International Financial Reporting Standard 1


Törəmə müəssisələrin, asılı təsərrüfat cəmiyyətlərinin və birgə müəssisələrin



Yüklə 366,45 Kb.
Pdf görüntüsü
səhifə24/30
tarix22.12.2023
ölçüsü366,45 Kb.
#154345
1   ...   20   21   22   23   24   25   26   27   ...   30
650b2150a064e

Törəmə müəssisələrin, asılı təsərrüfat cəmiyyətlərinin və birgə müəssisələrin
aktiv və öhdəlikləri
D16 Əgər törəmə müəssisə əsas müəssisədən gec MHBS-nı ilk dəfə tətbiq edərsə, o maliyyə
hesabatlarında öz aktiv və öhdəliklərini aşağıdakılardan biri ilə ölçməlidir:
(a) Əgər konsolidasiya üsuluna və əsas müəssisənin törəmə müəssisəni əldə etdiyi müəssisələrin
birləşməsinin təsiri üçün heç bir düzəliş edilməzsə, əsas müəssisənin MHBS-na keçid tarixi
əsasında əsas müəssisənin konsolidə edilmiş maliyyə hesabatlarına daxil edilməli olan balans
dəyəri ilə; və ya
(b) Törəmə müəssisənin MHBS-na keçid tarixi əsasında hazırkı MHBS-da tələb edilən balans
dəyəri ilə. Bu balans dəyəri (a) bəndində veriləndən fərqlənməlidir:
(i) bu MHBS-da olan istisnalar MHBS-na keçid tarixindən asılı olan ölçülmə ilə
nəticələndikdə;
(ii) törəmə müəssisənin maliyyə hesabatlarında istifadə olunan mühasibat uçotu siyasəti bu
konsolidə edilmiş maliyyə hesabatlarında olanlardan fərqləndikdə. Məsələn, törəmə
müəssisə 16 №-li
Torpaq, Tikili və Avadanlıq
adlı MUBS-dakı ilkin dəyər modelini
istifadə etdiyi halda, qrup yenidən qiymətləndirmə modelini istifadə etdikdə.
Onlar üzərində əhəmiyyətli təsiri və ya birgə nəzarəti olan müəssisədən gec MHBS-nı ilk dəfə
tətbiq edən müəssisə olarlarsa, oxşar seçim asılı təsərrüfat cəmiyyətlərinin və ya birgə müəssisələr
üçün mövcud ola bilər.
D17 Lakin, əgər əsas müəssisə öz törəmə müəssisəsindən (və ya asılı təsərrüfat cəmiyyəti və ya birgə
müəssisəsindən) gec MHBS-nı ilk dəfə tətbiq edən müəssisə olarsa, müəssisə öz konsolidə edilmiş
maliyyə hesabatlarında törəmə müəssisənin (və ya asılı təsərrüfat cəmiyyəti və ya birgə müəssisənin)
aktiv və öhdəliklərini konsolidasiya və kapital uçotu üçün və törəmə müəssisəni əldə etdiyi
müəssisələrin birləşməsi təsirində düzəliş etdikdən sonra törəmə müəssisənin (və ya asılı təsərrüfat
cəmiyyəti və ya birgə müəssisənin) maliyyə hesabatında olan balans dəyəri ilə ölçməlidir. Eynilə,
əgər əsas müəssisə öz konsolidə edilmiş maliyyə hesabatlarından tez və ya gec maliyyə hesabatları
üçün MHBS-nı ilk dəfə tətbiq edən müəssisə olarsa, o öz aktiv və öhdəliklərini konsolidasiya
düzəlişləri istisna olmaqla, hər iki maliyyə hesabatlarında olan eyni məbləğlə ölçməlidir.
© IFRS Foundation 28


International Financial Reporting Standard 1

Yüklə 366,45 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə