International Financial Reporting Standard 1


Neft və qaz aktivləri üçün nəzərdə tutulan ilkin dəyərin istifadəsi



Yüklə 366,45 Kb.
Pdf görüntüsü
səhifə7/30
tarix22.12.2023
ölçüsü366,45 Kb.
#154345
1   2   3   4   5   6   7   8   9   10   ...   30
650b2150a064e

Neft və qaz aktivləri üçün nəzərdə tutulan ilkin dəyərin istifadəsi 
31A Əgər müəssisə, D8A(b) maddəsindəki neft və qaz aktivləri üçün istisnadan istifadə edirsə, o bu faktı
və əvvəlki MUÜQP-nə uyğun olaraq göstərilmiş balans dəyərinin hansı əsasda yerləşdirildiyini
açıqlamalıdır. 
Dərəcə tənzimləməsinə aid əməliyyatlar üçün fərz edilən ilkin dəyərin istifadəsi
31B Əgər müəssisə, D8B maddəsindəki dərəcə tənzimləməsinə aid əməliyyatlar üçün istisnadan istifadə
edirsə, o bu faktı və əvvəlki MUÜQP-nə uyğun olaraq göstərilmiş balans dəyərinin hansı əsasda
yerləşdirildiyini aşıqlamalıdır. 
Kəskin hiperinflyasiyadan sonra fərz edilən ilkin dəyərin istifadəsi
31C Əgər müəssisə aktivləri və öhdəlikləri ədalətli dəyərlə hesablamağı və bu ədalətli dəyəri MHBS
üzrə ilk maliyyə hesabatlarında kəskin hiperinflyasiyaya (bax D26-D30-cu maddələr) görə fərz
edilən xərc kimi istifadə etməyi seçərsə, müəssisənin MHBS üzrə ilk maliyyə hesabatları aşağıdakı
xarakteristikaların hər ikisinin də olduğu əməliyyat valyutasını necə və nə üçün əldə etdiyi və
dayandırdığı barədə izahatı açıqlamalıdır:
(a) Etibarlı ümumi qiymət indeksi bütün müəssisələr üçün valyuta ehtiyatları və əməliyyatlarda
mövcud deyildir.
(b) valyuta və nisbətən möhkəm xarici valyuta arasında mübadilə mövcud deyil
Aralıq maliyyə hesabatları
32 23-cü maddəyə uyğun olaraq, əgər müəssisə MHBS-ları üzrə tərtib edilmiş ilk maliyyə
hesabatlarının əhatə etdiyi dövrün bir hissəsi üzrə aralıq maliyyə hesabatını 34 №-li MUBS-na
uyğun olaraq tərtib edirsə, 34 №-li MUBS-un tələblərinə əlavə olaraq aşağıdakı tələblərə əməl
etməlidir:
(a)
belə maliyyə hesabatları, əgər müəssisə əvvəlki ilin müqayisəli dövrü üzrə aralıq maliyyə
hesabatını təqdim etmişsə, aşağıdakıları əks etdirməlidir:
(i)
əvvəlki MUÜQP-nə uyğun olaraq müqayisəli aralıq dövrünün sonuna təqdim olunmuş
kapitalın həmin tarixdə MHBS-na uyğun olaraq təqdim olunmuş kapital ilə
uyğunlaşdırmaları; və
(ii)
MHBS-a uyğun olaraq həmin müqayisəli aralıq dövrü üzrə ümumi məcmu gəlirə edilən
uyğunlaşdırmalar. Bu uyğunlaşdırma üçün başlanğıc nöqtəsi həmin dövr üzrə əvvəlki
MUÜQP-nə uyğun olaraq yekun məcmu gəlir və ya əgər müəssisə belə bir yekun təqdim
etməyibsə, əvvəlki MUÜQP-nə uyğun olaraq mənfəət və zərər olmalıdır.
© IFRS Foundation 8


International Financial Reporting Standard 1
(b)
(a) bəndində göstərilən uyğunlaşdırmalara əlavə olaraq, MHBS üzrə ilk maliyyə hesabatlarının
əhatə etdiyi dövrün bir hissəsi üzrə 34 №-li MUBS-a uyğun olaraq tərtib edilmiş ilk aralıq
maliyyə hesabatına 24-cü maddənin (a) və (b) bəndlərində göstərilən uyğunlaşdırmalar (25 və
26-cı maddələrdə tələb olunan təfərrüatlar ilə dəstəklənməklə) və bu uyğunlaşdırmaların daxil
olduğu digər dərc olunmuş sənədlərə istinadlar daxil edilməlidir. 
(c)
Əgər müəssisə uçot siyasətində və ya bu MHBS-da olan istisnalardan istifadədə dəyişikliklər
edərsə, o, 23-cü maddəyə uyğun olaraq, hər bir belə aralıq maliyyə hesabatındakı
dəyişiklikləri izah etməli və (a) və (b) bəndlərinin tələblərinə görə uyğunlaşdırmaları
yeniləməlidir.
33
34 №-li MUBS, aralıq maliyyə hesabatlarının istifadəçilərinin həmçinin, ən son illik maliyyə
hesabatlarından istifadə etmək imkanına malik olduğu fərziyyəsinə əsaslanan minimum
məlumatların açıqlanmasını tələb edir. Buna baxmayaraq, 34 №-li MUBS həmçinin, cari aralıq
dövrün anlaşılması üçün əhəmiyyətli olan hər hansı hadisə və əməliyyatlar haqqında məlumatın
açıqlanmasını tələb edir. Lakin MHBS-ları ilk dəfə tətbiq edən müəssisə, əvvəlki MUÜQP-i üzrə
təqdim edilən sonuncu maliyyə hesabatında cari aralıq dövrünün anlaşılması üçün əhəmiyyətli
olan məlumatı açıqlamamışsa, onun aralıq maliyyə hesabatında bu haqda məlumat açıqlanmalı və
ya bu məlumatın daxil olduğu digər dərc olunmuş sənədə istinad edilməlidir.

Yüklə 366,45 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə