International Financial Reporting Standard 1



Yüklə 366,45 Kb.
Pdf görüntüsü
səhifə2/30
tarix22.12.2023
ölçüsü366,45 Kb.
#154345
1   2   3   4   5   6   7   8   9   ...   30
650b2150a064e

Tanınma və ölçülmə 
Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun ilk maliyyə vəziyyəti haqqında
hesabatı
6
Müəssisə, MHBS-lara keçid tarixində MHBS-lara uyğun ilk maliyyə vəziyyəti haqqında
hesabatını tərtib və təqdim etməlidir. Bu, uçotun MHBS-lara uyğun aparılması üçün başlanğıc
nöqtəsi olacaqdır. 
Uçot siyasəti 
7
Müəssisə, MHBS-ları üzrə ilk maliyyə vəziyyəti haqqında hesabatında və MHBS-lara uyğun
olaraq hazırlanmış ilk maliyyə hesabatlarında təqdim olunmuş bütün dövrlər üzrə eyni
© IFRS Foundation 2


International Financial Reporting Standard 1
uçot siyasətindən istifadə etməlidir. Bu uçot siyasəti, 13-19cu maddələrdə və B-E
Əlavələrində göstərilənlər istisna olmaqla, müəssisələrin MHBS üzrə ilk hesabat dövrünün
sonunda qüvvədə olan MHBS-lara uyğun olmalıdır.
8
Müəssisə, əvvəllər qüvvədə olmuş MHBS-ların müxtəlif versiyalarını tətbiq etməməlidir.
Müəssisə tətbiqi hələ məcburi olmayan yeni MHBS-ları, həmin MHBS-ların erkən tətbiq
olunmasına yol verildiyi halda, tətbiq edə bilər.
Misal: MHBS-nın ən son versiyalarının ardıcıl tətbiqi
Verilənlər
A müəssisənin MHBS-lara uyğun olan ilk hesabat dövrünün sonu 31 dekabr, 20X5-ci ildir. A
müəssisəsi bu maliyyə hesabatlarında müqayisəli məlumatı yalnız bir il üzrə təqdim etməyi qərara
alır (bax. maddə 21). Beləliklə, müəssisənin MHBS-lara keçid tarixi 1 yanvar 20X4-cü il
tarixində fəaliyyətlərin başlanğıc tarixidir (və ya, eyni şəkildə, 31 dekabr 20X3-cü il tarixində
fəaliyyətlərin başlanğıc tarixidir). A müəssisəsi maliyyə hesabatlarını əvvəlki uçot qaydalarına
uyğun olaraq, 31 dekabr 20X4-cü il daxil olmaqla, hər il 31 dekabr tarixinə təqdim edirdi.
Tələblərin tətbiqi
A müəssisəsi 31 dekabr, 20X5-ci il tarixində tamamlanan dövrlər üçün qüvvədə olan MHBS-ları
aşağıdakı hallarda tətbiq etməlidir. 
(a) 1 yanvar 20X4-cü il tarixinə ilk maliyyə vəziyyəti haqqında hesabatın hazırlanması və
təqdim olunması zamanı və;
(b) 31 dekabr 20X5-ci tarixinə maliyyə vəziyyəti haqqında hesabatın (20X4-cü il üzrə
müqayisəli məbləğlər daxil edilməklə), 31 dekabr 20X5-ci il tarixi ilə qurtaran il üçün,
məcmu gəlir haqqında hesabatın kapitalda dəyişikliklər haqqında hesabatın və pul
vəsaitlərinin hərəkəti haqqında hesabatın (20X4-cü il üzrə müqayisəli məbləğlər daxil
edilməklə) və qeydlərin (20X4-cü il üzrə müqayisəli məlumatlar daxil olmaqla)
hazırlanması və təqdim edilməsi zamanı
Əgər hər hansı yeni MHBS-nın tətbiqi məcburi deyilsə, lakin onun tətbiqinə yol verilirsə, A 
müəssisəsi həmin Standartı MHBS-lara uyğun olan ilk maliyyə hesabatlarında, bu məcburi 
olmasa da, tətbiq də bilər.
9
Digər MHBS-nın keçid müddəaları artıq MHBS-nı tətbiq edən müəssisələrin uçot siyasətində
dəyişikliklərə tətbiq olunur. Onlar, B-E Əlavələrində qeyd edilmiş hallar istisna olmaqla, MHBS-
nı ilk dəfə qəbul etmiş müəssisələrin MHBS-lara keçidi zamanı tətbiq edilmirlər.
10
13-19-cu maddələrdə və B-E Əlavələrində qeyd edilən hallar istisna olmaqla, müəssisə MHBS-
ları üzrə ilk maliyyə vəziyyəti haqqında hesabatında:
(a)
MHBS-nın tələb etdiyi bütün aktiv və öhdəlikləri tanımalı;
© IFRS Foundation 3


International Financial Reporting Standard 1
(b)
MHBS-da bu cür tanınmaya yol verilmədiyi halda, maddələri aktivlər və ya öhdəliklər
kimi tanımamalı;
(c)
əvvəlki uçot qaydalarına uyğun olaraq aktivlərin, öhdəliklərin və ya kapital
elementlərinin bir növü kimi tanınan, lakin MHBS-yə uyğun olaraq digər növ aktiv,
öhdəlik və ya kapital elementi olan maddələri yenidən təsnifəşdirməli;
(d)
tanınan bütün aktivlərin və öhdəliklərin qiymətləndirilməsində MHBS-ları tətbiq
etməlidir.
11
Müəssisənin MHBS-lara uyğun ilk maliyyə vəziyyəti haqqında hesabatında istifadə edilən uçot
siyasəti həmin tarixə əvvəlki uçot qaydaları üzrə istifadə etdiyi uçot siyasətindən fərqlənə bilər.
MHBS-lara keçidə qədər baş verən hadisələr və əməliyyatlara yenidən baxılmalıdır. Lakin
müəssisə baş verən bütün dəyişikliklərin nəticələrini MHBS-lara keçid tarixində birbaşa
bölüşdürülməmiş mənfəətdə (və ya, əgər məqbuldursa, kapitalın digər komponentində)
tanımalıdır.
12
Bu Standart, müəssisənin MHBS-lara uyğun ilk maliyyə vəziyyəti haqqında hesabatının qüvvədə
olan hər bir MHBS-na uyğunluğu haqqında tələblərdən aşağıdakı qeyd olunan iki növ istisna
kateqoriyası müəyyən edir:
(a)
14-17 maddələri və Əlavə B digər MHBS-ların bəzi aspektlərinin retrospektiv tətbiqini
qadağan edir.
(b) C-E Əlavələri digər MHBS-ların bəzi tələblərindən istisnalar təmin edir. 

Yüklə 366,45 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə