International Financial Reporting Standard 1


Maliyyə aktivlərinin qiymətdən düşməsi



Yüklə 366,45 Kb.
Pdf görüntüsü
səhifə14/30
tarix22.12.2023
ölçüsü366,45 Kb.
#154345
1   ...   10   11   12   13   14   15   16   17   ...   30
650b2150a064e

Maliyyə aktivlərinin qiymətdən düşməsi
B8D Müəssisə MHBS 9-un 5.5 fəsilinin qiymətdən düşməyə dair tələblərini B8E – B8G və E1-E2
maddələrinə uyğun tətbiq etməlidir.
B8E MHBS-a keçid tarixində müəssisə maliyyə alətlərinin ilkin tanınma tarixinə mövcud olan kredit
risklərini müəyyən etmək üçün və onları MHBS-a keçid tarixində mövcud olan kredit riskləri ilə
müqayisə etmək üçün artıq xərc və əziyyət cəkmədən məqsədə uyğun və təsdiq oluna biləcək
məlumatları istifadə etməlidir (həmçinin bax MHBS 9-un B7.2.2–B7.2.3 maddələri).
B8F Ilkin tanınmadan sonra kredit riskinin əhəmiyyətli dərəcədə artıb-artmamasını müəyyən etmək
üçün müəssisə aşağıdakıları tətbiq edə bilər:
(a) MHBS 9-un 5.5.10 və B5.5.22–B5.5.24 tələblərini; və
(b) müəssisə həmin maliyyə alətləri üzrə ilkin tanınmadan sonra vaxtı keçmiş məlumat əsasında
kredit riskində əhəmiyyətli artımları müəyyən edərək dəyərsizləşmə tələblərini tətbiq edərsə,
vaxtı 30 gündən artıq keçmiş MHBS 9-un 5.5.11-ci bəndində əks etdirilən müqavilə ödənişlərinə
münasibətdə təkzib edilə bilən fərziyyəni.
B8G Əgər MHBS-lara keçid tarixində maliyyə alətinin ilkin tanınmasından sonra kredit riskində
əhəmiyyətli artımın olub-olmadığını müəyyən etmək həddindən artıq xərc və ya səy tələb edərsə,
müəssisə həmin maliyyə alətinin tanınması dayandırılana qədər onun gözlənilən istifadə müddəti
ərzində hər hesabat tarixində kredit itkilərinə bərabər olan məbləğdə ehtiyatı tanımalıdır (bu
maliyyə alətinin hesabat tarixində aşağı kredit riski olduğu halda B8F(a) bəndi tətbiq edilir).
Əlaqədar törəmə alətləri
B9 
Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarını ilk dəfə tətbiq edən müəssisə əlaqədar törəmə
alətlərinin əsas müqavilədən ayrılmasının tələb olunub-olunmadığını qiymətləndirməli və törəmə
alətlərinin müqavilənin bir hissəsi olduğundan sonrakı tarixdə və 9 №-li MHBS-nın B4.3.11 №-li
paraqrafında tələb olunan yenidənqiymətləndirmə tarixində mövcud olan şərtlər əsasında uçota
alınmalıdır.

Yüklə 366,45 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə