International Financial Reporting Standard 1


Hökümət tərəfindən verilən kreditlər



Yüklə 366,45 Kb.
Pdf görüntüsü
səhifə15/30
tarix22.12.2023
ölçüsü366,45 Kb.
#154345
1   ...   11   12   13   14   15   16   17   18   ...   30
650b2150a064e

Hökümət tərəfindən verilən kreditlər
B10 MHBS-ni ilk dəfə tətbiq edən müəssisə hökümətdən aldığı kreditləri MUBS 32-ə əsasən maliyyə
öhdəliyi və ya kapital aləti kimi təsnifləşdirməlidir. B11 maddəsinin şərtlərindən başqa, MHBS-nı
© IFRS Foundation 17


International Financial Reporting Standard 1
ilk dəfə tətbiq edən müəsssisə MHBS 9-un və MUBS 20-in tələblərini prospektiv qaydada MHBS-
a keçid tarixinə mövcud olan kreditlərə tətbiq etməlidir və aşağı faizlə alınmış kreditlər üzrə gəliri
tanımamalıdır. Beləliklə, əgər MHBS-nı ilk dəfə tətbiq edən müəssisə keçmiş uçot qaydalarına
görə aşağı faizlə hökümətdən alınmış krediti MHBS-a uyğun qaydada tanımamışdırsa və
ölçməmişdirsə, o keçmi uçot qaydalarına görə kreditin balans dəyərini MHBS-a keçid tarixində
istifadə etməlidir. MHBS-a keçiddə sonra belə kreditlərin ölçülməsi zamanı müəssisə MHBS 9-u
tətbiq etməlidir. 
B11 B10 maddəsinin tələblərinə baxmayaraq, müəssisə MHBS 9 və MUBS 20-nin tələblərini MHBS-a
keçid tarixindən əvvəl hökümətdən alınmış kreditlərə retrospektiv qaydada tətbiq edə bilər. Bu
yalnız o halda mümkündür ki, lazımi məlumatlar kreditin ilkin tanındığı tarixə mövcud idi. 
B12 B10 və B11 maddələrinin tələbləri müəssisəyə D19-D19Cmaddələrinin tələblərini istifadə etməyi
və keçmişdə tanınmış maliyyə alətlərini mənfəət və ya zərərdə əks olunan ədalətli dəyərlə
tanımağa qadağan etmir.
Sığorta Müqavilələri
B13 Müəssisə MHBS 17-nin Əlavə C-də Maddə C1-C24 və C28 üzrə keçid müddəalarını MHBS 17-
nin əhatə dairəsinə aid müqavilələrə tətbiq etməlidir. MHBS 17-nin bu maddələrində verilən keçid
tarixinə istinadlar MHBS-a keçid tarixi kimi anlaşılmalıdır.
© IFRS Foundation 18


International Financial Reporting Standard 1
Əlavə C

Yüklə 366,45 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə