İntellektual-Elektron Kitabxananın təqdimatında



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə169/192
tarix26.09.2018
ölçüsü3,32 Mb.
#70534
1   ...   165   166   167   168   169   170   171   172   ...   192

www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

509 


(Türkmənistan, Qazaxıstan və b.) də uyğulamış, yüz minlərlə 

insanlar  Azərbaycanda  olduğu  kimi,  Türküstanda  da 

repressiyaya məruz qalmışdır. Şübhəsiz, bütün bunlarda Sovet 

Rusiyasının  rəhbərlərinin  və  ideoloqlarının  başlıca  məqsədi 

türk  mənlik  şüurunu  zədələmək,  onları  kökündən  və 

mədəniyyətindən  ayırmaq  olmuşdur.  Ancaq  əvəzində  sovet 

ideoloqları Azərbaycanda və Türküstanda türk olmayan etnik 

qrupların  şüurunda  milli  kimliyi  və  milli  şüuru  oyatmağa 

çalışmış,  bu  zaman  əsas  məqsədləri  də  onları  türklərə  qarşı 

qoymaq  olmuşdur.  Özəlliklə,  SSRİ  rəhbərliyi  Azərbaycanda 

bu  işlərə  daha  çox  diqqət  ayırmışdır  ki,  buna  səbəb  də 

Azərbaycanın  Türkiyə  ilə  həm  etnik  kimlik  və  dil,  həm  də 

coğrafi sərhəd yaxınlığı mühüm rol oynamışdır.  

Görünür,  Azərbaycan  Cümhuriyyətini  quranlar  hələ  o 

dönəmdə  gələcəkdə  belə  təhlükələrin  ola  biləcəyini 

əvvəlcədən  hesablamış,  bu  mənada  böyük  uzaqgörənlik 

edərək  Türk  dövlətinə  «Azərbaycan»  adı  vermişlər.  Bununla 

da, gələcəkdə hər hansı şəkildə ola biləcək milli ayrı-seçkiliyi 

düşüncələrində  önləmiş  olmuşlar.  Bir  sözlə,  türk  dövlətinə 

türk adı verməkdən yan qaçan türk ideoloqlar (M.Ə.Rəsulzadə 

və b.) hesab etmişlər ki, bununla da yalnız türklər deyil, bütün 

etnik qruplar Azərbaycanı özünə vətən və dövlət kimi görmüş 

olarlar.  Beləliklə,  istənilən  parçalanmanın,  yəni  separatizmin 

qarşısı alınmış olar.  

Bu mənada, Azərbaycan Cümhuriyyəti qurulana qədər 

türkçülük, 

islamlaşmaq 

və 


müasirləşmək, 

xüsusilə 

türkçülüyün  bu  bölgədə  konkret  təzahürü  olan  Azərbaycan 

türkçülüyü  əsas  rol  oynasa  da,  1918-ci  ildə  dövlət 

qurulduqdan sonra Azərbaycan dövlətinin qorunması və onun 

yaşaması  üçün  əsas  diqqət  «Azərbaycanizm»,  «Azərbaycan 




www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

510 



510 

məfkurəsi»  hətta,  müəyyən  mənada  «Azərbaycan  milləti» 

ideyasına 

doğru 


yönəlmişdi. 

Halbuki, 

Azərbaycan 

Cümhuriyyətində  də  rəsmi  dili  türk  dili,  milləti  türk  milləti 

kimi  qəbul  edilmişdi.  Çünki  Azərbaycan  Cümhuriyyətinin 

yaranmasında  da  Türkiyə  Cümhuriyyətinin  qurulmasında 

olduğu kimi, əsas rolu türklər və türkçülük ideyası oynamışdı. 

Əlbəttə, islamlaşmaq və müasirləşmək ideyalarının da sintezi 

ilə.  

Azərbaycan  Cümhuriyyətinin  yaranmasından  sonra 



M.Ə.Rəsulzadə başda olmaqla Azərbaycan türk ideoloqlarının 

əsas  diqqəti  «Azərbaycan  məfkurəsi»nə  yönəltmələri,  eyni 

zamanda,  tutduğu  ideyadan,  siyasi  və  dini  mənsubiyyətindən 

asılı  olmayaraq  bütün  Azərbaycan  vətəndaşlarını  bu  ideyanı 

müdafiə  etməyə  dəvət  etmələri  təsadüfi  deyildi.  Məqsəd 

siyasi-ideoloji  mövqeyindən  asılı  olmayaraq  müstəqil  və 

“Azərbaycan  ideyası”nı  şüurlara  yeitmək  idi.  Fikrimizcə, 

Rəsulzadə və onun məsləkdaşları xeyli dərəcədə buna nail ola 

bildilər. Yəni artıq Azərbaycan Cümhuriyyətində yaşayan hər 

bir  kəs  islamçı,  türkçü,  müasirləşmək  tərəfdarı,  hətta  sosial-

demokrat olmasından asılı olmayaraq həm də bir azərbaycançı 

olmağa  başladılar.  Məhz  Cümhuriyyət  dövründə  qoyulan  bu 

azərbaycançılığın  nəticəsi  idi  ki,  Sovet  Azərbaycanın  ilk 

rəhbərləri  də  N.Nərimanov,  Ə.Xanbudaqov  və  başqaları 

Azərbaycan milli ideyasını bu və ya digər dərəcədə qorumağa 

və yaşatmağa çalışdılar. Görünür, bunu nəzərə alaraq tədqiqat-

çılardan  B.Bayramov  və  J.Qurbanqızı  yazırlar  ki,  Ə.Hüseyn-

zadə,  M.Ə.Rəsulzadə,  N.Nərimanov  türkçülük  ideologiyasını 

hazırlayarkən  onun  ən  aparıcı  tərkib  hissəsi  kimi  «azərbay-

cançılıq» ideologiyasını da nəzərdə saxlayıblar [53

a

, 124]. 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

511 


Bütün  bunları  dərindən  təhlil  edən  SSRİ  ideoloqları 

anlayırdılar  ki,  artıq  türk  ruhlu,  türkçülüyün  doğurduğu 

Azərbaycan  milli  ideyasını  aradan  qaldırmaq  mümkün 

deyildir.  Çünki  artıq  qısa  müddətdə  türkçülük  əsasında 

yaranan  Azərbaycan ideyası  yalnız türklər deyil, bütün etnik 

qruplar  üçün  milli  ideala  çevrilmişdir.  Bu  baxımdan  SSRİ 

rəhbərləri  və  ideoloqları  mövcud  ideyanı  aradan  qaldırmaq-

dansa, onun mahiyyətini saxtalaşdırmağa qərar verdilər. 

Deməli,  20-ci  əsrin  əvvəllərində  türkləşmək, 

islamlaşmaq və müasirləşmək prinsipindən çıxış edən Türkiyə 

və  Azərbaycan  türkləri,  milli  dövlətlərini  (Azərbaycan 

Cümhuriyyəti  və  Türkiyə  Cümhuriyyəti)  yaratdıqdan  sonra, 

həmin ideyalardan üz döndərməsələr də, Qərbin-Avropanın və 

SSRİ-nin  təsiri  altında  müəyyən  «redaktələr»  etmək 

məcburiyyətində  qaldılar.  Burada  hökmən  qeyd  etməliyik  ki, 

həmin  «redaktələr»  Türkiyədə  və  Azərbaycanda»  fərqli 

şəkildə  baş  verdi.  Belə  ki,  Azərbaycanda  bu  «redaktələr» 

əsasən SSRİ rəhbərlərinin və ideoloqlarının diktəsi altında baş 

vermişdi. Doğrudur, bir müddət Azərbaycanda N.Nərimanov, 

Ə.Xanbudaqov, H.Cavid, Ə.Cavad və başqa milli aydınlarmız 

Azərbaycanın  milli  ruhunun  qorunmasına  çalışmışlar.  Ancaq 

bu  cəhdlər  onların  repressiyaya  məruz  qalması  ilə 

nəticələnmişdir. Azərbaycanın mühacirətdəki milli ideoloqları 

isə  vətənlərində  türkçülüyün  və  islamçılığın  başına  açılan 

oyunları  ölkədən  kənardan  izləyərək  yalnız  buradan  etiraz 

səslərini  ucalda  bilmişlər.  Bununla  da,  Azərbaycanda  bütün 

«redaktələr»  yalnız  Moskvanın  göstərişi  əsasında  həyata 

keçirilmişdir.    Xüsusilə,  Sovet  İmperiyasının  1937-ci  ildən 

etibarən  Azərbaycanda  türkçülüyün  bütün  əlamətlərinə  (türk 

dövləti, türk dili, türk kimliyi, türk ədəbiyyatı və s.) rəsmi və 




Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   165   166   167   168   169   170   171   172   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə