.  Çünki  bu  cür  «yeniləşmə»  onları  irəliyə 

aparmaq əvəzinə geri salmış, bununla da Türk-İslam dünyasında 

müəyyən  problemlər  meydana  çıxmışdır.  Şübhəsiz,  bu  cür 

«yeniləşmə»nin  türklüyə  və  islamlığa  təsiri  Türk-İslam  dünya-



Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   157   158   159   160   161   162   163   164   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə