International Financial Reporting Standard 1


Digər MHBS-ların retrospektiv tətbiqi ilə bağlı istisnalar



Yüklə 366,45 Kb.
Pdf görüntüsü
səhifə3/30
tarix22.12.2023
ölçüsü366,45 Kb.
#154345
1   2   3   4   5   6   7   8   9   ...   30
650b2150a064e

Digər MHBS-ların retrospektiv tətbiqi ilə bağlı istisnalar
13
Bu Standart, digər MHBS-ların bəzi aspektlərinin retrospektiv tətbiqini qadağan edir. 
Bu istisnalar 14-17-ci maddələrdə və Əlavə B-də göstərilmişdir.
Mühasibat hesablamaları 
14
Müəssisənin MHBS-lara keçid tarixində MHBS-lara uyğun olaraq edilmiş mühasibat
hesablamaları, əvvəlki uçot qaydaları üzrə həmin tarixə edilmiş mühasibat hesablamalarına
(uçot siyasətində hər hansı dəyişikliklər üzrə edilən düzəlişlərdən sonra), əgər həmin
hesablamaların səhv olduğu haqda obyektiv sübutlar mövcüd deyilsə, uyğun gəlməlidir.
15
Müəssisə, MHBS-lara keçid tarixindən sonra, əvvəlki uçot qaydaları üzrə tərtib etdiyi mühasibat
hesablamaları haqqında məlumat ala bilər. 14-cü maddəyə uyğun olaraq, müəssisə belə
məlumatlarla "
Hesabat dövründən
sonrakı hadisələr" 
adlı 10 №-li MUBS-a uyğun olaraq düzəliş
edilməsini tələb etməyən hesabat dövründən sonrakı hadisələr kimi davranmalıdır. Məsələn, zənn
edək ki, müəssisənin MHBS-lara keçid tarixi 1 yanvar 20X4-cü ildir və 15 iyul 20X4-cü il
tarixində əldə olunan yeni məlumatlar əvvəlki uçot qaydalarına uyğun olaraq 31 dekabr 20X3-cü
il tarixinə edilən MUÜQP-nin yenidən baxılmasını tələb edir. Müəssisə bu məlumatı özünün
MHBS-ları üzrə ilk maliyyə vəziyyəti haqqında hesabatında göstərməməlidir (əgər mühasibat
© IFRS Foundation 4


International Financial Reporting Standard 1
hesablamalarına uçot siyasətində hər hansı dəyişikliklər üzrə düzəlişə ehtiyac yoxdursa və ya
hesablamaların səhv olduğu haqda heç bir obyektiv sübutlar mövcud deyilsə). Əksinə, müəssisə
bu yeni məlumatları 31 dekabr 20X4-cü il tarixi ilə bitən il üzrə mənfəət və ya zərər (və ya əgər
uyğundursa digər məcmu gəlirdə) əks etdirməlidir.
16
MHBS-lara keçid tarixində, müəssisəyə əvvəlki uçot qaydaları üzrə həmin tarixə tələb olunmayan
MHBS-ları üzrə tələb olunmayan MHBS-larına uyğun olaraq mühasibat hesablamaları lazım ola
bilər. 10 №-li MUBS-un tələblərinə riayət etmək üçün, MHBS-lara uyğun olan bu hesablamalar
MHBS-lara keçid tarixində mövcud olan şərtləri əks etdirməlidir. Xüsusilə, MHBS-lara keçid
tarixində edilən mühasibat hesablamaları həmin tarixdə bazar qiymətlərini, faiz dərəcələrini və ya
xarici valyuta məzənnələrini əks etdirməlidir.
17
14-16-cı maddələr MHBS-ları üzrə ilk maliyyə vəziyyəti haqqında hesabatına tətbiq edilir. Onlar
həmçinin, müəssisənin MHBS-ları üzrə hazırlanmış ilk maliyyə hesabatlarında təqdim edilmiş
müqayisəli dövrlərə tətbiq edilməlidir. Bu halda MHBS-lara keçid tarixinə olan istinadlar
müqayisəli dövrün sonuna olan istinadlarla əvəz edilməlidir.

Yüklə 366,45 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə