International Financial Reporting Standard 1



Yüklə 366,45 Kb.
Pdf görüntüsü
səhifə1/30
tarix22.12.2023
ölçüsü366,45 Kb.
#154345
  1   2   3   4   5   6   7   8   9   ...   30
650b2150a064e



International Financial Reporting Standard 1
“Maliyyə
 
Hesabatlarının Beynəlxalq Standartlarının ilk dəfə tətbiq edilməsi”
 adlı
1 №-li Maliyyə Hesabatının Beynəlxalq Standartı
Məqsəd
1
Bu Standartın məqsədi
müəssisələrin MHBS-ları üzrə ilk maliyyə hesabatlarında
və həmin
maliyyə hesabatlarının əhatə etdiyi dövrün bir hissəsi üzrə aralıq maliyyə hesabatlarında
aşağıdakı meyarlara cavab verən yüksək keyfiyyətli məlumatların təmin edilməsidir:
(a) 
istifadəçilər üçün şəffaf və təqdim olunmuş bütün dövrlər üzrə müqayisə oluna bilən;
(b) 
Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarıına (MHBS-lərə)
uyğun olaraq mühasibat
uçotunun aparılması üçün müvafiq bağlanğıc nöqtəsini təmin edən və;
(c) mənfəəti üstələməyən məsrəflərlə əldə edilə bilən.
Standartın tətbiqi sahəsi
2
Müəssisə bu Standartı aşağıdakı hallarda tətbiq edilməlidir:
(a)
MHBS üzrə hazırlanmış ilk hesabatlarında;
(b)
MHBS üzrə hazırlanmış ilk hesabatlarının əhatə etdiyi dövrün bir hissəsi üzrə
“Aralıq
maliyyə hesabatları”
adlı 34 №-li MUBS-a uyğun olaraq təqdim etdiyi aralıq maliyyə
hesabatlarında, əgər bu cür hesabat təqdim olunarsa.
3
Müəssisənin MHBS üzrə hazırlanmış ilk maliyyə hesabatları, həmin maliyyə hesabatlarında
aydın və şərtsiz olaraq MHBS-na uyğunluğunun bildirildiyi MHBS-nın ilk dəfə qəbul etdiyi ilk
illik maliyyə hesabatlarıdır. MHBS-a uyğun olaraq üzrə hazırlanmış maliyyə hesabatları o zaman
MHBS üzrə hazırlanmış ilk maliyyə hesabatları sayılır ki, müəssisə, məsələn:
(a)
ən son maliyyə hesabatlarını aşağıdakı şəkildə təqdim etmiş olsun:
(i)
bütün istiqamətlər üzrə MHBS-ların tələblərinə uyğun olmayan milli tələblərə
uyğun olaraq;
(ii)
bütün istiqamətlər üzrə MHBS-ların tələblərinə uyğun, lakin maliyyə
hesabatlarında aydın və şərtsiz olaraq MHBS-a uyğunluq bildirilmədən;
(iii) bütün MHBS-lara deyil, yalnız onların bəzilərinə uyğunluq aydın şəkildə
bildirilməklə;
(iv) MHBS-lara uyğun olmayan milli tələblərə uyğun olaraq, milli tələblərin mövcud
olmadığı maddələrə müəyyən fərdi MHBS tətbiq edilməklə;
(v)
milli tələblər uyğun olaraq, bəzi məbləğlərin MHBS-lara görə müəyyən edilmiş
məbləğlərlə uyğunlaşdırılması ilə birlikdə;
(b)
maliyyə hesabatlarını MHBS-lara uyğun olaraq yalnız daxili istifadə üçün, bu hesabatı
mülkiyyətçilərə və digər kənar istifadəçilərə təqdim etmədən hazırlamış olsun;
(c)
“Maliyyə hesabatlarının təqdim edilməsi(2007-ci ilin redaksiyası)”
adlı 1 №-li MUBS-
da göstərdiyi kimi, maliyyə hesabatlarının tam məcmusunu hazırlamadan konsolidasiya
məqsədləri üçün MHBS-lara uyğun hesabat məcmusunu hazırlamış olsun;
(d)
əvvəlki dövrlər üzrə maliyyə hesabatlarını təqdim etməmiş olsun.
© IFRS Foundation 1


International Financial Reporting Standard 1
4
Bu Standart, müəssisə ilk dəfə MHBS-ları qəbul etdiyi zaman tətbiq edilir. Bu standart, aşağıdakı
hallarda tətbiq edilmir:
(a)
müəssisə, əvvəllər aydın və şərtsiz olaraq MHBS-lara uyğunluğu bildirilməklə digər
maliyyə hesabatları məcmusu ilə birlikdə təqdim etdiyi maliyyə hesabatlarının milli
tələblərinə uyğun olaraq təqdim olunmasını dayandırmışsa;
(b)
əvvəlki il üzrə maliyyə hesabatlarını milli tələblərə uyğun olaraq təqdim etmiş və həmin
maliyyə hesabatlarında aydın və şərtsiz olaraq MHBS-lara uyğunluğunu bildirmişsə;
(c)
auditorların maliyyə hesabatları üzrə şərti müsbət rəy vermələrinə baxmayaraq, əvvəlki il
üzrə aydın və şərtsiz olaraq MHBS-lara uyğunluğu haqqında bəyanatı özündə əks etdirən
maliyyə hesabatlarını təqdim etmişsə.
4A 2 və 3-cü maddələrin tələblərinə baxmayaraq MHBS-nı keçmiş hesabat dövründə tətbiq etmiş
lakin son maliyyə hesabatlarında MHBS-na uyğunluq barədə bəyanatı əks etdirməmiş müəssisə
ya bu standartı ya da ki “Uçot Siyasəti, Uçot Qiymətləndirilməsində Dəyişikliklər və Səhvlər”
adlı MUBS 8-ə uyğun olaraq retrospektiv qaydada MHBS-nı tətbiq etməlidir. 
4B Müəssisə bu standartın tətbiq edilməsini 4a maddəsinə uyğun olaraq seçməsə belə, MUBS 8-in
açıqlamalarına əlavə olaraq MHBS 1-in 23A-23B maddələrində tələb olunan açıqlamaları təqdim
etməlidir.
5
Bu Standart, MHBS-ları artıq tətbiq edən müəssisələrin uçot siyasətində dəyişikliklərə tətbiq
edilmir. Bu cür dəyişikliklərə aşağdakılar tətbiq edilir:
(a)
“Uçot siyasəti, mühasibat uçotu siyasətində dəyişikliklər və səhvlər” adlı 8 №-li
MUBS-da qeyd edilmiş uçot siyasətində dəyişikliklər üzrə tələblər; və
(b)
digər MHBS-ların xüsusi keçid müddəaları.

Yüklə 366,45 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə