International Financial Reporting Standard 1


İlkin uçot zamanı maliyyə öhdəliklərinin və ya maliyyə aktivlərinin ədalətli



Yüklə 366,45 Kb.
Pdf görüntüsü
səhifə26/30
tarix22.12.2023
ölçüsü366,45 Kb.
#154345
1   ...   22   23   24   25   26   27   28   29   30
650b2150a064e

İlkin uçot zamanı maliyyə öhdəliklərinin və ya maliyyə aktivlərinin ədalətli
dəyərinin ölçülməsi
D20 7 və9-cu maddələrin tələblərinə baxmayaraq, müəssisə MHBS-lara keçid tarixində və ya keçid
tarixindən sonra daxil olmuş əməliyyatlara 9 №-li MHBS-nın B5.1.2A(b) maddəsindəki tələbləri
tətbiq edə bilər.
İstismardan çıxarma üzrə öhdəliklər torpaq,tikili və avadanlıqların ilkin dəyərinə
daxildir
D21 “
İstismardan çıxarma, bərpa və başqa müvafiq mövcud öhdəliklərdə dəyişikliklər
“adlı 1 №-li
BMHŞK aid olduğu aktivin ilkin dəyərindən çıxılması və ya əlavə olunması üçün istismardan
çıxarma, bərpa və başqa müvafiq mövcud öhdəliklərdə müəyyən dəyişikliklər tələb edir; aktivin
düzəliş edilmiş amortizasiya məbləği sonra onun qalan faydalı istifadə müddəti üzrə amortizasiya
edilir. Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarını ilk dəfə tətbiq edən müəssisə MHBS-na
keçid tarixindən əvvəl baş vermiş bu cür öhdəliklərdə dəyişikliklər üzrə bu tələblərə uyğun deyil.
Əgər Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarını ilk dəfə tətbiq edən müəssisə bu istisnadan
istifadə edərsə, o:
© IFRS Foundation 29


International Financial Reporting Standard 1
(a) 37saylı MUBS-na uyğun olaraq, MHBS-lara keçid tarixinə öhdəliyi qiymətləndirəcək;
(b) öhdəliyin BMHŞK 1 çərçivəsində olduğu dərəcədə, öz ən yaxşı tarixi düzəliış edilmiş və
aralıq dövrü üzrə öhdəliklər üçün tətbiq olunacaq diskont dərəcəsindən istifadə etdiyi tarixə
öhdəlikləri diskonlaşdırmaqla, öhdəlik ilk dəfə yarandığı zaman müvafiq aktivlərin dəyərinə
daxil oacaq məbləği qiymətləndirəcək, və
(c) MHBS-lərə uyğun olaraq müəssisə tərəfindən qəbul edilmiş amortizasiya siyasətindən istifadə
edərək, aktivin faydalı istifadə müddətinin cari qiymətləndirilməsi əsasında MHBS-lara
keçid tarixinə bu məbləğ üzrə yığılmış amortizasiyanı hesablayacaq.
D21A D8A(b) (neft və qaz aktivləri üçün kəşfiyyat və ya istehsal mərhələlərində əvvəlki MUÜQP-
lərinə uyğun olaraq böyük coğrafi ərazidə olan bütün əmlaklara məsrəflərin cəmi üçün nəzərə
alınmalıdır) paraqrafındakı istisnaları istifadə edən müəssisə D21 paraqrafı və ya BMHŞK 1
tətbiq etmək əvəzinə aşağıdakıları tətbiq etməlidir: 
(a) 37 №-li MUBS-na uyğun olaraq MHBS-lara keçid tarixində istismardan çıxarılma, bərpa
etmə və oxşar öhdəlikləri ölçmək; və
(b) bölüşdürülməmiş mənfəətin birbaşa müəssisənin əvvəlki MUÜQP-i ilə müəyyən edilən
MHBS-a keçid tarixində məbləğ və həmin öhdəliklərin balans dəyəri arasında fərq
tanımalıdır.

Yüklə 366,45 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə