International Financial Reporting Standard 1


Maliyyə aktivlərinin və ya maliyyə öhdəliklərinin təyin edilməsi



Yüklə 366,45 Kb.
Pdf görüntüsü
səhifə6/30
tarix22.12.2023
ölçüsü366,45 Kb.
#154345
1   2   3   4   5   6   7   8   9   ...   30
650b2150a064e

Maliyyə aktivlərinin və ya maliyyə öhdəliklərinin təyin edilməsi
29
D19A maddəsinə uyğun olaraq, müəssisənin əvvəlcə tanınmış maliyyə aktivlərini mənfəət və ya
zərər haqqında hesabatda əks etdirməklə ədalətli dəyərlə ölçülmüş maliyyə aktivləri kimi təyin
edilməsinə yol verilir. Müəssisə təyin edilmiş maliyyə aktivinin təyin etmə tarixində ədalətli
dəyərini və əvvəlki maliyyə hesabatlarında onalrın təsnifatını və balans dəyərini açıqlamalıdır.
29A D19 maddəsinə uyğun olaraq, müəssisənin əvvəlcə tanınmış maliyyə öhdəliklərini mənfəət və ya
zərər haqqında hesabatda əks etdirməklə ədalətli dəyərlə hesablanmış maliyyə öhdəlikləri kimi
təyin edilməsinə yol verilir. Müəssisə təyin edilmiş maliyyə öhdəliyinin təyin etmə tarixində
ədalətli dəyərini və əvvəlki maliyyə hesabatlarında onalrın təsnifatını və balans dəyərini
açıqlamalıdır.
Ədalətli dəyərin fərz edilən ilkin dəyər kimi istifadə edilməsi
30
Əgər müəssisə özünün MHBS-ları üzrə ilk maliyyə vəziyyəti haqqında hesabatda torpaq, tikinti
və avadanlıqlar, investisiya mülkiyyəti, qeyri-maddi aktivlər üzrə və ya istifadə etmə hüququ olan
aktivlər (bax. maddələr D5 və D7) fərz edilən ilkin dəyər kimi onların ədalətli dəyərini istifadə
edərsə, müəssisənin MHBS-ları üzrə ilk maliyyə hesabatlarında MHBS-ları üzrə ilk maliyyə
vəziyyəti haqqında hesabatın hər bir elementi üzrə aşağıdakı məlumatları əks etdirməlidir:
(a)
həmin ədalətli dəyərlərin cəmini, və
(b)
əvvəlki uçot qaydalarına əsasən təqdim edilmiş balans dəyərlərinə edilən düzəlişlərinin 
cəmini.
Törəmə müəssisələrdə, birgə müəssisələrdə və asılı təsərrüfat cəmiyyətlərində
investisiyalar üçün fərz edilən ilkin dəyərin istifadəsi
31 Eynilə, əgər müəssisə MHBS üzrə ilk maliyyə vəziyyəti haqqında hesabatında, törəmə müəssisələrə,
birgə müəssisələrə və ya asılı təsərrüfat cəmiyyətində müəssisələrində onların ayrıca maliyyə
© IFRS Foundation 7


International Financial Reporting Standard 1
hesabatlarında (bax maddə D15) investisiya üçün fərz edilən ilkin dəyərdən istifadə edirsə,
müəssisənin MHBS üzrə ilk ayrıca maliyyə hesabatları aşağıdakıları açıqlamalıdır: 
(a) fərz edilən ilkin dəyəri onların əvvəlki MUÜQP-nə uyğun balans dəyəri olan bu investisiyaların
ümumi fərz edilən ilkin dəyər
(b) fərz edilən ilkin dəyəri ədalətli dəyər olan bu investisiyaların ümumi fərz edilən ilkin dəyər
(c) əvvəlki MUÜQP-nə uyğun olaraq təqdim edilmiş balans dəyərinə edilmiş ümumi dəyişikliklər

Yüklə 366,45 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə