International Financial Reporting Standard 1



Yüklə 366,45 Kb.
Pdf görüntüsü
səhifə8/30
tarix22.12.2023
ölçüsü366,45 Kb.
#154345
1   ...   4   5   6   7   8   9   10   11   ...   30
650b2150a064e

Qüvvəyə minmə tarixi
34
Müəssisə bu Standartı, onun MHBS üzrə ilk maliyyə hesabatları 1 iyul 2009-cu il tarixi ilə və ya
bu tarixdən sonra başlanan dövrü əhatə etdiyi təqdirdə tətbiq etməlidir. Erkən tətbiqetməyə
icazə verilir.
35 
Müəssisə D1(n) və D23-cü maddələrdəki düzəlişləri 1 iyul 2009-cu il və ya sonrakı tarixdə
başlayan illik dövrlər üçün tətbiq etməlidir. Əgər müəssisə 
Borclar üzrə Məsrəflər
adlı 23 №-li
MUBS-u (2007-ci ildə yenidən baxılmış) erkən dövr üçün tətbiq edərsə, bu düzəlişlər həmin
erkən dövr üçün tətbiq edilməlidir.
36 
"Müəssisələrin birləşməsi" 
adlı
 
3 №-li MHBS (2008-ci ildə yenidən baxılmış) 19-cu, C1 və C4(f)
və (g) maddələrində düzəlişlər etmişdir. Əgər müəssisə 3№-li MHBS-ı (2008-ci ildə yenidən
baxılmış) erkən dövr üçün tətbiq edərsə, düzəlişlər həm də, həmin erkən dövr üçün tətbiq
edilməlidir. 
37
Konsolidə Edilmiş və Fərdi Maliyyə hesabatları
adlı 27 №-li MUBS (2008-ci ildə düzəliş edildiyi
kimi ) B1 və B7 maddələrinə düzəlişlər etmişdir. Əgər müəssisə 27№-li MUBS-ı (2008-ci ildə
düzəliş edildiyi kimi) erkən dövr üçün tətbiq edərsə, düzəlişlər həm də, həmin erkən dövr üçün
tətbiq edilməlidir.
38 2008-ci ilin mayında hazırlanmış “
Törəmə Müəssisələr, Birgə Nəzarət edilən Müəssisələr və ya
Assosasiya Müəssisələri”-
nə 31, D1(g), D14 və D15 maddələri əlavə olunmuşdur. Müəssisə bu
maddələri 1 İyul 2009-cu il və ya sonrakı tarixdə başlayan illik dövriyyə üçün tətbiq etməlidir.
Erkən tətbiq etmə yol veriləndir. Əgər müəssisə maddələri erkən dövrlər üçün tətbiq edərsə, bu
faktı açıqlamalıdır.
© IFRS Foundation 9


International Financial Reporting Standard 1
39
B7 maddəsinə, 2008-ci il may ayında buraxılmış
MHBS-na Düzəlişlər
vasitəsilə düzəliş
edilmişdir. Müəssisə bu maddələri 1 İyul 2009-cu il və ya sonrakı tarixdə başlayan illik dövriyyə
üçün tətbiq etməlidir. Əgər müəssisə 27 №-li MUBS-nı (2008-ci ilin redaksiyası) erkən dövr
üçün tətbiq edərsə, bu düzəlişlər həmin erkən dövr üçün tətbiq edilməlidir.
39A 
İyul 2009-cu ildə
İlk dəfə tətbiq edənlərə əlavə güzəştlər
(1 №-li MHBS-na Düzəlişlər) 31A,
D8A, D9A və D21A maddələrini əlavə etmiş və D1(c), (d) və (l) maddələrinə düzəlişlər etmişdir.
Müəssisə bu maddələri 1Yanvar 2010-cu il və ya sonrakı tarixdə başlayan illik dövriyyə üçün
tətbiq etməlidir. Erkən tətbiq etmə yol veriləndir. Əgər müəssisə düzəlişləri erkən dövrlər üçün
tətbiq edərsə, bu faktı açıqlamalıdır.
39 B [Çıxarılmışdır]
39C 
Maliyyə Öhdəliklərinin Kapital Alətləri ilə Ödənilməsi
adlı 19 №-li BMHŞK-nin D25 maddəsini
əlavə edilmişdir. Müəssisə bu düzəlişi 19 №-li BMHŞK tətbiq edərkən tətbiq etməlidir.
39 D [Çıxarılmışdır]
39E 
2010-cu ilin Mayında buraxılmış
MHBS-a Düzəlişlər
-ə 27A, 31B və D8B maddələri əlavə
edilmiş və 27, 32, D1(c) və D8 maddələrinə düzəlişlər edilmişdir. Müəssisə bu düzəlişi 1 Yanvar
2011-ci il tarixində və ya sonrakı tarixdə başlayan illik dövrlər üçün tətbiq etməlidir. Erkən tətbiq
etməyə icazə verilir. Əgər müəssisə düzəlişləri erkən dövrlər üçün tətbiq edərsə, bu faktı
açıqlamalıdır. 1 №-li MHBS-nın qüvvəyə minmə tarixindən əvvəl və ya 1 №-li MHBS-nı əvvəlki
dövrdə tətbiq edən müəssisələr, D8 maddəsinə edilən düzəlişi retrospektiv qaydada, düzəlişin
qüvvəyə minmə tarixindən sonrakı ilk illik dövrdə tətbiq edə bilərlər. D8 maddəsini retrospektiv
qaydada tətbiq edən müəssisə bu faktı açıqlamalıdır. 
39F
[Çıxarılmışdır]
39G 
{çıxarılmışdır}
39H 
2010-cu ilin dekabrında buraxılmış 
Kəskin Hiperinflyasiya və ilk dəfə tətbiq edənlər üçün təsbit

Yüklə 366,45 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə