İntellektual-Elektron Kitabxananın təqdimatında



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə166/192
tarix26.09.2018
ölçüsü3,32 Mb.
#70534
1   ...   162   163   164   165   166   167   168   169   ...   192

www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

500 



500 

türkçülük  aparıcı  ideyaya  çevrilə  bilmir.  Üstəlik,  türkçülük 

tərəfdarları  türkçülük  ideyasının  bu  gün  Türkiyədə  və 

Azərbaycanda  hakim  ideya  olmasından  çox,  həmin  ideyanın 

bu  və  ya  digər  formada  qorunması  və  yaşadılması  uğrunda 

mücadilə  aparırlar.  Çünki  Türkiyədə  və  Azərbaycanda 

türkçülük daha çox şovinizm mənada millətçilik kimi qələmə 

verilir  və  bunun  fonunda  türkiyəçilik,  azərbaycançılıq, 

yurddaşlıq,  vətəndaşlıq,  dövlətçilik  önə  çəkilir.  Deməli,  bu 

gün  istər  Türkiyədə,  istərsə  də  Azərbaycanda  türkçülüyə 

məhdud, hətta millətçi ideya kimi baxanlar vardır. 

Digər  tərəfdən,  türk  millətinin  özü  də  ancaq  bir 

dövlətin  tərkibində  yaşamır.  Belə  ki,  türklərin  yaşadığı 

coğrafiya böyük olduğu üçün, onların bir yox, bir neçə dövləti 

(Azərbaycan,  Türkiyə,  Türkmənistan,  Qırğızıstan  və  b.) 

mövcuddur.  Hətta,  türklərin  bir  qismi  Çin,  İran  kimi  bəzi 

dövlətlərdə  hüquqsuz  və  haqsız  bir  şəraitdə  yaşayırlar.  Bu 

zaman  məlum  olur  ki,  türkçülük  iki  halda:  1)  hər  hansı  türk 

dövlətində  türklər  monomillət  olmadıqları;  2)  müxtəlif 

məkanlarda,  müxtəlif  dövlətlərin  tərkiblərində  yaşadıqları 

üçün özünü konkret bir ideya kimi doğrultmur.  

Deməli,  türkçülüyün  ideyadan  ideologiyaya  çevrilə 

bilməsini  əngəlləyən  əsas  faktorlardan  biri,  bu  ideyanın  türk 

olmayan  etnik  qrupların  mənafeləri  ilə  «ziddiyyət»  təşkil 

etməsidir.  Əslində  «ziddiyyət»  deyilən  şey  Azərbaycan  və 

Türkiyə türklərinin hər hansı üstünlüyü və sair ilə deyil, daha 

çox  milli  kimliyini  və  milli  dilini  türk  olaraq  göstərməsidir. 

Maraqlıdır ki, azsaylı etnik qruplar (kürdlər, lazlar, çərkəzlər, 

talışlar,  ləzgilər  və  b.)  bu  cür  etdikdə  o,  «ziddiyyət»  deyil, 

onların təbii haqqı kimi qələmə verilir. Ancaq Azərbaycan və 

Türkiyə türkləri eyni prizmadan çıxış etdikdə millətçilik kimi 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

501 


yozulur. Bununla da iddia olunur ki, türkçülük yalnız türklərin 

maraqlarını  müdafiə  edən  ideyadır.  Ancaq  bu  doğurdanmı 

belədir? Bizə elə gəlir ki, burada problem yalnız türkçülüyün 

digər  etnosların  maraqları  ilə  uzlaşıb-uzlaşmaması  ilə  deyil, 

həm  də  qeyri-türk  etnosların  özlərinin  buna  hansı  münasibət 

bəsləməsi ilə bağlıdır.  

Bunun üçün 20-ci əsrdə Türkiyə və Azərbaycanda baş 

verən  siyasi-ideoloji  proseslərə  nəzər  salmaq  yetərlidir. 

Məsələn,  1920-1930-cu  illərdə  türkçülüyün  yalnız  Türkiyə 

türklərinin  deyil,  bütün  türk  xalqları  açısından  daha  geniş 

anlam  kəsb  etdiyi  bəyan  edilərək,  onun  əvəzində  konkret 

Türkiyədə  yaşayan  türk  və  qeyri-türk  vətəndaşların  birliyini 

hədəfləyən  xalqçılıq,  millətçilik,  inqilabçılıq,  dünyəvilik, 

respublikaçılıq  və  dövlətçilik  irəli  sürülmüşdür  [216

a

,  141]. 



Burada  məqsəd  türk  olmayan  azsaylı  etnik  qrupların 

mənafeyini  nəzərə  almaq  idi.  Halbuki  Türkiyə  Cümhuriyyət 

qurulana (1923) qədər Z.Gökalpın müdafiə etdiyi türkləşmək, 

müasirləşmək  və  islamlaşmaq  «düsturu»  Türkiyə  türklərinin 

əsas  ideologiyası  idi.  Özü  də  bu  ideologiyanın  arasında 

türkçülük ideyası aparıcı rola malik idi.  

Bununla 

belə, 


Türkiyə 

Cümhuriyyətinin 

qurulmasından sonra türkçülük ideyası müəyyən mənada arxa 

plana  keçirilməyə  başladı  və  onun  yerini  müəyyən  mənada 

türkiyəçilik,  xalqçılıq,  ya  da  dövlətçilik  ideyaları  tutmağa 

başladı. Bununla da, türkçülükdən imtina olunmasa da, ancaq 

onun  Türkiyədə  əsas  ideya  kimi  rolu  bir  qədər 

məhdudlaşdırıldı. Belə ki, bir tərəfdən türk dili rəsmi dil elan 

olunub,  vahid  türk  millətinin  olması  barədə  müədəalar  Ana 

Yasada  öz  əksini  tapsa  da,  digər  tərəfdən  vahid  Türk  milləti 

dedikdə etnik deyil, siyasi millət nəzərdə tutulurdu. Bu siyasi 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

502 



502 

millətə  isə  türk,  kürd,  laz  və  bütün  etnoslar  daxil  edilirdi. 

Bununla  da  Türkiyə  daxilində  bir  neçə  ideya  (dövlətçilik, 

xalqçılıq,  müasirləşmək  və  s.)  ilə  birlikdə  mövcud  olan 

türkçülüyün, yalnız ölkə xaricində qalan türklərin mənafeyini 

müdafiə  etməsi  baxımından  milli  ideologiya  ola  bilməsi 

vurğulanırdı.  Hətta,  əvvəllər  türkçülük,  islamlaşmaq  və 

müasirləşmək  uğrunda  mübarizə  aparan  Z.Gökalp  özü  də 

yazırdı  ki,  Türkiyə  üçün  hazırda  türkçülük  deyil,  real  olaraq 

türkiyəçilik  vacibdir.  Onun  fikrincə,  türkçülük-oğuzçuluq  və 

turançılıq  isə  bütün  türklərin  gələcək  idealıdır.  Bu  mənada 

Atatürkün  də  əsas  siyasəti  türkçülük  deyil,  heç  bir  milli  və 

dini ayrı-seçkilik qoyulmadan vahid türk millətinin yaranması, 

yəni  türkiyəçilik-dövlətçilik  üzərində  qurulmuşdur.  Ancaq 

Z.Gökalpın  bu  yöndəki  ideyaları,  Atatürkün  siyasi  islahatları 

xeyli dərəcədə uğurlu olsa da, milli məsələnin həllində yetərli 

olmadı.  

Hər  halda,  bunu,  Türkiyənin  bugünkü  siyasi-ideoloji 

mənzərəsi də bizə deməyə əsas verir. Belə ki, Türkiyədə yeni-

dən milli məsələ müzakirə obyektinə çevrilmişdir. Son zaman-

lar  Türkiyədə  baş  verən  proseslər  göstərir  ki,  Türkiyə  türk 

milləti yenidən seçim qarşısındadır [248

a

, 358]. Hətta, hazırda 



Ana  Yasada  dəyişiklik  edilərək  Türkiyə  dövlətində  «türk 

milləti» anlayışının yurddaşlıq-vətəndaşlıq (Türk vətəndaşlığı, 

Türkiyə vətəndaşlığı və s.) anlayışı ilə əvəz olunması ilə bağlı 

fikirlər səslənməkdədir. Ümumiyyətlə, 1995-ci il Azərbaycan 

Konstitusiyasında  olduğu  kimi,  Türkiyənin  yeni  Ana 

Yasasında  da  «Türk»  anlayışının  (türk  milləti,  türk  dili,  türk 

dövləti  və  s.  anlamlarda)  çıxardılmasını  təklif  edən  siyasi-

ideoloji dairələr vardır.  




Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   162   163   164   165   166   167   168   169   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə