International Financial Reporting Standard 1



Yüklə 366,45 Kb.
Pdf görüntüsü
səhifə9/30
tarix22.12.2023
ölçüsü366,45 Kb.
#154345
1   ...   5   6   7   8   9   10   11   12   ...   30
650b2150a064e

edilmiş tarixlərin ləğv edilməsi
-nin (1 №-li MHBS-na düzəlişlər) B2, D1 və D20 maddələrinə
düzəlişlər etmiş və 31C və D26 maddələrini əlavə etmişdir. Müəssisə bu düzəlişi 1 iyul 2011-ci
il tarixində və ya ondan sonrakı illik dövrlər üçün tətbiq etməlidir. Erkən tətbiq etməyə icazə
verilir.
39İ
2011-ci ilin may ayında buraxılmış MHBS 10 və 11 sayəsində 31, B7, C1, D1, D14 və D15
maddələrinə düzəliş edildi və D31 maddəsi əlavə olundu. Müəssisə MHBS 10 və 11-i tətbiq
etdiyi zaman bu düzəlişləri də tətbiq etməlidir.
39J
2011-ci ilin may ayında buraxılmış MHBS 13 sayəsində 19-cu maddə silindi, əlavə A-da olan
ədalətli dəyər anlayışına və D15 və D20 maddələrinə düzəlişlər edildi. Müəssisə MHBS 13-ü
tətbiq etdiyi zaman bu düzəlişləri də tətbiq etməlidir.
39K
2011-ci ilin iyun ayında buraxılmış “MUBS 1-ə düzəlişlər” sayəsində 21-ci maddəyə düzəliş
edildi. Müəssisə MUBS 1-i tətbiq etdiyi zaman bu düzəlişləri də tətbiq etməlidir.
39L
2011-ci ilin iyun ayında düzəldilmiş MUBS 19 sayəsində D1 maddəsinə düzəliş edildi və D10
maddəsi silindi Müəssisə yenilənmiş MUBS 19-u tətbiq etdiyi zaman bu düzəlişləri də tətbiq
etməlidir.
© IFRS Foundation 10


International Financial Reporting Standard 1
39M
BMHŞK 20 sayəsində D32 maddəsi əlavə olundu və D1 maddəsinə düzəliş edildi. Müəssisə
yenilənmiş BMHŞK 20-i tətbiq etdiyi zaman bu düzəlişləri də tətbiq etməlidir.
39N
2012-ci ilin mart ayında buraxılmış “MHBS 1-ə düzəlişlər” sayəsində B1(f) və B10-B12
maddələri əlavə olundu. Müəssisə bu dəyişiklikləri 1 yanvar 2013 tarixindən sonra başlayan
dövrlər üçün tətbiq etməlidir. Erkən tətbiqetməyə icazə verilir.
39O
B10 və B11 maddələri MHBS 9-a aiddir. Əgər müəssisə bu standartı tətbiq edir, lakin MHBS 9-
u hələ də tətbiq etmirsə, o zaman B10 və B11 maddələrindəki istinadlar MUBS 39-a aid
edilməlidir.
39P
2012-ci ilin may ayında dərc olunmuş 

2009-2011 MHBS-a düzəlişlər

sayəsində 4A

4B və
23A

23B maddələri əlavə olundu. Müəssisə bu dəyişikliyi MUBS 8-ə uyğun olaraq retrospektiv
qaydada 1 yanvar 2013 tarixindən sonra başlayan dövrlər üçün tətbiq etməlidir. Erkən
tətbiqetməyə icazə verilir. Əgər müəssisə bu düzəlişləri daha erkən tətbiq edirsə, o bu faktı
açıqlamalıdır.
39Q
2012-ci ilin may ayında dərc olunmuş 

2009-2011 MHBS-a düzəlişlər

sayəsində D23
maddəsinə düzəliş edildi. Müəssisə bu dəyişikliyi MUBS 8-ə uyğun olaraq retrospektiv qaydada
1 yanvar 2013 tarixindən sonra başlayan dövrlər üçün tətbiq etməlidir. Erkən tətbiqetməyə icazə
verilir. Əgər müəssisə bu düzəlişləri daha erkən tətbiq edirsə, o bu faktı açıqlamalıdır.
39R
2012-ci ilin may ayında dərc olunmuş

2009-2011 MHBS-a düzəlişlər

sayəsində 21-ci maddəyə
düzəliş edildi. Müəssisə bu dəyişikliyi MUBS 8-ə uyğun olaraq retrospektiv qaydada 1 yanvar
2013 tarixindən sonra başlayan dövrlər üçün tətbiq etməlidir. Erkən tətbiqetməyə icazə verilir.
Əgər müəssisə bu düzəlişləri daha erkən tətbiq edirsə, o bu faktı açıqlamalıdır.
39S
2012-ci ilin iyun ayında dərc olunmuş “MHBS 10, 11 və 12-ə düzəlişlər” sayəsində 31-ci
maddəyə düzəliş edildi. Müəssisə yenilənmiş MHBS 11-i tətbiq etdiyi zaman bu düzəlişi də
tətbiq etməlidir.
39T
2012-ci ilin oktyabr ayında dərc olunmuş 

MHBS 10, 12 və MUBS 27-ə düzəlişlər

sayəsində
D16, D17 maddələrinə və Əlavə C- ə düzəliş edildi. Müəssisə bu dəyişiklikləri 1 yanvar 2014
tarixindən sonra başlayan dövrlər üçün tətbiq etməlidir. Erkən tətbiqetməyə icazə verilir. Əgər
müəssisə bu düzəlişləri daha erkən tətbiq edirsə, o 

MHBS 10, 12 və MUBS 27-ə düzəlişlərə
daxil olan bütün düzəlişləri tətbiq etməlidir.
39U 
{çıxarılmışdır}
39V
2014-cü ilin yanvar ayında dərc olunmuş MHBS 14 sayəsində D8B maddəsinə düzəliş edildi.
Müəssisə bu dəyişiklikləri 1 yanvar 2016 tarixindən sonra başlayan dövrlər üçün tətbiq
etməlidir. Erkən tətbiqetməyə icazə verilir. Əgər müəssisə MHBS 14-ü daha erkən tətbiq edirsə,
o bu düzəlişləri də tətbiq etməlidir.
39W
2014-cü ilin may ayında dərc olunmuş MHBS 14 sayəsində C5 maddəsinə düzəliş edildi.
Müəssisə bu dəyişiklikləri 1 yanvar 2016 tarixindən sonra başlayan dövrlər üçün tətbiq
etməlidir. Əgər müəssisə MHBS 11-ə müvafiq düzəlişləri daha erkən tətbiq edirsə, o bu düzəlişi
də tətbiq etməlidir.
© IFRS Foundation 11


International Financial Reporting Standard 1
39X
2014-cü ilin may ayında buraxılmış MHBS 15 sayəsində D1 maddəsinə dəyişiklik edildi, D24
maddəsi və onun müvafiq başlığı silindi və D34

D35 maddələri və onların müvafiq başlıqları
əlavə olundu. Müəssisə MHBS 15-i tətbiq etdiyi zaman bu düzəlişləri də tətbiq etməlidir.
39Y
2014-cü ilin iyul ayında buraxılmış MHBS 9 sayəsində 29, B1

B6, D1, D14, D15, D19 və D20
maddələrinə düzəliş edildi, 39B, 39G və 39U maddələri silindi və 29A, B8

B8G, B9, D19A

D19C, D33, E1 və E2 maddələri əlavə olundu. Müəssisə MHBS 9-u tətbiq etdiyi zaman bu
düzəlişləri də tətbiq etməlidir.
39Z
2014-cü ilin avqust ayında dərc olunmuş “MUBS 27-ə düzəlişlər” sayəsində D14 maddəsinə
düzəliş edildi və D15A maddəsi əlavə olundu. Müəssisə bu dəyişiklikləri 1 yanvar 2016
tarixindən sonra başlayan dövrlər üçün tətbiq etməlidir. Erkən tətbiqetməyə icazə verilir. Əgər
müəssisə bu düzəlişləri daha erkən tətbiq edirsə, o bu faktı açıqlamalıdır.
39AA [Çıxarılmışdır]
39AB
2016-cı ilin yanvar ayında buraxılmış 16 №-li MHBS sayəsində 30, C4, D1, D7, D8B və D9-cu
maddələrə düzəlişlər edilmiş, D9A saylı paraqraf çıxarılmış və D9B–D9E paraqrafları əlavə
edilmişdir. Müəssisə MHBS 16-nı tətbiq etdiyi zaman bu düzəlişləri də tətbiq etməlidir.
39AC 
22 №-li “Xarici Valyuta Əməliyyatları və Öncədən Təxminlər” adlı BMHŞK sayəsində D36
maddəsini əlavə olundu və D1 maddəsi dəyişdirildi. Müəssisə BMHŞK 22-i tətbiq edən anda
dəyişiklikləri də tətbiq etməlidir.
39AD 
2016-cı ilin dekabr ayında buraxılmış MHBS-na 2014-2016-cı illər üzrə düzəlişlər 39L və 39T
maddələrinə düzəlişlər etmiş; 39D, 39F, 39AA və 3E- 7E maddələrini çıxarmışdır. Müəssisə bu
düzəlişləri 1 yanvar 2018 tarixində və ya bu tarixdən sonra başlayan hesabat dövrləri üçün tətbiq
etməlidir.
39AE 
Sığorta Müqavilələri adlı MHBS 17 2017-ci ilin mayında buraxılmış, Maddə B1 və D1-ə
düzəliş edilmiş, Maddə D4 və Maddə D4-dən əvvəlki başlıq çıxarılmış, Maddə B12-dən sonrakı
başlıq və Maddə B13 əlavə edilmişdir. Müəssisə bu düzəlişləri MHBS17-i tətbiq edərkən tətbiq
etməlidir.
39AF 
Mənfəət Vergisi Yanaşmaları üzrə Qeyri müəyyənlik adlı BMHŞK 23-ə Maddə E8 əlavə
edilmişdir. Müəssisə bu düzəlişi BMHŞK 23-ü tətbiq edərkən tətbiq etməlidir.
39AG
2020-ci ilin may ayında buraxılan "2018-2020-ci illərdə MHBS standartlarına illik
təkmilləşdirmələr" ilə D1(f) bəndinə düzəliş edilib və D13A bəndi əlavə olunub. Müəssisə bu
düzəlişi 1 yanvar 2022-ci il tarixində və ya daha sonra başlayan illik hesabat dövrlərinə tətbiq
etməlidir. Daha erkən tətbiqə icazə verilir. Əgər müəssisə bu düzəlişi daha erkən tarixdə tətbiq
edərsə, bu faktı açıqlamalıdır.

Yüklə 366,45 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə