İntellektual-Elektron Kitabxananın təqdimatında



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə171/192
tarix26.09.2018
ölçüsü3,32 Mb.
#70534
1   ...   167   168   169   170   171   172   173   174   ...   192

www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

515 


birliyin  zədələnməsinə  yönəldilmişdir.  Hər  halda,  Sovet 

Rusiyasının  işğalı  dönəmində,  xüsusilə  1937-ci  ildən  sonra 

milli  mənlik  şüuruna  vurulmuş  zədələrin  nəticəsidir  ki,  ötən 

əsrin  əvvəllərində  olduğu  kimi,  1991-ci  ildə  Azərbaycanün 

müstəqiliyinin  bərpa  olunmasında  türkçülük-Azərbaycan 

türkçülüyü  aparıcı  rol  oynamasına  baxmayaraq,  hazırda 

«üçlük»  düsturu  və  milli  ruhlu  azərbaycançılığa  birmənalı 

olmayan  münasibətlər  mövcuddur.  Belə  ki,  hazırda  da  SSRİ 

dönəmində  olduğu  kimi,  bəziləri  tərəfindən  türkçülükdən 

danışmaq,  milli  kimliyini  və  dilini  türk  olaraq  ifadə  etmək 

şovinist  millətçilik  kimi  yozulur,  dövlətçiliyə  təhlükə 

anlamında 

dəyərləndirilir. 

Əvəzində 

isə 

cəmiyyətin 



əksəriyyəti 

üçün 


mənası 

tam 


aydın 

olmayan 


azərbaycançılıqdan danışmaq, azərbaycanlı kimliyini və dilini 

ifadə  etmək  isə  millətsevrəlik,  vətənsevrəlik  kimi  yozulub, 

hətta dövlətçiliyin qorunması şəklində qiymətləndirilir.  

Fikrimizcə,  bu  cür  yanlış  təsəvvürlərə  son  qoymaq 

üçün bütün sahələrdə (elmi nəşrlərdə, təhsildə, KİV-də və s.) 

təxirəsalınmaz  işlər  görülməli,  70  il  ərzində  Sovet  Azərbay-

canında  baş  verənlər  obyektiv  şəkildə  işıqlandırılmalıdır. 

Bütün  bunlarla  yanaşı  ən  vacib  məqam  odur  ki,  

Azərbaycanda sayca çoxluq təşkil edən türklər və azsaylı etnik 

qruplar  azərbaycanlı  kimi  keçmişdə  baş  verənləri  obyektiv  

qiymətləndirməyi  və  mövcud  reallıqları  görüb  doğru  nəticə 

çıxarmağı  bacarmalıdırlar.  Milli  aydınımız,  xalq  şairi  Sabir 



Rüstəmxanlının  təbrincə  desək,  türkçülüklə  azərbaycançılıq 

bir-birindən  ayrılmazdır:  “Türkçülük  Azərbaycanın  dövlət 

kimi  nicatıdır:  dolayı  yolla  Azərbaycandakı  azsaylı  xalqların 

(azsaylı  etnosların  –  F.Ə.)  nicatıdır.  Buna  hamımızın  ümimi 




www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

516 



516 

sərvətimiz  olan  bu  dövlətin  təməl  fikri  kimi  baxmalıyıq” 

[194

c

, 579]. 



Bu mənada, eyni Vətəni və Dövləti paylaşan azərbay-

canlılar  milli  birliklərini  gücləndirməli,  Azərbaycanın  ərazi  

bütövlüyünə çalışmalıdırlar. Fikrimizcə, artıq neçə minilliklər 

konkret  bir  coğrafiyada,  yaşayan  həmin  ərazini  özünə  vətən-

yurd  hesab  edən,  xarici  istilaçı  qüvvələrə  qarşı  birgə  çıxış 

edən,  bir-birləri  ilə  qaynayıb-qarışan,  üstəlik  ortaq  tarixi, 

ədəbiyyatı,  mədəniyyəti  paylaşan  milli  ruhlu  azərbaycançılıq 

islamlaşmaq,  türkləşmək  və  müasirləşmək  «üçlüyü»nü  də 

inkar etmədən, yəni yalnız bu mənada bütün azərbaycanlıların 

gerçək bir ideologiyası ola bilər.  

Bəlli  olduğu  kimi,  tarixən  türklər  yaratdıqları  dövlətə 

yalnız  öz  dövləti  kimi  baxmamış,  onun  daxilində  həmişə 

rəngarənlik  olmuşdur.  Belə  ki,  türklər,  o  cümlədən 

Azərbaycan türkləri qurucusu olduqları dövlətlərdə heç zaman 

milli  üstünlüklərini  irəli  çəkməyiblər.  Yəni  hər  hansı  bir 

dövlətin  yaranmasında  aparıcı  rol  oynasalar  da,  dövlət 

yarandıqdan  sonra  onun  idarə  olunmasında,  yaxud  da  dövlət 

dilinin  müəyyənləşməsində  və  s.  məsələlərdə  heç  bir 

üstünlükdən,  hakim  mövqedən  çıxış  etməyiblər.  Çünki 

«hakim millət»,  «hakim sinif» faktoru həmişə türk xalqlarına 

yad  olmuşdur.  Məsələn,  Səlcuqlar,  Osmanlılar,  Səfəvilər, 

Qacarlar  və  başqa  türk  dövlətlərinin  dövründə  məhz  belə 

olmuşdur. 

Bu  gün  Azərbaycan  Respublikasının  əsas  nüvəsi 

Azərbaycan  türkləri  olmalarına  baxmyaraq,  «hakim  millət» 

statusuna  malik  deyildirlər.  Bu  baxımdan  tədqiqatçı  İbrahim 

Ağayev  alman  filosofu  F.Engelsə  istinadən  düzgün  qeyd 

edirdi ki, vaxtilə Osmanlı İmperiyasında türkləri hakim millət 




www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

517 


adlandırmaq  çətin  olduğu  kimi,  bu  eynən  bugünkü 

Azərbaycan  türklərinə  də  aiddir.  Onun  fikrincə,  Azərbaycan 

türklərində  hakim  millət  təfəkkürünün  ümumi  səciyyə  kəsb 

etməməsidir:  «Biz  millət  etibarilə  bəşəriliyə  meyil  etmişik» 

[32, 148-150].  

Ancaq  türklər,  o  cümlədən  Azərbaycan  türkləri 

qurucusu  olduqları  dövlətlərdə  «hakim  millət»  sifətindən 

imtina  edib  xoşgörüdən,  tolerantlıqdan,  bir  sözlə  bəşəri 

dəyərlərdən  çıxış  etsələr  belə,  bu  milli  ideya  ətrafında 

birləşmək məsələsində yetərli olmur. Fikrimizcə, Azərbaycan 

türkləri və azsaylı etnik qruplar (talışlar, ləzgilər və b.)  vahid 

azərbaycanlı  Milləti  (siyasi  anlamda),  vahid  Vətən,  vahid 

Dövlət 

ətrafında 



kor-koranə 

deyil, 


şüurlu 

şəkildə 


birləşməlidirlər.  Yəni  azərbaycançılıq  ideologiyası  ətrafında 

birləşmə birtərəfli deyil, çoxtərəfli olmalı, bunda azərbaycanlı 

siyasi  kimliyini,  vətəndaşlıq-yurddaşlıq  adını  daşıyan  bütün 

azərbaycanlılar maraqlı olmalıdırlar. 



 

4.2.3. Mili dil məsələsi: Türk dili və Azərbaycan dili 

 

Fikrimizcə,  hazırda  Azərbaycan  milli  ideologyası 



problemi  ilə  bağlı  mübahisəli  məsələlərdən  biri  də  milli 

kimlik və milli dilin adı ilə bağlıdır. Çünki milli ideologiyanın 

hər  hansı  bir  adla  («türkçülük»,  «azərbaycançılıq», 

«islamçılıq»  və  s.)  adlandırılması  müəyyən  əhəmiyyət  kəsb 

etsə də, bununla yanaşı iki vacib faktor: 1) millətin adı; və 2)  

dilin adı məsələsi də var. Əslində millət və dilin adı ilə bağlı 

məsələlərə  aydınlıq  gətirildikdən  sonra,  bütün  hallarda  milli 

ideologiya,  hətta  müəyyən  kənara  çıxmalar  olsa  da, 

bütövlükdə bu amillər əsasında təşəkkül tapacaqdır.  



Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   167   168   169   170   171   172   173   174   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə