İntellektual-Elektron Kitabxananın təqdimatında



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə180/192
tarix26.09.2018
ölçüsü3,32 Mb.
#70534
1   ...   176   177   178   179   180   181   182   183   ...   192

www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

540 



540 

azərbaycanıçılıq  bütün  bunlarla  yanaşı,  konkret  hansı  prinsipləri 

hədəfləmiş  və  onlardan  bir  addım  da  olsun  geri  çəkilmək 

istəməmişdir.  Başqa  sözlə,  milli  ruhlu  azərbaycançılıq 

beynəlmiləlçi  və  kosmopolit  azərbaycançılıqdan  konkret  hansı 

cəhətlərinə  görə  fərqlənmişdir?  Bu  mənada,  fikrimizcə,  milli 

azərbaycançılığın  məzmun  və  mahiyyətinə  aşağıdakı  prinsiplər 

daxildir: 

1.  Ölkənin  hər  hansı  quruluşla  (sosializm  və  b.)  idarə 

olunmasından asılı olmayaraq müstəqilliyinin vacibliyi; 

2. Azərbaycan adının qorunub saxlanılması; 

3. Müstəqil Azərbaycan dövlətində türklərin hakimiyyətdə, 

hökumət orqanlarında sayca çoxluğu təşkil edən əsas millət kimi 

təmsil olunması; 

4. Müstəqil Azərbaycanda türk dilinin dövlət dili olması; 

5.  Müstəqil  Azərbaycanda  türk  mədəniyyətinə  (türk  ədə-

biyyatı, türk tarixi və s.) əsaslanmaq və onu inkişaf etdirmək; 

6. Müstəqil Azərbaycanın dünyəvi dövlət olması ilə yanaşı, 

əhalinin əksəriyyəti müsəlman olan bir ölkədə islama və onun əsas 

kitabı olan Qurana hörmətlə yanaşılması. 

Göründüyü  kimi,  burada  milli  azərbaycançılığın  əsas 

qayələri  olan  müstəqil  və  milli  Azərbaycan,  türk  hökuməti,  türk 

dili,  türk  mədəniyyəti,  demokratik  dəyərlər  və  islam  inancı 

dəyişilməzdir.  Bu  mənada  hesab  etmək  olar  ki,  Azərbaycan 

türkçülüyü  ideyasının  yaşaması  üçün  Cümhuriyyət  dövründəki 

milli-demokratizm kimi, Sovet dönəmindəki sosial-demokratizmi 

də ona zidd hesab etməmək olar. Yəni burada iki önəmli məsələ: 

1)  Azərbaycan  türkçülüyü  ideyası-azərbaycançılıqla;  2) 

Cəmiyyətin siyasi quruluşu bir-birindən fərqləndirilməlidir. Bu isə 

o  deməkdir  ki,  Azərbaycan  türkçülüyü  ideyası  istənilən  siyasi 

quruluşda  mövcud  ola  və  inkişaf  etdirilə  bilər.  Çünki  millətin 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

541 


ideoloqlarının  nəzərində  Azərbaycan  türkçülüyü  ideyası-

azərbaycançılıq  əsas  məqsəd  olduğu  halda,  cəmiyyətin  siyasi 

quruluşu  həmin  məqsədin  gerçəkləşməsi  yolunda  bir  vasitədir. 

Məsələn,  Azərbaycan  türkçülüyünün  reallaşmasını  «ittihadçı-

lıq»da,  sosial-demokratizmdə,  liberal-demokratizmdə,  milli-

demokratizmdə və başqa ideyalarda da görənlər olmuşdur. Ancaq 

bunlardan hansının Azərbaycan türkçülüyü ideyasına yaxın və real 

olması isə zamanla sübut olunmalı idi. Bu baxımdan Azərbaycan 

Cümhuriyyəti  dövründə  cəmiyyətin  siyasi  quruluşunda  milli-

demokratizm  əsas  götürülmüş  və  bu  mənada  Azərbaycan 

türkçülüyü  ideyasına  zidd  olan  heç  bir  addım  atılmamışdır. 

Əksinə,  cəmiyyətin  siyasi  quruluşu  ilə  Azərbaycan  türkçülüyü 

ideyası arasında mükəmməl bir uzlaşma yaranmışdır. Bu uzlaşma 

ilə barəbər demək olar ki, bu dönəmdə milli ruhlu azərbaycançılıq 

cəmiyyətin siyasi quruluşunun fövqündə dayanmışdır. 

Çox  təəssüflər  olsun  ki,  eyni  sözləri  Sovet  Azərbaycanı 

dövründəki  siyasi  quruluşla  Azərbaycan  türkçülüyü  arasındakı 

münasibətlərə  aid  edə  bilmirik.  Doğrudur,  Sovet  Rusiyasının 

Azərbaycan Cümhuriyyətini işğalından sonra ilk dövrlərdə, onun 

yerinə  hakimiyyətə  gələnlərdən  bir  qismi  başda  N.Nərimanov 

olmaqla, milli azərbaycançılığa sadiq qalmağa çalışıblar. Xüsusilə, 

Nərimanovun Azərbaycan Sovet Cümhuriyyətində türk hökuməti, 

türk  dili,  türk  mədəniyyəti  uğrunda  mübarizəsini  inkar  edə 

bilmərik.  Bu  o  deməkdir  ki,  Nərimanov  sosalist    quruluşda 

bacardığı  qədər  Azərbaycanın  türksüzləşdirilməsinə  qarşı 

mübarizə aparmış, hətta özünün dediyi kimi, beynəlmiləlçi olduğu 

halda millətçiyə  çevrilmişdir.  Deməli, türk ruhlu  azərbaycançılıq 

bir müddət SSRİ dövründə də qorunub saxlanılmağa çalışılmışdır.  

Ancaq  Cümhuriyyət  dövründən  fərqli  olaraq  Sovetlər 

Birliyi  dönəmində  Azərbaycan  türkçülüyü  ideyasını  axıra  qədər 




www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

542 



542 

qoruyub saxlamaq mümkün olmadı. Bizə elə gəlir ki, milli şüuru 

zədələyən əsas işlərin təməli də əsasən, bu dövrdə qoyuldu. Belə 

ki,  sovet  ideoloqları  üçün  milli  ruhlu  azərbaycançılıq  qəbul 

edilməz  bir  ideologiya  idi  və  ona  qarşı  alternativ  ideyanın 

yaranması  lazım  idi.  Belə  bir  ideya  isə  tezliklə  yarana  bilməzdi. 

Bu  baxımdan  Sovet  dövründə  milli  azərbaycançılığa  qarşı 

qoyulmuş  Sovet  Azərbaycanı  –  beynəlmiləlçi  və  kosmopolit 

Azərbaycan ideyası tədricən meydana çıxdı və iki mərhələdən: 1) 

1920-1936-cı illər; və 2) 1937-1991-ci illərdən keçməli oldu.  

Beynəlmiləlçi  və  kosmopolit  Azərbaycan  ideyasının 

müəllifləri ilk mərhələdə milli azərbaycançılığa qarşı qəti şəkildə 

çıxa  bilmədikləri  üçün,  sadəcə  onu  sübut  etməyə  çalışırdılar  ki, 

Azərbaycan  türkçülüyü  osmançılıqdan  və  yaxud  da  Türkiyə 

türkçülüyündən  tamamilə  fərqli  xüsusiyyətlərə  malikdir.  Başqa 

sözlə, bu dövrdə bir çox sovet ideoloqları Azərbaycan türkçülüyü 

ilə Türkiyə türkçülüyü arasındakı ziddiyyətlərdən, fərqlərdən bəhs 

edir,  ancaq  çox  dərinə  gedə  bilmirdilər.  Şübhəsiz,  onların 

bütövlükdə türkçülüyə qarşı çıxmalarında başlıca əngəl türkçülüyü 

rəsmi  olaraq  (türk  dili,  türk  milləti  və  s.  kimi)  Azərbaycan 

Cümhuriyyəti  kimi  Sovet  Azərbaycanın  da  qəbul  etməsi  idi.  Bu 

baxımdan  1920-1930-cu  illərdə  sovet  ideoloqları  və  onların 

Azərbaycandakı  məsləkdaşları  Azərbaycan  milli  ideyasının 

tərəfdarlarını (H.Cavid, Ə.Cavad, B.Çobanzadə və b.) türkçlükdən 

daha  çox  osmançılıqda,  osmanlı  şivəsini    və  ədəbiyyatını 

Azərbaycanda təbliğ etməkdə, eyni zamanda panturanizmdə (türk 

birliyində), panislamizmdə (islam birliyində) ittiham edə bilirdilər.  

Bununla  da,  sovet  ideoloqları,  o  cümlədən  bəzi  yerli 

ziyalılar Azərbaycan türklüyünün Türkiyə türklüyündən tamamilə 

fərqli olması, hətta  «osmanlı türkçülüyü» ideyasının Azərbaycan 

xalqına zərərli olmasının rəsmi şəkildə təbliğatına başlamışlar. De-



Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   176   177   178   179   180   181   182   183   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə