International Financial Reporting Standard 1


MHBS-lara keçid ilə əlaqədar izahatlar



Yüklə 366,45 Kb.
Pdf görüntüsü
səhifə5/30
tarix22.12.2023
ölçüsü366,45 Kb.
#154345
1   2   3   4   5   6   7   8   9   ...   30
650b2150a064e

MHBS-lara keçid ilə əlaqədar izahatlar
23
Müəssisə, əvvəlki uçot qaydalarından MHBS-lara keçidin onun maliyyə vəziyyətinə,
maliyyə nəticələrinə və pul vəsaitlərinin axınına necə təsir etdiyini göstərməlidir.
23A Müəssisə 4A maddəsinə uyğun olaraqi MHBS-nı keçmiş hesabat dövründə tətbiq edibsə, o
aşağıdakıları açıqlamalıdır:
(a)
MHBS-nı tətbiq etməyinin dayandırılmasının səbəbi; və 
(b)
MHBS-nin tətbiq etməyin bərpasının səbəbi.
23B Əgər müəssisə bu standartın tətbiq edilməsini 4a maddəsinə uyğun olaraq seçmirsə, müəssisə
MHBS-in tətbiq olunmamasını izah etməlidir.
Uyğunlaşdırmalar
24
MHBS-ları üzrə tərtib edilmiş ilk maliyyə hesabatlarının 23-cü maddənin tələblərinə cavab
verməsi üçün bu maliyyə hesabatlarına aşağıdakılar daxil edilməlidir: 
(a)
aşağıdakı iki tarix üzrə, əvvəlki uçot qaydalarına uyğun olaraq təqdim olunmuş kapitalın
MHBS-a uyğun olaraq təqdim olunmuş kapital ilə uyğunlaşdırılması:
(i)
MHBS-lara keçid tarixi və
(ii)
Müəssisənin əvvəlki uçot qaydalarına uyğun olaraq ən son illik maliyyə
hesabatlarında təqdim edilmiş axırıncı dövrün sonu
(b) müəssisənin ən son illik maliyyə hesabatlarında axırıncı dövr üzrə MHBS-a uyğun olaraq
ümumi məcmu gəlirlə uyğunlaşdırılması. Bu uyğunlaşdırma üçün başlanğıc nöqtəsi
həmin dövr üzrə əvvəlki MUÜQP-nə uyğun olaraq yekun məcmu gəlir və ya əgər
müəssisə belə bir yekun təqdim etməyibsə, əvvəlki MUÜQP üzrə mənfəət və zərər
olmalıdır.
(c)
əgər müəssisə MHBS üzrə ilk maliyyə vəziyyəti haqqında hesabatda ilk dəfə dəyərdən
düşmə üzrə hər hansı bir zərəri tanımış və ya ləğv etmişsə, müəssisənin dəyərdən düşmə
üzrə yaranan bu zərərləri MHBS-lara keçid tarixindən başlayan dövr ərzində tanıması və
ya ləğv etməsi halında
"Aktivlərin dəyərdən düşməsi"
adlı 36 №-li MUBS-un tələb
edəcəyi açıqlamalar.
25
24-cü maddənin (a) və (b) bəndlərində tələb olunan uyğunlaşdırmalar, maliyyə vəziyyəti
haqqında hesabata və məcmu gəlir haqqında hesabatda edilən əhəmiyyətli düzəlişlərin
istifadəçilər tərəfindən başa düşülməsi üçün kifayət qədər təfsilatlı olmalıdır. Əgər müəssisə pul
vəsaitlərinin hərəkəti haqqında hesabatı əvvəlki MUÜQP-ləri üzrə təqdim etmişsə, pul
vəsaitlərinin hərəkəti haqqında hesabata edilən əhəmiyyətli düzəlişləri həmçinin izah etməlidir.
© IFRS Foundation 6


International Financial Reporting Standard 1
26
Əgər əvvəlki uçot qaydaları üzrə tərtib olunan maliyyə hesabatlarında səhvlərin edildiyi məlum
olarsa, 24-cü maddənin (a) və (b) bəndlərində tələb olunan uyğunlaşdırmalar bu səhvlər üzrə
düzəlişləri uçot siyasətində dəyişikliklərdən fətqləndirməlidir.
27
Müəssisə MHBS-ı tətbiq etdiyi zaman uçot siyasətindəki etdiyi dəyişikliklər və ya MHBS üzrə
ilk maliyyə hesabatlarını təqdim edənə qədər bu siyasətdəki dəyişikliklər, 8 №-li MUBS-un
tətbiqi sahəsinə düşmür. Bu səbəbdən 8 №-li MUBS-un uçot siyasətində dəyişikliklər haqqında
tələbləri müəssisənin MHBS-ları üzrə ilk maliyyə hesabatlarına tətbiq edilmir.
27A Əgər müəssisə MHBS üzrə ilk maliyyə hesabatlarının əhatə etdiyi dövr ərzində uçot siyasətində
və ya bu MHBS-da olan istisnalardan istifadədə dəyişikliklər edərsə, o, 23-cü maddəyə uyğun
olaraq MHBS üzrə ilk maliyyə hesabatları ilə MHBS üzrə ilk aralıq maliyyə hesabatı arasındakı
dəyişiklikləri izah etməli və 24-cü maddənin (a) və (b) bəndlərinin tələblərinə görə
uyğunlaşdırmaları yeniləməlidir.
28
Müəssisə əvvəlki dövrlər üzrə maliyyə hesabatlarını təqdim etmədiyi halda, bu fakt MHBS-ları
üzrə ilk maliyyə hesabatlarında açıqlanmalıdır.

Yüklə 366,45 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə